Şərq küknarı (lat. Picea orientalis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü.
Şərq küknarı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Şərq küknarı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Şərq küknarı Tyan-Şan dağ silsiləsində dərələr boyunca rütubətli şimal yamaclarda bitir. Hündürlüyü 60 m-ə, dimateri 2 m-ə çatan nəhəng ağacdır. Piramidalvarı və ya konusvarı çətrə malikdir. İynəyarpaqları tünd-yaşıl və parlaq olur. Qozaları sentyabrda yetişir. Şərq küknarı tipik dəniz sahili iqliminə həssas, torpağın və havanın rütubətliyinə tələbkar bitkidir. Bununla belə dağlıq şəraitdə, sərt yamaclarda, qayalıqlarda dəniz səviyyəsindən 1000-1200 m, bəzən 2000-3000 m yüksəklikdə bitir və yaxşı inkişaf edir. Şərq küknarı gillicəli torpaqları xoşlayır, lakin əhəngli torpaqlarda, qayalıqlardakı qeyri-münbit və kasıb torpaqlarda da inkişaf edə bilər. Kök sistemi torpağın səthinə yaxın formalaşır və adi küknara nisbətən küləyə qarşı davamlıdır. Küknar növləri arasında şərq küknarı daha uzunömürlüdür və 600 ilədək yaşayır. Şərq küknarının arealı Qərbi Qafqazın dağlıq hissəsi hesab olunur. Şərq küknarının kürəşəkilli formaları vardır. Avropanın bir çox şəhərlərində yaşıllaşdırmada istifadə olunur. Ensiz çətiri, göyümtül-yaşıl iynəyarpaqları çox dekorativ olduğundan bəzək bağçılığında istifadə edilir. Bu küknar növünün oduncağından sənayenin müxtəlif sahələrində, inşaat işlərində və s. geniş istifadə olunur. Azərbaycanda Abşeronda, Gədəbəydə, Zaqatalada, Balakəndə, Qubada, Qusarda yaşıllıqlarda təsadüf edilir.