Bəhmənyar

Əbülhəsən Bəhmənyar ibn Mərzban əl-Azərbaycani (9931067[3]) — Şərq peripatetizminin nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisi[4][5], İbn Sinanın şagirdi. Doğum yeri naməlum olan filosof mənbələrdə bir qayda olaraq "əl-Azərbaycani" kimi xatırlanır və Azərbaycandan olması vurğulanır.[1][6][7][8][9] Şagirdi Zəhirəddin əl-Beyhəqi filosofun Azərbaycandan olmasını xüsusilə qeyd edir.[10] Bəzi mənbələr onun əvvəllər zərdüşt olduğunu, daha sonra İslamı qəbul edib Müsəlman olduğunu qeyd edirlər.[11][12][13] Bəhmənyar Azərbaycani əksər şərq peripatetikləri kimi öz əsərlərini ərəb dilində yazmışdır.[14] Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik olan filosof həm də yetişdirdiyi dəyərli alimlərlə öz məktəbini yaratmışdır.[15]

Bəhmənyar əl-Azərbaycani
Əbülhəsən Bəhmənyar ibn Mərzban əl-Azərbaycani
Filosofun İsmailiyyə Sarayında saxlanan büstü
Filosofun İsmailiyyə Sarayında saxlanan büstü
Doğum tarixi [1]
Vəfat tarixi [2]
İstiqaməti peripatetizm
Təsirlənib İbn Sina
Təsir edib Zəhirəddin əl-Beyhəqi
Əbülabbas Ləvkəri
Ömər Xəyyam

Əbülhəsən Bəhmənyar Mərzban oğlu böyük Azərbaycan filosofu[16][17][18][19][20][21][22], Şərq peripatetizminin nümayəndələrindəndir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov araşdırmaları nəticəsində belə qənaətə gəlmişdir ki, Azərbaycanda Şərq peripatetizminin ilk böyük nümayəndəsi olan Bəhmənyar X əsrin sonlarında təvəllüd tapmışdır. Tədqiqatçı həmin tarixi 993-cü il kimi göstərmişdir.[1] Orta əsr müəllifləri Bəhmənyarın "Azərbaycan ölkəsindən" ("min bilad Azərbaycan")[8][10], yaxud da "Azərbaycanlı" ("əl-Azərbaycani")[1] olduğunu yazmışlar. İlk mənbələrdə o, atəşpərəst (məcusi, zərdüşti) sayılır.[11][12][13] Bir sıra müəlliflər isə, onun islamı sonradan qəbul etdiyini söyləyirlər.[8][10]

Professor Ə. K. Zəkuyev Bəhmənyarın "ibn əl-Mərzban" kimi tanındığını nəzərə alaraq, onu Cənubi Azərbaycan hakimləri olan mərzbanlar nəslindən hesab etmişdir.[23] Mənbələrdə Bəhmənyar Mərzban oğlunun Kiya (hakim, bahadır) adlandırılması onun hakim olan mərzbanlar ailəsinə mənsubluğunu göstərir.[8]

Əbülhəsən Bəhmənyar Şərqin ensiklopediyaçı alimi İbn Sinanın ən şagirdi və davamçısıdır. Onun öz müəllimi ilə ilk görüşü haqqında yazırlar:

" Bir dəfə İbn Sina dəmirçixanada olarkən Bəhmənyar oraya gəlib od istəyir. Dəmirçi deyir: "Qab gətir, içərisinə od qoyum apar". Bəhmənyar ovcuna bir qədər torpaq töküb deyir: "Odu bu qaba qoy". Bəhmənyarın dərrakəsini görən İbn Sina onu özünə şagird götürür.
əl-Xansari – Raudat əl-cənnat fi əhval əl-üləma va-s-sadat. I cild, Tehran, 1306[8]
"

Bəhmənyar parlaq istedadı və çalışqanlığı ilə İbn Sinanın dərin rəğbətini qazanmışdır. Müəllim sonralar öz şagirdi haqqında iftixarlar yazırdı: "O mənə oğuldan artıq istəklidir. Mən ona təlim–tərbiyyə vermiş və bu səviyyəyə gətirib çıxarmışam."[8]

1023-cü ildən qabaq Bəhmənyarın İbn Sina ilə qədim Azərbaycan şəhəri Həmədanda olması məlumdur. Sonralar İbn Sina bəzi yaxın adamları ilə birgə İsfahana gedərkən Əbülhəsən Bəhmənyarın onlarla birlikdə olması xəbər verilmir. Çox güman ki, İbn Sina Əlaüddövlənin sarayında yaşadığı dövrdə Azərbaycan filosofu ondan uzaqda olmuş, buna görə də onunla məktublaşmağa başlamışdır. Müəllimlə şagird arasında gedən mübahisələrə həsr edilmiş məktublardan bəzilərinin məzmunu onların təqribən XI əsrin 30 – cu illərində yazıldığını göstərir.[8]

Əbülhəsən Bəhmənyarın ölüm tarixi ayrı–ayrı müəlliflər tərəfindən gah 1038-ci, gah 1065-ci, gah 1066-cı, gah da 1067-ci illər kimi göstərilir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov isə ilk mənbələr əsasında filosofun 1066-cı ilin ortalarında vəfat etdiyini müəyyənləşdirmişdir.[24]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əbülhəsən Bəhmənyar İbn Sinadan sonra otuz ildən bir qədər az ömür sürmüşdür. Şərq peripatetizminin XI əsrin ortalarına aid mərhələsi birbaşa onun adı ilə bağlıdır. İbn Sina ənənələrini qoruyub saxlamaq filosofun üzərinə ciddi və məsul vəzifələr qoyurdu.[25] O, var – qüvvəsini əsirgəmədən aristotelçi fəlsəfənin irəliyə doğru inkişafını təmin etməli idi. İbn Sina vaxtilə bəlkə də bu ümidlə sevimli şagirdi Bəhmənyar haqqında yazmışdı: "Onun axır gəlib mənim yerimdə olmasına bir şey qalmayıb."[26]

Bəhmənyar öz yaradıcılığında İbn Sinanın əsərlərindən iqtibaslara geniş yer vermiş, müəlliminin ideyalarının daha artıq dərəcədə təbliğinə çalışmışdır.[26]

Mənbələrdə və məxəzlərdə Bəhmənyarın aşağıdakı əsərlərinin adı qeyd edilmişdir:

Azərbaycan dilində adı Orijinal adı
Təhsil "ət–Təhsil"
Məntiqə dair Zinət "əz–Zinə fi–l–məntiq"
Gözəllik "əl–Bəhcə"
Səadət "əs–Səadə"
Musiqi kitabı "Kitab fi–l–musiqa"
Metafizikanın mövzusu "Maudu elm ma bəd ət–təbiə"
Mövcudatın mərtəbələri "Məratib əl–maucudat"

