Şərh Sualati - Gülşəni-əsrar

Şərh Sualati – Gülşəni-əsrar – Müəllifi Seyid Yəhya Bakuvi olan bu əsər məşhur azərbaycanlı sufi şeyxi, filosof-alim Şeyx Mahmud Şəbüstərinin Gülşəni-raz adlı məsnəvisinin şərhidir.

1071 beytdən ibarət olan bu əsərdə ruh, nəfs, könül, sirr, qəbz-bəst, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, əməl-yəqin, eynəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Mahmud Şəbüstərinin bu əsəri sufilər arasında çox rəğbətlə qarşılanmış, ona bir sıra şərhlər yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın yazdığı Şərhi-sualati – Gülşəni-əsrar əsəridir.

Əlyazma nüsxələri

[redaktə | mənbəni redaktə et]
  • İstanbul Universiteti Mərkəz Kitabxanası Fy,954/HE.8194/8
  • Nurusomaniyyə 4904/7
  • Millət, AE. Fars.1044/5
  • Manisa Muradiyyə,2906/7
  • Bakı, B-6960/9