Şərq üsgüyotu (lat. Consolida orientalis) — birillik bitki.
Birillik bitkidir. Gövdəsi düz, sadə və ya budaqlanan, hündürlüyü (10) 30-50 (70) sm, qısa sıx tükcüklü bitkidir. Aşağı gövdə yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar demək olar ki, oturaq, çoxdəfəli dar barmaqvari xətti hissələr bölümlü, hissələri iti, çılpaq və ya sıx qısa tükcüklüdür. Çiçəkqrupu uzun salxım, olduqca sıx, çiçək saplaqları qısa, 5-20 sm uzunluqdadır. Çiçəkləri fırfır-bənövşəyi, bənövşəyi və ya tündqırmızı rənglidir. Aşağı və yan çiçəkyanlığının yarpaqcıqları yumurtavarilansetvari və uzunsov-yumurtavari, yuxarı kənardakılar demək olar ki, dəyirmi, az ürəkvaridir; mahmızı düz və ya bir az əyridir. Çalov (meyvə) qısa tükcüklü, silindrvaridir.[1]
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Əkin sahələrində, çöldə, bağ və bostanlarda, meşə kənarlarında, çay kənarlarında, quru çınqıllı daşlarda bitir.[2]