"Təhsil" əsəri Bəhmənyarın yaradıcılığında xüsusi yer tutur. Filosof bu əsəri dayısı Əbu Mənsur Bəhram ibn Xürşid ibn İzədyara ithaf etmişdir.[27] Onun ərəb dilində orijinalının müxtəlif illərdə köçürülmüş əlyazma nüsxələri Rampur, Tehran, İstanbul, Vatikan, Qahirə, LondonBeyrut şəhərlərinin kitabxanalarının əlyazma fondlarında saxlanılmaqdadır. "Təhsil" ilk dəfə 1971-ci ildə Tehranda nəşr edilmişdir.[28]

Bəhmənyar İbn Sina ilə apardığı mübahisələr nəticəsində yazdığı bu əsərin quruluşuna görə "Bilik kitabı", mənalarının əhatəsi sarıdan öz müəlliminin bütün əsərlərinə müvafiq gəldiyini müqəddimədə qeyd edir. Təhsil əsəri "Məntiq" ("əl–Məntiq"), "Metafikizika" ("Elm ma bəd ət – təbiə") və "Əyani mövcud şeylərin halları" ("Əhval əyan əl – maucudat") olmaqla üç kitabdan ibarətdir. Bunlar Şərq peripatetizminin əsasən nəzəri hissəsini fadə edir. Müəllif burda Aristoteldən başqa Empedoklun, Evklidin, Sokratın, Platonun və antik dövrün digər nəhəng alimlərnin adlarını çəkmiş, onlardan iqtibaslar gətirmişdir. O, mühüm fəlsəfi problemlərin qoyuluşunda və həllində İbn Sinanın əsərlərindən, ümumiyyətlə, fikirlərindən geniş bəhrələnərək müəlliminin yolunu ardıcıl davam etdirmişdir.

"Təhsil" orta əsrlərdə məntiq, metafizika və təbiyyatı öyrənmək üçün mühüm mənbələrdən biri olmuşdur. Görkəmli ərəb filosofu Əbdüllətif Bağdadi (1163–1231) peripatetizmə dair başqa əsərlərə yanaşı bu kitabdan təhsil aldığını xüsusi qeyd etmişdir.[26]

Zakir Məmmədov tədqiqatlarına qədər Bəhmənyarın "Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" adlı kiçik həcmli iki traktatı məlum idi. Tədqiqatçı filosofun geniş həcmli "Təhsil" əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çox saylı müraciətləri hesabına həmin traktat Azərbaycana gətirilmişdir. Alim "Təhsil" əsərini ilk dəfə olaraq tam halda tədqiqata cəlb etmişdir.[29] "Təhsil" fəlsəfi biliklərin öyrənilməsində lazımlığına və məşhurluğuna görə hələ o dövrdə ərəb dilində olan orijinalından fars dilinə tərcümə edilmişdir. Bu sərbəst tərcümənin XVII əsrdə köçürüldüyü güman edilən bir əlyazması Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda saxlanılır. Əlyazmada əsərin ünvanı "Dünyanı göstərən cam" ("Came cahan – noma") kimi tanınmış, "Kəmaləddinə töfhə kitabı" yazılmışdır. Burada müəllifin adı çəkilmir, ancaq bir yerdə belə ifadə işlədilir: "Dünyanı göstərən cam kitabı nəinki "Təhsil" kitabı üslubundadır, hətta özü tərcümədir". Əsərin farsca başqa bir əlyazma nüsxəsi İranda Milli Şura Məclisi Kitabxanasında saxlanılır. "Təhsil" fars dilində Tehranda (1983), rus dilində Bakıda (1983, 1986) nəşr edilmişdir.[30]

"Metafizikanın mövzusu""Mövcudatın mərtəbələri" traktatlarının əlyazma nüsxələri Avropanın müxtəlif kitabxanalarında saxlanılır. S. Popper bu iki traktatı ərəb dilindən alman dilinə tərcümə etmiş, 1851-ci ildə hər iki dildə nəşr etdirmişdir. Həmin traktatlar 1911-ci ildə Qahirədə çap olunmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov "Metafizikann mövzusu" və "Mövcudatın mərtəbələri" traktatlarını Azərbaycan dilinə tərcümə etmiş, həmin tərcümə əsərləri "Şərq fəlsəfəsi (IX–XII əsrlər)" kitabında 1999-cu ildə çapdan çıxmışdır.

Bəhmənyarın yaradıcılığına İbn Sina ilə onun arasında baş verən elmi – fəlsəfi mübahisələr xüsusi təsir göstərmişdir. Əsas etibarilə "Mübahisələr" kitabında toplanmış həmin polemik əsərlərdə elmlərn təsnifatı, əql, nəfs, materiya, forma və digər mövzularda ciddi söhbətlər gedir. Ayrı-ayrı fraqmentlər halında bir sıra məntiq, metafizika və təbiətşünaslıq məsələlərinin şərh edildiyi "İzahat" ("Ət – Təliqat") deyilən bir kitabı bəzi müəlliflər İbn Sinaya mənsub bilməklə bərabər onu Bəhmənyarın söyləməsi adlandırmışlar. Onların fikrincə Bəhmənyar "İzahat" kitabını İbn Sinadan eşidib yazmışdır. Bu kitabla "Mübahisələr" kitabı arasında müəyyən uyğunluqlar vardır.[26]

Əbülhəsən Bəhmənyarın yaradıcılığı, xüsusən onun "Təhsil" əsəri nəinki Azərbaycan fəlsəfəsinin, bütün Yaxın və Orta Şərq ölkələri xalqlarının fəlsəfi fikrinin mühüm nailiyyətlərindən sayılır.

