Aşıq Hüseyn Şəmkirli (1811, Şəmkir – 1891) — aşıq, şair.[1]
Aşıq Hüseyn Şəmkirli | |
---|---|
Doğum tarixi | 1811 |
Doğum yeri | |
Vəfat tarixi | 1891 |
Fəaliyyəti | şair |
Aşıq Hüseyn Şəmkirli Vikimənbədə |
Aşıq Hüseyn Şəmkirli 1811-ci ildə Şəmkirin Qapanlı kəndində anadan olmuşdur. Daha sonradan köçərək Qaracəmirli kəndində məskunlaşmışdır.[2]
Aşıq Hüseyn mollalara zidd getməyi və "Dinmə ver" adlı şeiri və "Reyhan" nağılı ilə məşhurdur. Mollalar haqqında olan şeirlərini və "Reyhan" nağılını Çardaxlıdan olan erməni Aşıq Avakın dilindən Vəli Xuluflu qeyd alarak folklor nümunəsi kimi yaymışdır. "Dinmə ver" şeirini çar hakimiyyəti dövründə kəndlilərdən, yoxsullardan haqsız yerə yığılan vergiləri tənqid edən əsər olmuşdur. Lakin bu şeirin sözləri günümüzə qədər çatmamışdır.
Aşıq Hüseynin azərbaycanlı şagirdlərindən başqa bir neçə də erməni şagirdləri olmuşdur: Çardaxlı Aşıq Mikiş, Aşı Avak vs. Aşıq Mikiş bütün ömrüncə Aşıq Hüseyndən aynlmayıb onun ilə gəzərmiş. Erməni və azərbaycanlı aşıqlar arasında Aşıq Hüseyni Mikişdən başqa yaxşı bilən yox idi. Aşıq Hüseynin "Reyhan" nağılının mollalar haqqında olan şeirlərindən biri çardaxlı Aşıq Avakdan eşidilərək yazılıb, o biri "Mollalar" və "Sənə nə" şeiri Bozalqanlı Hüseynin dilindən eşidilərək yazılmışdır.[3]
Aşıq Hüseyn Şəmkir 1891-ci ildə vəfat etmişdir. Oğlu Aşıq Çoban da öz dövrünün məşhur aşıqlarından olmuşdur.