Şərq peripatetizmi

Şərq peripatetizmiİslam mədəni bölgəsində "məşşailik" adı ilə məşhurdur.

Antik Yunan Roma fəlsəfəsinin islam dünyasına tərcümə edilərək yayılmasından sonra Şərq dünyasında doğan fəlsəfə məktəbinin adıdır. Şərqin ən böyük dahi filosofları məhz bu fəlsəfə məktəbinə məxsusdur. Onlardan Fərabi, İbn Sina, İbn Rüşd, İbn Misqəveyh Fəxrəddin Razi və s.-lərinin adlarını şəkmək mümkündür. Bəhmənyar adı ilə tanınan Azərbaycanlı məşhur filosof Əbülhəsən Mərzuban Bəhmənyar Azərbaycani İbn Sinanın şagirdi olmuş və Şərq peripatetizmini davam və inkişaf etdirmişdir.

Cərəyan antik dünyanın filosofu, böyük zəka sahibi, elmlərin ilk təsnifatının müəllifi yunanlı Aristotelin Afrikada təşkil etdiyi fəlsəfi məktəbin adından götürülmüşdür. Bu termin Aristotelin təlim — tədris metodikası ilə bilavasitə bağlı olub, fərqli bir tədris üsulunu özündə əks etdirir. Belə ki, Aristotel öz tələbələrinə dərs keçərkən piyada gəzintiyə geniş yer verərmiş. Piyada gəzinti zamanı tələbələrinə dərs keçən filosofun tədris üsulu yunan dilində "peripatetikos" adlanırdı. Sonradan filosofun tələbələri və onun fəlsəfi irsini davam etdirən filosoflar bu nəzəri sistemi mənimsəyib daha da inkişaf etdirərək peripatetizm fəlsəfi məktəbini formalaşdırmış oldular. Bu fəlsəfi məktəbin baniləri birmənalı olaraq PlatonAristotel hesab olunur. Daha sonralar dünya fəlsəfi aorasında öz yerini tutan bu zəngin fəlsəfə məktəbinə dünyanın hər yerindən filosoflar öz münasibətini bildirmiş, bu fəlsəfi üsulu və Aristotelin məşhur katerqoriyalar sistemini düzgün fəlsəfi metodika saymışlar. Eləcə də Şərq dünyasında Məşşailik adı altında tanınan Şərq peripatetizminin tərkib hissəsi olaraq azərbaycanlı filosoflar da bu zəngin fəlsəfə məktəbinə öz töhfələrini vermişlər. Şərq dünyasında İbn Sina, dünyada isə daha çox Avisenna adı ilə məşhur olan dahi alimin tələbəsi böyük Bəhmənyar Azərbaycani Şərq peripatetik filosofları cərgəsində özünəməxsus yerə və rola malik olan filosofdur. Şərq peripatetikləri Aristotelin elmlərin təsnifatı nəzəriyyəsinə əsaslanaraq öz sələflərindən aldıqları fəlsəfəni nəzəri və əməli olmaqla iki hissəyə bölürdülər. Birinci hissəyə metafizika, təbiiyyat və riyaziyyat, ikinci hissəyə isə etika, mənzil-məişət məsələləri və siyasət daxil adilirdi. Məntiqə gəldikdə, Şərq peripatetikləri onu gah fəlsəfənin nəzəri və əməli hissələrindən sonra üçüncü bir hissə zənn etmiş , gah da nəzəri hissənin tərkibinə salmışlar.