Varlıq təlimi

[redaktə | mənbəni redaktə et]
Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Bəhmənyar əl-Azərbaycani rəsmi

Vacib və mümkün varlıq

[redaktə | mənbəni redaktə et]

Bəhmənyarın metafizikasında anlayışların üstünlük dərəcəsi həcm genişliyinə əsasən müəyyənləşdirilir. Bu baxımdan ən geniş həcmə və ən böyük ümumiliyə malik "varlıq" anlayışı daha üstün hesab edilir. "Təhsil" kitabında göstərilir ki, "varlığa məntiqi tərif vermək mümkün deyildir. Belə ki, o təsəvvürdə daha ilkindir, zira onun üçün nə cins, nə də fərqləndirici əlamət vardır. Bir sözlə, varlığı tanıdacaq daha mühüm bir şey yoxdur."[28][31]

Müxtəlif baxımdan nəzərdən keçirilən varlıq vacib və mümkün, səbəb və nəticə, ilkin və meydana çıxmış və s. qismlərə bölünür. Zəruri və mümkün qismlərə bölünməsi baxımından varlığın təsnifatı bütün şərq peripatetiklərinin ontologiyasında mühüm yer tutur. Zəruri, yaxud vacib varlıq mövcudatın əsasını təşkil edir, ondan savayı mövcud olan hər şey mümkün varlıq sayılır.[26]

Bəhmənyar varlığın qismlərini qarşılıqlı surətdə araşdıraraq yazır ki, "vacib varlıq qeyri–mövcudluğunun fərz edilməsi mümkün olmayan varlıqdır". Mümkün varlıq isə nə varlığı, nə də yoxluğu cəhətdən zəruridir. Filosof bununla belə bir fikri təsdiqləyir ki, "vacib varlıq öz – özlüyündə səbəbsiz varlıqdır, çünki öz varlığında onun bir səbəbi olsaydı, varlıq həmin səbəb ilə mövcud olardı. Onda o, öz – özlüyündə vacib varlıq olmazdı. Mümkün varlıq öz mahiyyətinə görə mümkün sayılan varlıqdır. Belə ki, onun varlığı və yoxluğu bir səbəblədir."[32]

Əbunəsr Farabi göstərirdi ki, mümkün varlıq öz–özlüyündə mümkün, vacib varlığın sayəsində isə zəruridir. Bu müddəa İbn Sina, Bəhmənyar və sonrakı peripatetiklər tərəfindən də qəbul edilmişdir. Bəhmənyar vacib varlıq haqqında "səbəbi olmayan varlıq", "ilk səbəb", "tək" ifadələrini işlətmişdir. Ərəbdilli peripatetiklər ilk səbəb və onun nəticəsi məsələsi ilə dərindən maraqlanmış, öz ontoloji təlimlərini bu təməl üzərində qurmuşlar. Bu baxımdan Yəqub Kindi ilk səbəbə dair elmi "ilk fəlsəfə" kimi dəyərləndirmişdir.[33] Bütün mövcudatı səbəb və nəticə asılılığında təsəvvür edən Bəhmənyar isə yazırdı: "Qarşımıza çıxan iki şeydən biri səbəb, digəri isə nəticədir."[26]

Vacib varlığın mahiyyətsiz mövcudluğuna dair müddəaya gəldikdə, Şərq peripatetiklərinin hamısı bunda həmrəy idilər. Onların fikrincə zəruri varlığın əsasında heç bir substansional mahiyyət durmur. Bəhmənyar bu münasibətlə yazır: "Öz – özlüyündə vacib varlıq üçün varlığın vacibliyini lazım bilən bir mahiyyətin olması doğru deyildir. Onda varlıqdakı həmin vacibliyin o mahiyyətdən asılı olması və onsuz vacib olmaması lazım gələrdi… Bu halda vacib varlıq vacib olmazdı, çünki onunçün vacib olan səbəb vardır. Bu isə qeyri – mümkündür. Deməli, vacib varlıq üçün heç bir mahiyyət yoxdur."[8]

Bəhmənyara görə mahiyyət ancaq mümkün varlıq üçündür. Vacib varlıq əvvəlcə substansiyadan ibarət mahiyyəti, daha sonra başqalarını əmələ gətirir. "Təhsil" kitabında deyilir: "Mahiyyətə malik hər bir şey nəticədir". Bu fikir "İzahat" kitabında da eynilə təkrar edilir.[8]

Səbəb və nəticə

[redaktə | mənbəni redaktə et]

Mütəkəllimlər ilk varlığın əsasında bir varlığın olduğunu söyləyirdilər. İslam sxolastları bununla peripatetiklərin təlimində vacib varlığın özünün özü üçün səbəb olması fikrinə qarşı çıxırdılar.

İlk səbəb və nəticə haqqında təlim qabaq (öncə) və sonra bəhsində davam etdirilmişdir. Bəhmənyarın qabaq və sonra anlayışlarını təhlil etməsi onun fəlsəfi mövqeyini düzgün giymətləndirmək üçün müəyyən əhəmiyyət daşıyır. Bu bəhsə "Metafizikanın mövzusu" və Təhsil" əsərlərində xüsusi fəsillər ayrılmışdır. Qabaq və sonra 1) zaman və məkan, 2) üstün və sabiq, 3) tək və çox, habelə 4) varlığın hasili baxımındandır. Bəhmənyar qabaq və sonra mənalarını ətraflı şəkildə izah etdikdən sonra bildirir ki, bu qabaq onların bütün kateqoriyaları təbiətcə və səbəbiyyətcə xüsusiləşən şeydən başqa həqiqi qabaqlıq (öncəlik) deyildir. Zamanca qabaqlıq vəhmdə və fərziyyədə olan bir şeydir. Həqiqi qabaqlıq isə mahiyyət etibarilə olur. Mahiyyətcə qabaqlıq dedikdə bir şeyin varlığının başqasından, yaxud müqayisə edilən ikinci şeydən asılı olması nəzərdə tutulur. Həmin ikinci şeyin varlığı birincidən faydalanır. Öz müəllimi İbn Sina kimi Bəhmənyar da ilk səbəb ilə nəticə arasındakı, başqa sözlə, vacib varlıq ilə maddi aləm arasındakı münasibəti əsla zamanca, yaxud məkanca qabaq və sonra olmaya görə müəyyənləşdirməmişdir. Əksinə, filosof dəfələrlə qeyd etmişdir ki, səbəb ilə nəticə zamanca birgədir.[8][34]

Bəhmənyar səbəb ilə onun təsirinin öz aralarında həmişə ayrılmaz surətdə bağlı olduğuna və birinin digərsiz mövcud ola bilməyəcəyinə uyğun gələn səbəbiyyət haqqındakı periatetik təlimi nəinki tənqid etməmiş, əksinə, göstərmişdir ki, səbəb məhz nəticəyə nisbətdə səbəbdir, zira "səbəb əgər felən səbəbdirsə, onunla birlikdə nəticənin olması vacibdir."[8]

Bəhmənyar "səbəbin varlığından nəticənin varlığının hasili vacibdir" tezisini "Metafizikanın mövzusu" traktatında da bəyan etmişdir[8].

Bəhmənyara görə, aləm və zaman ilk səbəbdən heç bir boşluq vasitəsiylə nə ayrılar, nə də aradan qaldırıla bilər: "Əgər aləm aradan qaldırılmış fərz edilərsə, ölçülərin mövcudluğu vacibdir, belə ki, sonsuz bir fəza fərz edilir. Ondan ötrü isə sabit bir müddət fərz edilir. Bunun hər ikisi qeyri – mümkündür. O ikisinin xəyalda aradan qaldırılmasının qeyri–mümkünlüyünə dəlil budur ki, zaman əbədidir, aləm əbədidir."[8].

