Şərəfxanlı məscidi

Şərəfxanlı məscidiAzərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi.

Şərəfxanlı məscidi
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Əli bəy Hüseynzadə küç. [1]
Sifarişçi Məşədi Molla İbrahim
Tikilmə tarixi 1915
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti stabil
İstinad nöm.3860
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Şərəfxanlı məscidi (Gəncə)
Şərəfxanlı məscidi

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Şərəfxanlı məscidi Şərəfxanlı nəslindən olan Məşədi Molla İbrahim tərəfindən 1915-ci ildə Şərəfxanlı məhəlləsində tikilib.[2] Məscid 4 otaqdan ibarətdir və günbəzlidir.[3] 1920-ci il Gəncə üsyanında öldürülmüş beş nəfər Şərəfxanlı məhəlləsinin sakinini o zamanlar şəhər qəbristanlığında dəfn etmək mümkün olmadığı üçün məscidin həyətində dəfn ediblər. Sovet işğalından sonra məscid M.F.Axundov adına 7№-li natamam orta məktəbə çevrildi. Sonralar bu məktəb ictimai iaşə idarəsinin kulinariya məktəbi oldu.[4] Binadan hazırda kitabxana və nikah evi kimi istifadə edilir.[5]

  1. "Şərəfxanlı məscidi". ganja.mctgov.az. 25 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2020.
  2. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 169. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  3. Gəncənin maddi mədəniyyət abidələri (az.). Bakı: Nurlan. 2004. 105. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
  4. "Gəncənin Şərəfxanlı məhəlləsi". ganca.org. 4 noyabr 2013. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2020.
  5. Cahid Səyyah. "Gəncə - qəribsəmiş məscidlər diyarı". deyerler.org. 3 noyabr 2010. 25 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2020.