Şərq peripatetizmi İbn Sinanın və onun şagirdlərinin əsərlərində özünün dolğun , mükəmməl ifadəsini tapmışdır. Metafizika peripatetizmin sistemində mühüm yer tutduğundan orta əsrlərdə filosofları qruplara bölərkən Şərq peripatetiklərini metafizik filosoflar kimi səciyyələndirmişlər. O dövr filosoflarının və fəlsəfə tarixçilərinin əsərlərində metafizika mütləq varlıq haqqında elm kimi təqdim edilir, İbn Sina metafizikanın ali elm adlandırıldığını qeyd edərkən göstərir ki, burada araşdırılan şeylərin mövcudluğu hissi onların materiyası ilə bağlı deyildir. Belə ki, onları materiyasız və harakətsiz təsəvvürə gətirirlər, məsələn , əql, varlıq, vəhdət , səbəbiyyət, səbəb əlaqəsi və s. İbn Sina öz fikrini aydınlaşdıraraq yazır ki, metafizika materiyaya və hərəkətə zəruri surətdə ehtiyac duymayan şeylərin xarakterini dərk edir. Həm də o şeylərdən bəziləri materiya ilə bağlı ola bilməz, məsələn , əql və mütləq gerçəklik , bəziləri isə materiya və hərəkət ilə birləşə bilər, ancaq bu, zəruri olaraq onların təbiətindən irəli gəlmir, məsələn, səbəbiyyət – cisimdə də ola bilər, əql keyfiyyətində də ola bilər. İbn Sinanın fikrincə, ali elmin mövzusu ayrı-ayrı şeylər deyil, məhz mütləq varlıqdır.

Metafizikanın mövzusu özünün əhatə etdiyi məsələlərin ümumiliyinə görə digər elmlərin mövzusundan seçilir. Bəhmənyar bununla əlaqədar olaraq yazır ki, təbiiyyat və riyaziyyat elmlərində cismin və kəmiyyətin mövcudluğu məsələsi tədqiq edilmir. Belə məsələlər metafizikada araşdırılır. Digər elmlərin mövzuları bu elmin mövzusu üçün mahiyyətə məxsus aksidensiyalardır.

Metafizika elminin mətləblərini təəşkil edən şərtsiz varlıqla əlaqədar şeylərə gəldikdə, Əbülhəsən Bəhmənyar göstərir ki, onlar mövcudat üçün ya növlər , ya da aksidensiyalar kimidir. Bəhmənyarın metafizikasında "varlıq", "substansiya", aksidensiya", "cisim", "materiya" və "bütün elmlərin möhtac olduğu müqəddimələr" araşdırılır.

Şərq peripatetizmində "aşağı elm" – "təbiyyat" ("ət-təbiyyat", yaxud "əl-elm ət-təbii", yaxud da " elm ət-təbiə") termini Aristotel fəlsəfəsindəki "fizika" termininə mütabiqdir. Birinci müəllimin fizikası hərəkət edən varlıq haqqında və əsas etibarilə materiyadan ayrı mövcud olmayıb, tərif verilə bilən mahiyyət haqqında elmdir. İbn Sina buna uyğun olaraq "Bilik kitabı" əsərində yazır: "Fizika elə hallar haqqında elmdir ki, onların təsəvvürü materiyadan ayrılmazdır. Bu elmin mövzusu hissi cisimdir". Aristotelin təlimində olduğu kimi , ərəbdilli peripatetiklərin yaradıcılığında da fizika sözün ən geniş mənasında bütün təbiət elmlərini, təbiətşünaslığın fəlsəfi məsələlərini ifadə edir.

Şərq peripatetiklərinin sistemində varlıq haqqında təlim metafizika və təbiyyat qisimlərində , idrak nəzəriyyəsi təbiyyatın son hissələrində və məntiq qismində araşdırılır. Şərq peripatetiklərinin fikrincə, varlığa məntiqi tərif etmək mümkün deyildir. "Təhsil" kitabinda deyildiyi kimi , o, təsəvvürdə daha ilkindir, zira onun üçün nə cins, nə də fərqləndirici əlamət vardır. Bir sözlə, varlığı tanıdacaq daha ümumi bir şey yoxdur. Bu müddəa İbn sinanın varlıq təliminə uyğundur. "Bilik kitabi" əsərində deyilir ki, varlıq əqllə tərifsiz və təsvirsiz dərk edilir. Onun cinsi və növü olmadığından tərifsizdir, çünkiondan daha ümumi bir şey mövcud deyildir. O, təsvirə də gəlmir, çünki hər şeydən daha artıq məlumdur.