Bəhmənyar bununla belə qənaətə gəlir ki, ilk səbəb nəticəni zamanca qabaqlamaq xüsusyyətinə malik deyildir[35].

Dörd cür səbəb haqqında aristotelçi təlim ərəbdilli filosofların varlıq təlimində mühüm yer tutur. Bəhmənyar əmələgətirici (əl-fail), forma (əs-surə), materiya (əl-maddə), yaxud ünsür (əl-ünsür), məqsəd (əl-ğayə) səbəblərini "Təhsil" kitabında aşağıdakı misalla izah edir: "Qapının hazırlanmasında dülgərin işi əmələgətirici, ağaca müəyyən forma verilməsi forma, qapı üçün ağac materiya və qapının hasilindən nəzərdə tutulan fayda məqsəd səbəbidir."[8][36]

Mövcudatın mərtəbələri

[redaktə | mənbəni redaktə et]

Bəhmənyarın İbn Sina ilə apardığı mübahisələrdən müəyyən olur ki, o, yaradıcılığının müəyyən dövrünə qədər emanasiya təliminə şübhə ilə yanaşmışdır. Filosof bu yerdə Stagiritin təliminə daha çox yaxınlaşırdı. Aristotel öz ontologiyasında mövcudat mərtəbələrindən deyil, "formalar forması" və onun fəaliyyətə (vucuda) gətirdiyi mövcudatı təşkil edən forma və materiyadan ibarət sturkturu qəbul edirdi. Lakin Bəhmənyar emanasiya nəzəriyyəsinə axıradək laqeyd qalmamışdır. İlk varlıqdan çıxan varlığın tək mahiyyət olması haqqında müddəa "Təhsil" və "Mövcudatın mərtəbələri" traktatlarında iqrar edilmişdir. "Çünki ilk varlıq hər cəhətdən vahidi lazım bilir. Bu tək mahiyyət qeyri – maddi bir şey olmalıdır."[8]

Bəhmənyara görə birinci əqlin zəruri surətdə ilk qəli dərk etməsi başqa bir əqlin varlığı üçün səbəbdir, varlığı isə, ilk nəticənin özü – özlüyündə mümkün bir mahiyyət olmasından və ilk səbəbdən onun üzərinə bir şeyin axıb tökülməsindən irəli gəlir.[26]

Şərq peripatetiklərinin, o cümlədən Əbülhəsən Bəhmənyarın kosmologiyasında mövcudat müxtəlif mərtəbələrdən ibarət bir quruluşda təqdim edilir. "Mövcudatın mərtəbələri" traktatında əsasən mücərrəd substansiyalara diqqət yetirilir: "Mücərrəd substansiyalar real gerçəkliklərin dörd müxtəlif mərtəbəsidir: 1) heç bir səbəbi olmayan varlıq, o təkdir, 2) fəal əqllər, onlar növə görə çoxdur, 3) səmavi nəfslər, onlar növə görə çoxdur, 4) insani nəfslər, onlar şəxslərə görə çoxdur."[37]

"Təhsil" kitabında mövcudatın bütün mərtəbələri nəzərdən keçirilir: ilk səbəb, ilk nəticə materiya və formadan təşəkkül tapmış göy sferaları, onlara aid planetlər, fəal əqllər və nəfslər, nəhayət ünsürlər aləmi. Birinci göydən sonra sabit ulduzlar göyünün sferası, onun ardınca Saturn (Zühəl), Yupiter (əl – Müştəri), Mars (əl–Mirrix), Günəş (əş-Şəms), Venera (əz-Zührə), Merkuri (Utarid), Ay (əl–Qəmər) planetləri, sferaları gəlir. Bütün bunların mərkəzində isə Yer kürəsi dayanır.[26]

Dünyanın vəhdətini qəbul edən Şərq peripatetikləri, onun çoxluğunun inkarı üzərində özlərinin orijinal əsərlərində də xüsusi dayanmışlar. İbn Sinanın "Nicat" kitabının "Aləm vahiddir və onun çox olması mümkün deyildir", "Bilik kitabı" əsərinin "Bəsit cismlərin yerləri və cismani aləmin vəhdəti" fəsilləri bu münasibətlə yazılmışdır. Bəhmənyarın təhsil kitabında da dünyanın vəhdəti məsələsinin şərhinə geniş yer verilmişdir:

"Çoxlu aləm mövcud ola bilməz. Artıq aydınlaşdırdıq ki, göy sferası xaricində heç nə yoxdur. Aydın oldu ki, forma ilə təsəvvür edilə bilinməyən materiya mövcud deyildir. Deməli aləmə aid forma vahid materiya ilə xüsusiləşir. Vahid aləmdə ehtiva olunan şeylərin hamısı ondan toplanır. Beləliklə, çoxlu aləmin varlığına imkan qalmır. Dünyanın vəhdəti aksidental surətdə yox, aktual surətdə olmalıdır. Varlıq aktual surətdə vahid, potensial surətdə çoxluqdur. Bu vəhdət nizamın, yaxud onun mislində bir şeyin vəhdətidir."[26]

Aristotelin kosmologiyası kimi Şərq peripatetiklərinin kosmologiyası da teoloji səciyyə daşıyır. Onların rəyincə, bütün mövcudatda tam bir məqsədəuyğunluq hökm sürür, zira mövcud qayələr və səbəblər son nəticədə vahid ilk səbəblə şərtlənir. Mövcudatda tam bir məqsədəuyğunluğun hökm sürdüyünü qəbul edən şərq peripatetikləri hər şeyin zərurət üzündən baş verdiyini iqrar edirlər. "Təhsil" kitabında zərurət təsadüf ilə birlikdə, müqayisəli surətdə nəzərdən keçirilir. Bəhmənyarın fikrincə daimi və təkrarlanan şeyi təsadüf adlandırmaq olmaz, təsadüf yekcins və azlıqda qalan şeydə mövcuddur. Bununla belə, filosof qeyd edir ki, yekcins və azlıqda qalan şey, hansısa bir cəhətdən zəruridir.[8]

Təsadüf və zərurət

[redaktə | mənbəni redaktə et]

Şərq peripatetikləri təsadüfdən söz açsalar da, onu zərurətə qarşı qoyub inkar etmişlər. Onlar metafizik materialstlər kimi çıxış edərək göstərmişlər ki, təsadüf anlayışı şeylər və hadisələr arasındakı qarşılıqlı əlaqəni bilmədikdə ortaya çıxır. Hadisələrin səbəbi aşkar edildikdə onları təsadüf saymaq düzgün deyildir. Bəhmənyar yazır ki, "əgər bir adam öz məlumatı ilə hər şeyi əhatə etsəydi, biliyindən heç şey kənarda qalmazdı, heç nə onun üçün təsadüfi mövcud olmazdı, əksinə zəruri olardı". Filosofa görə birisi yol gedərkən bir xəzinə taparsa, bu tapıntı təsadüf sayılır. Lakin həmin şəxsi xəzinəyə doğru aparan bir səbəb olmuşdur. O mənada təsadüf deyilən şey, əslində zəruriliklə baş vermişdir. Filosofun nəzərində təsadüf öz aralarında səbəb əlaqəsi olmayan haqqında deyilə bilər, məsələn, Zeydin əyləşməsi ayın tutulması ilə bir vaxta düşür, bu xalis təsadüfdür.[8]

Ardıcıl determinist olan Şərq peripatetiklərinin təsadüfün obyektivliyini inkar etməklə zərurəti təsadüf həddinə gətirib çıxarırdılar. Məsələn, "Təhsil" kitabında deyilir ki, bir əldə beş əvəzinə altı barmağa təsadüf edilərsə, bu özü də müəyyən bir zərurətdir, çünki, o, müəyyən səbəblə əlaqədardır.

Dünyanın nizamı, quruluşu Şərq peripatetiklərinin nəzərində hər cür qüsurdan xali, mütləq surətdə ölçülü – biçilidir. Bəhmənyar bu barədə ətraflı söhbət açdıqdan sonra yazır ki, bu nizam həqiqi nizamdır, ondan daha üstün, daha bitkin bir nizam yoxdur. Fəal əqllər mütləq xeyirdən və onun tələbatından zəruri surətdə çıxmşdır. Göy sferalarının altında təzahür edən şeylərin nizamı ən üstün hərəkətlərdən – sferaların hərəkətlərindən asılıdır. Deməli, təbiət aləmindəki mövcud bu nizam da mümkün ola bilən ən bitkin , ən üstün nizamdır.[8]

Əbülhəsən Bəhmənyar öz sələfləri kimi, mövcudatı mərtəbələrdən ibarət bilib göstərmişdir ki, dünyanın zamanca başlanğıcı yoxdur, o, əzəli və əbədidir.[26]

Bəhmənyarın varlıq təlimində mümkün varlıq öz növbəsində substansiya (əl–cauhər) və aksidensiya (əl–arad) olmaqla iki qismə bölünür. "Təhsil" kitabında deyilir: "Əgər mümkün şeylər mövcuddursa onların varlığı ya bir substratda, ya da qeyri–substratda olur. Substratda mövcud olan aksidensiya adını daşıyır, substratda mövcud olmayan isə substansiyadır."[8] Farabiİbn Sina kimi Bəhmənyar da substansiya və aksidensiyanın şərhinə geniş yer vermişdir. "Təhsil" kitabında bu mövzuya xüsusi fəsil həsr edilərək israrla deyilir: "Substansiya odur ki, heç bir substratda mövcud deyildir." "İzahat" kitabında da bu fikir üzərində əsaslı dayanılır: "Substansiya substratda yox, konkret şeylərdə mövcuddur", "substansiyanın real gerçəkliyi mahiyyətdir, mahiyyəti olmayan heç şey substansiya deyildir."[8]

Materiya və forma

[redaktə | mənbəni redaktə et]

Aristotel təlimindən çıxış edilərək, "Təhsil" kitabında ayrı–ayrı fərdi şeylər ilk substansiya adlandırılır və bu, sair substansiyalardan üstün, qabaq sayılır. Əbülhəsən Bəhmənyarın fikrincə növ ikinci, cins isə üçüncü substansiyadır. Zeyd və Əmr ilk substansiyaya, insan və heyvan uyğun olaraq ikinci və üçüncü substansiyaya misal çəkilir. İkinci və üçüncü substansiyaların birinci substansiyadan fərqi budur ki, onlara işarə edilmir. "Təhsil" kitabında deyilir ki, Zeydə işarə etsən, insana işarə etmiş olarsan. Əgər insan təkcə Zeyd üçün predikat olsaydı, onda hər bir insan Zeyd olardı. Əksinə, ümumi anlayışlar işarə ediləni göstərmir.[8]

Öz sələfləri kimi Bəhmənyar da substansiyanı beş qismə bölür: materiya, forma, cisim, nəfs və əql. O, "Mövcudatın mərtəbələri" traktatında yazır ki, cism materiya və formadan ibarətdir. Forma öz varlığında materiyaya, materiya isə formaya möhtacdır.[26]

"Təhsil" kitabında qapının quruluşu onun formasına, qapının təşəkkül tapdığı ağac isə onun materiyasına misal gətirilir. Bəhmənyar materiya ilə formanın vəhdətini, onların bir – birindən ayrılmazlığını belə ifadə etmişdir: "Əgər deyilərdisə: materiya yox olduqda forma qala bilərdimi? Deyərdik: yox!"[8]

"İzahat" kitabında bildirilir ki, materiya ilə forma biri digəri üçün səbəbdir, bir – birini şərtləndirir: "Forma materiyanın qərarlaşmasında və aktual surətdə mövcud olmasında onun səbəbidir. Əgər onun mövcudluğu üçün səbəb olmazdısa, forma materiyadan ayrı düşərdisə, formanın fərdiləşməsi batil olardı. Ona görə batil olardı ki, onun varlığı həmin materiyada mövcud idi." Filosofun fikrincə materiyasız forma olmadığı kimi, formasız da materiya mümkün deyildir, çünki, materiyada bir forma aradan qalxdıqda, labüd surətdə, onu başqası əvəz edir. O yazır: "Forma bir formanın gəlişi olmadan materiyadan ayrı düşməz. Bu başqa forma materiyanın mövcudluğunda birinci formanın funksiyasını yerinə yetirir."[8]

Əbülhəsən Bəhmənyar öz müəllimi İbn Sinanın mövqeyindən çıxış edərək göstərir ki, "materiya əsla məhv olmur". Bu baxımdan materiyadan ayrılmaz forma da onunla vəhdətdə daimidir.[26]

Şərq peripatetiklərin, o cümlədən Bəhmənyarın əsərlərində materiya ilə forma donuq, ətalətli bir şey kimi görülmür, onlar arasında mütləq hədd olmadığı, onların bir – birinə keçə bilmələri qəbul edilir: müəyyən münasibətdə materiya adlanan şey başqa münasibətdə forma sayılır.[28]

Əbülhəsən Bəhmənyar göstərir ki, cisim, materiyadan və mövcud formadan təşəkkül tapır. Deməli, cismin mövcudluğu o ikisindən sonradır. Filosof cisimlərin çox olduğunu göstərir: səmavi cisimlər, ünsüri cisimlər, dörd ünsürdən (od, hava, su və torpaqdan) təşəkkül tapmış cisimlər: buludlar, meteoritlər, küləklər, minerallar, bitkilər, heyvanlar və sair. Peripatetik alimlərin fikrincə, bütün bunlarda bir nizam, bir tərtibat vardır. Onların kosmologiyasına görə, maddi varlıqların ən ali mərtəbəsində cəhətlərlə hüdudlanmış birinci cisim durur. Bəsit, sonlu sayılan bu cismin təbii şəkli sferik (kürəvi) təsəvvür edilir. Başqa göy sferaları, "Təhsil" kitabında deyildiyi kimi, biri digərinin içərisində yerləşən sferalar birinci cisimlə əhatə olunur. Bütün cisimlərin məcmusu vahid sferanı (kürəni) əmələ gətirir.[28]

Bəhmənyarın fikrincə, cisim hiss (duyğu) ilə qavranıldığı üçün onun isbatına ehtiyac yoxdur. Cismə üç ölçüyə – uzunluğa, enə və dərinliyə malik substansiya kimi tərif verilərək, onun mövcudluq üsulu göstərilir.[8]

Şərq peripatetiklərinin varlıq təliminə görə, hər bir cismin təbiəti, materiyası, forması və aksidensiyaları vardır. Bəhmənyar yazır ki, cismin təbiəti onun özünəməxsus dəyişmə və sükunətin təzahür etdiyi qüvvədir. Cismin forması o mahiyyətdir ki, cisim necə varsa, məhz onun sayəsində elədir. Cismin materiyası formanın daşıyıcısı mənasındadır. Aksidensiyalar odur ki, cismin materiyası forması ilə birlikdə təsəvür edildikdə və növ xüsusiyyəti tamamlandıqda ona daxilən xas olur, yaxud kənardan qoşulur.[8]

"Təhsil" kitabında deyilir ki, şeyin təbiəti onun forması ilə eyni ola bilər, bəsit cisimlərdə (dörd ünsürdə) belədir. Suyun təbiəti elə mahiyyətlə eynidir ki, su necə varsa, məhz onun sayəsində o cürdür. Lakin həmin mahiyyət ondan meydana çıxan əsər – əlamətlərə nisbətdə təbiətdir, su növünü müəyyən etməsinə nisbətdə isə formadır.[8]

Bəhmənyarın fikrincə, cisimlər ya bəsitdir ki, onların vahid təbiəti vardır, ya da mürəkkəbdir ki, təbiətləri müxtəlif olan cisimlərdən ibarətdir. Mürəkkəbdə elə məziyyət olur ki, bəsit cisimlərdə o yoxdur, məsələn, kuporosdan və ağac fırından düzəldilmiş boyada olan keyfiyyət. Bəsit cisimlər ya elədir ki, onlardan tərkib vücuda gəldikdə, ondan bəsit cisimlərdə mövcud olmayan bir şey hasil olur, ya da elə bəsitdir ki, ondan heç şey təşəkkül tapa bilmir. "Təhsil" kitabında cismin varlıq üsuluna dair nəzər əhlinin üç doktrinası qeyd edilir: 1) "cisim bəsitdir, onda mürəkkəblik yoxdur.", 2) "cisim bölünməz hissəciklərdən ibarətdir", 3) "cisim forma və materiyadan təşəkkül tapmışdır." Bəhmənyar birinci müddəanı qənaətbəxş saymamış, ikinci müddəanın təkzibi üzərində xüsusilə geniş dayanmışdır. "Təhsil" kitabında "Cisim bölünməz hissəciklərdən düzəldilmişdir deyən kəsin sözünün batil edilməsi haqqında" adlı xüsusi fəsil vardır. Bəhmənyar cismin materiya və formadan ibarət olmasını, habelə onun sonsuz surətdə bölünə bilməsini söyləməklə cismin bölünməz hissəciklərdən (atomlardan) təşəkkül tapmasını qəbul edən mütəkəllimlərə qarşı çıxmışdır. O, bu yerdə də ardıcıl aristotelizm mövqeyində dururdu. Təbiətdə boşluğun olması ideyasını rədd edən aristotelçilər cisimlər aləmini üzvi əlaqədarlıqda vəhdətə götürürdülər.[26]

Şərq peripatetiklərinin ontologiyasında materiya, forma və cisim maddi substansiyalar sayılır. Materiya və formanın vəhdətini ifadə edən cisim mürəkkəb substansiya adlanır. Əbülhəsən Bəhmənyarın və digər aristotelçi filosofların fikrincə, nəfs və əql mücərrəd dərkedici substansiyalardır. Həmin substansiyalar arasında fərq bunda görülür ki, əql maddə ilə təmasda olmadığı halda, nəfs cisimlərdə qərar tuta bilir.[8]

Bəhmənyar "Təhsil" kitabında yazır ki, ünsürlərdən və onların qarışığından əmələ gəlmiş cisimlər (canlı varlıqlar) durur, radə ilə hərəkətdə olur. Qidalanır, böyüyür və maddələr mübadiləsi edir. Bu, onların cisimliklərinin hesabına deyildir. Deməli, onların maiyyətlərində öz cismlərindən başqa bir şey olmamalıdır. Biz həmin şeyi nəfs adlandırırıq. Filosof nəfsin üç – nəbati, heyvani və insani növlərini fərqləndirir. Nəfsin nəbati qüvvəs qidalanma, inkişaf edib böyümə və törəyib çoxalma vəzifələrini yerinə yetirir. Heyvani nəfs qüvvələri təhrikedici (şəhvət, qəzəb) və qavrayıcı (xarici və daxili hisslər) olmaqla iki yerə bölünür. "Təhsil" kitabında deyilir ki, bütün heyvani qüvvələrin fəaliyyəti yalnız bədənlə olur. Qüvvələrin mövcudluğu onların fəaliyyət göstərmələri sarıdandır. Heyvani qüvvələr, deməli, bədənə məxsus fəaliyyət göstərmələri sarıdan mövcuddur. Belə ki, onlar bədənin yox olması ilə yoxa çıxır.[8]

İnsani nəfs qüvvəsinə gəldikdə, o, əqldən və yaxud düşünən qüvvədən ibarətdir. Özlərinə məxsusu nəfsi qüvvələrlə bərabər heyvan nəbati, insan isə heyvani və nəbati qüvvələrə də malikdir. Lakin Bəhmənyarın fikrincə, birkidə, heyvanda və insanda müştərək olan nəfsi qüvvələr eyniləşdirilə bilməz, onların arasında əsaslı keyfiyyət fərqləri vardır. XI əsr Azərbaycan filosofu bu münasibətlə yazır:

"Biz insanda və sair heyvanlarda bir həfs qüvvəsi var dedikdə onlarda, məsələn, xurmada olan nəfs qüvvəsinin mövcudluğunu nəzərdə tutmuruq, əksinə, nəbati nəfs fərqləndirici əlamətlərə görə müxtəlif olan cinsi bir mənadır. Belə ki, insandakı nəbati nəfs insanı elə sərf edir ki, o, materiyanı (bədəni) insani dərkedici qüvvələr üçün alət olmağa gətirib çıxarır."[8]

Nəbati, heyvani və insani nəfs qüvvələri arasında keyfiyyət müxtəlifliyi orqanizmlərin tərkib və təşəkkül cəhətdən müxtəlifliyindən irəli gəlir. Filosofa görə, insandakı ət insan nəfsinin fəaliyyəti üçün münasibdir, at nəfsinin fəaliyyəti üçün münasib deyildir.

Təbiətşünas Şərq filosofları orta əsrlərdə bitki, heyvan və insanı, ümumiyyətlə, üzvi aləmi, habelə bütün maddi varlıqları bir–birindən təcrid edilmiş şəkildə deyil, qarşılıqlı əlaqədə, vəhdətdə götürüb tədqiq edirdilər.[26]

Əbunəsr Farabi, Əbuəli İbn Sina kimi Bəhmənyar də Aristotel təliminə uyğun olaraq nəfsin bədəndə vücuda gəldiyini, onun sayəsində fəaliyyət göstərdiyini qəbul etmişdir. Azərbaycan filosofunun fikrincə, cisim olmadan nəfs vücuda gələ bilməz. O, ruh adlanan incə bir cisimdə təzahür edir. Peripatetik təsəvvürə görə, ünsürlərin qarışığından və onların buxar hallarının incəliyindən törəyən bu cisim ürəkdə meydana çıxır, hiss və hərəkət qüvvələrinin daşıyıcısı olan beyində kamilləşir. Nəfs mücərrəd substansiya sayıldığından bədəndə həkk olmur. Cisim öldükdən sonra nəfsin yaşamaqda davam etməsinə inanan şərq peripatetikləri eyni zamanda onun cəsəddən cəsədə keçməsini iddia edən tənasüx təliminə qarşı idilər. Bəhmənyar "Təhsil" kitabında bu təlimin təkzibi üzərində xüsusi dayanmışdır.[8]

Aksidensiyalar barədə Aristotelin kateqoriyalar haqqındakı təliminə uyğun olaraq öz – özlüyündə müstəqil surətdə deyil, müəyyən bir substrata bağlı müvəqqəti, keçici və qeyri – mühüm xassələrdən söhbət gedir. Əbülhəsən Bəhmənyar "Təhsil" kitabında "aksidensiya bir şeydə onun bir hissəsi kimi olmadan mövcuddur və həmin şeydən ayrı mümkün deyildir" müddəasının geniş şərhini vermişdir.[8]

Aksidensiyalar iki qismə bölünür: onlardan bəzisini təsəvvür etmək üçün öz substratı kifayətdir, məsələn, kəmiyyət və keyfiyyət. Bəzi aksidensiyaları təsəvvür etmək üçün isə kənar şeylərə ehtiyac duyulur, məsələn, digər kateqoriyalar.[8]

Bu bəhs "İzahat" kitabında da həmin məzmunda nəzərdən keçirilir. Birinci cisim aksidensiya özü də iki növdür: birinin səbəbi substansiyada vaqedir, məsələn, miqdar, bölgü, bir şeyin ən azı və ən çoxu. Bu kəmiyyətdir. Həmin aksidensiyanın ikinci növü mahiyyətdən xaric təsəvvür edilməyən substansiyada bir haldır. Bu keyfiyyətdir. Kəmiyyətə misal say, uzunluq, en, dərinlik. Keyfiyyətə misal: sağlamlıq, xəstəlik, ismət, düşüncə, bilik, güclülük, zəiflik. "Təhsil" ktabında bu kateqoriyalardan hər birinin şərhi üzərində geniş dayanılır. Burada kəmiyyətin fasiləsiz və fasiləli növləri fərqləndirilir. Fasiləsiz kəmiyyət odur ki, onun üzərində biri digəri ilə təmasda olan müəyyən həddin mövcudluğunu fərz etmək mümkündür. Belə kəmiyyətin dörd növü vardır: xətt, səth, cisim və zaman.[8]

Əbülhəsən Bəhmənyar İbn Sina və Aristotel mövqeyindən çıxış edib, bu kateqoriyalarla əlaqədar olaraq hərəkət barədə ətraflı söhbət açmış, hərəkəti potensiallıqdan aktuallığa tədrici keçmə kimi səciyyələndirmişdir. Filosof göstərir ki, hərəkəti zamana görə müəyyənləşdirmək mümkün deyildir, zira zaman özü hərəkətin sayəsində müəyyən edilir. Mövcud hərəkət hərəkətin çıxdığı başlanğıc ilə hərəkətin yönəldiyi son arasında baş verir. Belə ki, ortada hansı hədd fərz edilirsə, hərəkət edən cisim nə ondan qabaq, nə də ondan sonra həmin hədd daxilində mövcud olur.[26]

Birinci müəllim və onun Şərq davamçıları hərəkət növlərini kateqoriyalara nisbətdə müəyyən etmişlər. Stagiritə görə, "mahiyyət kateqoriyası üçün hərəkət yoxdur, belə ki, mövcud heç şey ona zidd deyildir…" Əbülhəsən Bəhmənyar da bu məsələni geniş işıqlandırmışdır:

"Bil ki, substansiya artmanı və azalmanı qəbul etmir. Hər bir hərəkət isə azalmanı və artmanı qəbul edən şeyə görədir. Deməli, heç bir hərəkət substansiyaya görə deyildir. Substansiyanın vücuda gəlməsi və yoxa çıxması hərəkət yox, əksinə bir dəfə olan şeydir. Bir dəfə olanın sırf potensiallığı ilə sırf aktuallığı arasında orta mövqe tutmuş tamamlanma yoxdur."[8]

Aristotel keyfiyyət, kəmiyyət və məkana nisbətdə üç hərəkət tipinin mövcudluğunu müəyyənləşdirmişdir. Peripatetik filosoflar buna vəziyyətə görə hərəkəti də əlavə etmişlər. Şeyin artması və azalması kəmiyyətə aid hərəkət növünə, qaralıqdan ağlığa və əksinə çevrilməsi, soyuqluqdan istiliyə və əksinə çevrilməsi keyfiyyətə aid hərəkət növünə misal çəkilir. Keyfiyyətə görə hərəkətə insan nəfsində baş verən hadisələr də daxil edilir. Məkandak hərəkət cismin başqa cisimlərə nisbətən yerdəyişməsidir. Vəziyyətə aid hərəkət öz üzərində fırlanan cismin hərəkətidir.[26]

