Qırıxlı məscidi

Qırıxlı məscidiGəncə şəhərində Qırıxlı məhəlləsində yerləşən məscid.[1] Məscid 1650-cı ildə bəzi mənbələrə görə isə XVIII əsrdə tikilib. Sovet işğalından sonra fəaliyyətini dayandırsa da hazırda məscid kimi fəaliyyət göstərir.[2]

Qırıxlı məscidi
Xəritə
40°39′58″ şm. e. 46°19′39″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir
Tikilmə tarixi XVIII əsr
Vəziyyəti stabil
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid Gəncənin Qırıxlı məhəlləsində yerləşir. Ehtimal olunur ki, XVI əsrdə Gəncə Osmanlı qoşunları tərəfindən tutulduqdan sonra Qırıxlı tayfası şəhəri tərk ediblər. XVII əsrin ortalarında isə əvvəlki yerindən köçürülümüş şəhərə qayıtmış və burada yenidən məhəllə salmışlar.


1650-ci ildə isə burada Qırıxlı məscidini inşa ediblər.[3] XIX əsrin 80-ci illərində isə məscid Hacı Qasımın vəsaiti ilə bərpa olunur.[3] Bəzi mənbələrə görə isə məscid XVIII əsrə aiddir. Məscidin həyətində minarə, içərisində mehrab yoxdur. Məscidin ibadət salonu dairəvi formadadır. Bünövrəsi çay daşından və gil məhlulundan qoyulmuşdur. Divarları ağ gildən, kərpiclə hörülüb. Məscid ibadət salonundan, iki əlavə otaqdan ibarətdir. Abidənin köhnə qapıları iki tağlı imiş və bu o dövrün məscidləri üçün xarakterik sayılır. Abidə xaricdən dördküncdür. İçərisində minbərsiz hücrə var. İbadət salonunun darovsarında ərəb əlifbası ilə ağ rəng içərisində göy hərflərlə yazı yazılmışdır. Bunlar "Quran"dan surələrdir. Abidənin gümbəzi üstündə bir böyük və iki kiçik aypara var.[4] Sovet işğalından sonra bir müddət Yaşıl aptek kimi istifadə olunub.[5] 2003-cü və 2018-ci illərdə isə təmir olunub və məscid kimi fəaliyyətini bərpa edib.[6]


Məscid bişmiş kərpiclə inşa olunub. Damının örtüyü və günbəzi dəmir təbəqə ilə işlənib. Məscidin əsas giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizdən sağ və sol tərəfdə yardımçı otaqlardır. İbadət zalının sahəsi 17x18 metrdir. Yerdən günbəzə qədər olan hündürlük 12 metrdir. Məscidin döşəməsi taxtadandır, iç divarları qum-sement məhlulu ilə suvanmışdır. Divarların qalınlığı 1 m.20sm.-dir. Mehrabı giriş qapısı ilə üzbəüz divarda yerləşib və tağvari formaya malikdir.[3]

  1. Fərrux Əhmədov. Gəncənin tarix yaddaşı. Bakı: Şirvannəşr. 1998. səh. 206-209.
  2. Kamilə Seyidli. ""İslam Həmrəyliyi İli"nin elan olunması Azərbaycanın bütün dünyaya sülh çağırışıdır". ganjanews.az. 10 fevral 2017. 21 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2020.
  3. 1 2 3 Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 171. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  4. Sevinc Abdullayeva. "Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yeri və rolu". 525-ci qəzet. 21 oktyabr 2014. 21 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2020.
  5. Gəncənin maddi mədəniyyət abidələri (az.). Bakı: Nurlan. 2004. 59. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-19.
  6. Sənubər Göyüşqızı. "Gəncədə məscidlər əsaslı təmir edilib". ganjanews.az. 18 sentyabr 2018. 21 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]