Şəmşədil (mahal)

Şəmşəddil mahalıGəncə xanlığının mahallarından biri. 1747-ci ildə yaranmışdır. Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında mahal adı.[1]

Mahal
Şəmşəddil mahalı
17471822
Ölkə
Daxildir Gəncə xanlığı
Tarixi və coğrafiyası
Yaradılıb 1747
Gəncə xanlığının ərazisi (1801-1813)
Gəncə xanlığının ərazisi (1801-1813)

1789-cu ilin əvvəllərində Fətəli xanın təklifi ilə Şamxorda (indiki Şəmkir) gürcü çarı II Irakli ilə görüş keçirilir. Quba xanlığı tərəfindən Gəncə və Şəki xanlarının da iştirak etdiyi bu görüşdə bir sıra mühüm siyasi və strateji məsələlər müzakirə olunur. Fətəli xan Iraklidən Şəmşəddil mahalının həmişəlik Gəncə xanlığına qatılmasına razılıq alır.[2]

Erməni mənbələrində Şəmsəddin formasında 1587-ci ildən məlumdur. Qızılbaşların Zülqədər tayfasının qollarından (Hacılar, Koruqlu, Mosul, Xəzərli və Şəmsəddinlu) Şəmsəddinlu elinin adını əks etdirir. Bu el 1515-ci ildə indiki Şəmşədil r-nu ərazisində məskunlaşmışdır. 1593-cü ilə aid mənbədə “Nahiyeye arani nehri Hasan” (“Həsən adlı şəxsin aranı, yəni qışlağı”) və “Nəhri Qazax”da Şəmşədilu tayfasının yaşadığı qeyd olunmuşdur . Tovuz r-nunda Göycəli kəndinin əvvəlki adı Şəmşədil olmuşdur. Erkən orta əsrlərdə bu mahal Albaniyanın Parisos əyaləti olmuşdur. Musa Kalankatlının “Alban tarixin”də Parisos (Nizami GəncəvininXosrov və Şirin” poemasında Pərisuz adı) çəkilir. XIX əsrə aid məlumata görə Şamxorçay Pərisuz şəhər xarabalığı içərisindən axır və sonra Paris çayının qolu ilə birləşir.[3]

  1. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
  2. "Azərbaycan tarixinin ən güclü xanlığı-Quba xanlığı". 2019-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-04.
  3. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti