Şərafəddin Salahov (tam adı; Şərafəddin Müzəffər oğlu Salahov; 11 sentyabr 1963, Bakı – 20 yanvar 1990, Azərbaycan SSR) — 20 Yanvar Şəhidi.[1]
Şərafəddin Salahov | |
---|---|
Şərafəddin Müzəffər oğlu Salahov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Müzəffər |
Anası | Balabacı |
Milliyyəti | azərbaycanlı |
1963-cü ildə sentyabrın 11-i Bakıda anadan olub[2]. 13 nömrəli məktəbi bitirmiş, sonradan sürücülük oxumuşdur. Əvvəlcə trikotaj fabrikində mexanik, sonra isə nəşriyyatda işləmişdir. Subay idi.
O qanlı gecə təxminən saat 00 radələrində atışma səsinə küçəyə çıxıb. Qohumları hadisəni belə xatırlayır[2]:
Sonra çağırdılar ki, çıxın çölə... Hamımız çıxdıq. Çıxdıq, elə tez də qayıtdıq. İçəri girəndə dedilər ki, Əli yoxdur... Əli Şərafəddinin kiçik qardaşıdır. Çıxdıq onu axtarmağa. «İnşaatçılar» metrosunun yanından keçəndə gördük ki, beş dənə tank gedir. Şərafəddin tankları görən kimi tez kolluğa uzandı... Tanklar keçib getmişdi. Birdən sonuncu tank qayıdıb kolluğa sarı gəldi. Kolluğa güllə açıb yenə yoluynan getdi. Şərafəddinin dayısı o yandan görüb, tez gəlib götürüb onu. Bircə güllə dəyib başından. |
Qardaşı Şamilin xatirəsindən[3]:
Onun küçəyə çıxması ilə mənim çıxmağım arasında cəmi bir neçə dəqiqə fərq oldu. Bir də gördüm ki, qardaşım oğlu Zahid qışqırır: — Ay navar, əsgərlər Şərafəddini güllə ilə vurdular, gəlin. Biz küçəyə, onun yanına çatanda təsadüfən həkim də gəlib çıxmışdı. Onu müayinə edib ayağa duranda eləcə başını buladı. O artıq keçinmişdi. Daha haray hara çatacaq. Biz onu Semaşko adına xəstəxanaya apardıq. Ölüm haqqındakı sənəddə belə yazılıb:— «Boynuna baş hissəyə yaxın nahiyəsindən dəyən güllə onun beyin nahiyəsini dağıtmışdır. Yerindəcə ölüm baş vermişdir». |
Şəhidlər xiyabanında dəfn edilib.
Bakı, 3-cü Yasamal, ev 134 v.