Şəmkir mahalı


Şamxor mahalıGəncə xanlığının mahallarından biri.

Mahal
Şamxor mahalı
1747—1822
Daxildir Gəncə xanlığı
İnzibati mərkəz Dəllər
Naiblər Mərdan bəy
Zaman bəy
Rüstəm bəy
Hacı İbrahim bəy
Əli bəy
Gəncə xanlığının ərazisi (1801-1813)
Gəncə xanlığının ərazisi (1801-1813)

Mahal haqqında qısa bilgi

[redaktə | mənbəni redaktə et]
  • Sahəsi —
  • Əhalisi —
  • Yaranması — 1747-ci il
  • Mərkəzi — Dəllər kəndi
  • Sərhədləri — Qərbdən Ayrım mahalı, şimaldan Şəmşəddil mahalı, şərqdən Şəki xanlığı, cənubdan Gəncə mahalı.

Mahalın tarixi

[redaktə | mənbəni redaktə et]

Xanlıqlar dövründə Şamxor mahalı Gəncə xanlığının tərkibində olmuşdur. Qazax sultanlığından başlayaraq Kür çayı boyunca cənuba doğru uzanan Gəncə xanlığı İrəvanQarabağ xanlıqları əhatəsində yerləşirdi. Samux, Kürəkbasan, Gəncə, Şamxor (Şəmkir) və Ayrım mahallarından ibarət idi. Ərazisi 5000 kv. verst idi.[1] Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır.[2] 1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir.[3] 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir: 1) Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir; 2) Şəmşəddil distansiyası ilə sərhəddə olub Şamxor çayın hər iki sahilində yerləşən Şamxor mahalı; 3) Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı; 4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı; 5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı; 6) Bütün dairəyə səpələnmiş, köçəriliklə məşğul olan Ayrumlar mahalı[4] Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci illərinin II yarısında, çar məmurları Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir mahal-Dağlıq mahalı yaradılmışdır.

Mahalın oba və kəndləri

[redaktə | mənbəni redaktə et]

Şamxor mahalı 1804-cü ildə

# Kəndlər Kişilər Qadınlar Qeydlər
1 Dəllər 43 74
2 Qapanlı 11 20
3 Keçili 45 82
4 Alabaşlı 29 50
5 Seyfəli 42 85

Şamxor mahalının naibləri

[redaktə | mənbəni redaktə et]
Titul Adı Başlanığıcı Sonu
Naib Mərdan bəy Dəllər 1747 1761
Naib Zaman bəy Dəllər 1761 1777
Naib Rüstəm bəy Dəllər 1777 1784
Naib Hacı İbrahim bəy Dəllər 1784 1810
Naib Əli bəy Dəllər 1810 1822
  1. Obozrenie Rossiyskix vladeniy za Kavkazam, I hissə, SPb., 1836, s.322.
  2. ЦГИААР. Фонд 24. оп 1. д.10, в. 9–15
  3. ЦГИААР. Gəncə. 1817 в. 1–267
  4. Обозрение…ч. II, с.355–356

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]