Şərq başlıqotu

Şərq başlıqotu (lat. Scutellaria orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin başlıqotu cinsinə aid bitki növü.

Şərq başlıqotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 25–30 sm-ə qədər olan, gövdəsiçoxsaylı, əsasında qalxan və ya aşağı hissədən yayılmış, bəzən düzdür, qısa sıx tüklü yarımkol ot bitkisidir. Yarpaqları saplaqlıdır, uzunluğu 4–20 mm, eni 4–15 mm-dir, yumurtaşəkilli, yumurtaşəkilli-üçbucaq və ya uzunsovyumurtaşəkillidir, uzunsov formaya qədər dəyişir, qaidə hissəsində kəsilmiş və ya zəif ürəkşəkillidir, kənarları qismən dərin, bəzən çox dərin dairəvi dişlidir, oval, uzunsov bəzən demək olar ki, xətvari dişlidir, üst tərəfdən tündyaşıl rəngli, səpələnmiş qısa və basıq xırda tüklü və ya demək olar ki, çılpaqdır, alt tərəfdən nazik basıq ağ keçə tüklü və ya ağımtıldır. Çiçək qrupu 5–6 sm-ə qədər uzunluqdadır, sıx və yaxud seyrəkdir. Tac iridir, uzunluğu 2,5–3 sm-dir, parlaq-sarı rəngdədir, xaricdən tüklü, bəzən çılpaqdır. Fındıqcalar 1,5 mm uzunluqdadır, yumurtaşəkilli və ağımtıldır. Çiçəkləməsi (aprel) may-iyul aylarında baş verir. İyul-sentyabr aylarıda meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba–cənub-şərqdə), BQ şərq, BQ qərb, Qobustan, Abşeron, Kür düz. Aşağı dağ qurşağından, orta, bəzən yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Quru gilli və daşlı yamaclarda, qayalarda və töküntü yerlərdə, meşələrdə və kolluqlarda, otlaqlarda, çayın quru yatağında, bəzən bağlarda və əkin sahələrinin kənarlarında rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Quraqlığa davamlı dekorativ bitkidir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Scutellaria orientalis var. pinnatifida Rchb.

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 598.