Hər şeyin ilkin əsası , başlanğıcı hesab edilən varlıq öz-özlüyündə aşkar olduğundan Şərq peripatetiklərinin rəyincə, onu yalnız özünə görə anlamaq lazımdır.

Şərq peripatetiklərinə görə, vacib varlıq , ilk səbəəb özünü analyan əqli varlıqdır. Onun öz-özlüyündə olan əqlindən zəruri surətdə ilk əql, yəni ilk nəticə hasil olur. "Bu nəticətək mahiyyətdir, bəsitdir, çünki yeganə səbəbdən zəruri surətdə meydana çıxmışdır. O, xalis, bəsit bir əql olmalıdır". Bununla belə , peripatetik filosofların fikrincə , bu ilk nəticədə üç cəhətə görə — onun ilk səbəbə , öz mahiyyətinə və öz imkanına nisbətə görə çoxluq vardır. Bunun sayəsində ikinci əqldən üçüncü əql , göy sferasının nəfsi və göy sferasının cismi meydana çıxmış, emanasiya bu qayda üzrə onuncu əqlin (ay sferasının fəal əqlinin), ünsürlər aləminin və insan nəfslərinin meydana çıxmasına qədər davam etmişdir.

Şərq peripatetikləri, o cümlədən 11–12-ci əsrlərdə yaşamış azərbaycan peripatetikləri maddi aləmin dərk olunması məsələsinə müsbət yanaşmışlar . Həmin filosofların fikrincə, insan bütün bilikləri hissi və məntiqi idrak yolu ilə yalnız xarici aləmin təsiri altında əldə edir, zira xarici aləm idakın yeganə mənbəyidir. Şərq peripatetiklərinin idrak nəzəriyyəsi orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində spektisizmə və aqnostisizmə qarşı mübarizədə böyük rol oynamışdır.

Şərq peripatetiklərinin əsərlərində məntiq həm elm , həm sənət , həm də alət kimi səciyyələndirilmişdir. Fikirləri ölçdüyü üçün onu tərəzi də adlandırmışlar.

Bəhmənyar polemik məktublarından birində fəlsəfi fənlərin İbn sina tərəfindən verilmiş təsnifatına tənqidi yanaşmışdır. O yazırdı: Cənabımız Şeyx Rəis İbn Sinanın "Təbirincə, fəlsəfə nəzəri fəlsəfəni və əməli fəlsəfəni özündə birləşdirir. Onun fikrincə , əməli fəlsəfədə də nəzər və idrak vardır. Deməli, onların hər ikisininqayəsi idrakdir".

Filosof öz müəlliminə etiraz edərək bildirirdi ki, "əməli fəlsəfə əməldir, nəzər deyildir. Bu məsələdə əvvəlki və sonrakı filosoflar da həmrəydirlər.

Əməli fəlsəfəni həm əxlaqi xeyirxahlıq, həm də onu öyrənən elm sayan İbn Sinadan fərqli olaraq bəhmənyar əməli fəlsəfəni yalnız əxlaqi xeyirxahlıq mənasında şərh edirdi.

Təbiət elmləri ilə bilavasitə qaynayıb-qarışdığı üçün peripatetik fəlsəfə gerçək həyatla daha yaxından bağlı idi. Əbusəid Urməvi tərki-dünyalığa qəbahət kimi baxaraq yazırdı: "Zahid insanlıq surətindən çıxmış və insanlara nifrət bəsləyir".

Ərəbdilli peripatetiklərin əsərləri yalnız Yaxın və Orta Şərq ölkələrində deyil, eləcə də Qərb ölkələrində yayılmağa başlamışdır. Həmin əsərlərdən bəziləri Avropanın müxtəlif qərb dillərinə tərcümə olunmuş, orada fəlsəfi fikrin , habelə təbiət elmlərinin inkişafına təkan vermişdir.