Peripatetiklərin təlimində hərəkətin düzxətli və dairəvi növləri üzərində xüsusi dayanılır. Düzxətli hərəkət ünsürlərdən təşəkkül tapmış mürəkkəb cisimlərə nisbət verilir. "Təhsil" kitabında deyilir:

"Tərkibi qəbul edən cisimlər şübhəsiz, məcburi düzxətli hərəkəti qəbul edir, yoxsa tərkibi qəbul etməzdi. Bu cür hərəkətin olduğu yerdə hərəkətin baş verdiyi cəhətlərin mövcudluğu labüddür, zira hərəkətin gerçəkliyi bir şeydən ayrılmaq və bir şeyə doğru irəliləməkdir. Cəhət mövcud olmazsa. Ayrılma və irəliləmə də mövcud olmaz."[8]

Əbülhəsən Bəhmənyarın fikrincə, ünsüri cisimlər təbii halda hərəkətsizdir. Başqa sözlə, cisim, öz təbii məkanında hərəkətə malik deyildir. Hərəkətə gəlmək üçün onun təbiətinə bir hal əlavə olunmalıdır. Bu, meyl adlanır. "Təhsil" kitabında göstərilir ki, hərəkət etmə haqqında meylin təbiətə nisbəti yandırma zamanı hərarətin odun təbiətinə nisbəti kimidir.[26]

Bəhmənyara görə, göy cisimlərinə məxsus dairəvi hərəkət təbiətən hərəkətlərin ilkinidir, fasiləsizdir, əbədidir. Peripatetik filosoflar hərəkəti materiyadan ayrı təsəvvür etmir. Hər bir hərəkətin yalnız cisimlərdə mövcud olduğunu söyləyirlər. "Təhsl" kitabında deyilir: "Hərəkət potensial və aktual surətdə olandan təşəkkül tapmış bir şeydə mövcud olmalıdır ki, bu da cisimdir."[8]

Filosof daha sonra yazır: "Hərəkət edən cisim hərəkətin mövcudluğu ilə birlikdə labüddür. Materiya ilə əlaqəsi olmayan mücərrəd substansiyanın hərəkət etməsini qeyri – mümkün saydıq. Hərəkət edən başqa cür yox, ya cisim, ya da cismani olmalıdır."[8]

Şərq peripatetiklərinin varlıq təlimində hərəkət sükunət ilə qarşılıqlı surətdə nəzərdən keçirilir. "Təhsil" kitabında deyilir: "Hərəkət fasiləsizlik üzrə hədlərə gəlib çatmadır. Sükunət odur ki, gəlib çatma kəsilir. Həmin hədlər gəlib çatmaya görə fərz olunur. Bu üsulla "kəsilmə" ("fasilə") mənasında hərəkətin mövcudluğu izlənilir… "Kəsilmə" mənasında hərəkətin mövcudluğu yalnız nəfsdədir."[26]

Əbülhəsən Bəhmənyar "Mövcudatın mərtəbələri" traktatında təbii hərəkətin öz təbii halına qayıtmasını sükunət adlandırmışdır. Sükunət hərəkətə nisbətdə mövcuddur: "Hərəkətdə olmayan şey, sükunət halında ola bilməz". Sükunət nisbidir: "Əgər cisim sükunətdədirsə, şübhəsiz, hərəkətə gəlməlidir, yoxsa onda sükunət olmazdı."[26]

Sükunət anlayışı "Təhsil" kitabında daha geniş şərh olunur:

"Sükunət zamanla ölçülür, yəni onun qədərini aksidental surətdə zaman müəyyənləşdirir. Çünki, bir şey, başqa bir şeylə birlikdə hərəkət etdikdən sonra, o ikisindən biri bir müddət sükunət halında olub, bundan sonra öz hərəkətini dayandırmadan davam etdirən şeylə birlikdə yenidən hərəkətə başlayırsa, ona müvafiq hərəkət edən şeyin hərəkət müddətinə onun sükunət halının bir nisbəti olduğu fərz edilir. Həmin hərəkət zamanla müəyyənləşir, onun aksidental surətdə aradan qalxması da zamanla müəyyənləşir."[26]

Bəhmənyarın fikrincə, materiyasız zaman yoxdur. Zamanın "mövcudluğu materiyadan asılıdır, o, materiyada mövcuddur. Onun materiyada mövcudluğu hərəkət vasitəsi ilədir."[26]

İdrak nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]
Bəhmənyar Azərbaycaninin anadan olmasının 1000 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı(Bakı, 5 noyabr, 1992)

Şərqin başqa peripatetik filosofları kimi Əbülhəsən Bəhmənyar da idrak prosesinin hissi və əqli olmaqla iki mərhələdən keçdiyini göstərmişdir.

Orta əsrlərdə müsəlman Şərqi ölkələrində fəaliyyət göstərən digər fikir cərəyanlarının nümayəndələrinə nisbətən peripatetik filosoflar təbiətşünaslıq məsələləri ilə daha çox məşğul idilər. Onlar təbiətin sirlərinə daha dərindən bələd olmaq üçün ilk növbədə bilavasitə konkret maddi şeyləri və hadisələri qavramağa çalışırdılar. Bu səbəbdən Şərq peripatetizminin qneseologiyasında idrakın hissi mərhələsi çox böyük əhəmiyyət daşıyırdı.Sitat səhvi: <ref> teqində yanlış parametr

Bəhmənyar İbn Sina təlimindən çıxış edərək göstərir ki, insan fitrətən məlumat toplamağa, elm öyrənməyə qabildir. Filosofun fikrincə, şeylər təbii surətdə duyğular vasitəsiylə, sonra onların nüsxəsi olan təxəyyül vasitəsiylə dərk edilir. Azərbaycan filosofu bu münasibətlə yazır: "İnsanda duyğu ilə dərk etmə, vəhmlə dərk etmə və əql ilə dərk etmə vardır."[26]

Ərəbdilli peripatetiklərin, o cümlədən Bəhmənyarın fəlsəfəsində idrakın hissi mərhələsi öz növbəsində iki qismə bölünür. Birinci qismdə duyğulardan, onların təbirincə xarici hisslərdən, ikinci qismdə isə daxili hisslərdən bəhs edilir. "Təhsil" kitabında deyilir: "Xarici hisslər beşdir: toxunma, dadbilmə, iybilmə, eşitmə və görmə."[26]

Bəhmənyarın fikrincə "duyğu fərdi ayrıcaları qavrayır." Duyğulardan birincisi toxunmadır, canlı varlıq onun sayəsində canlanır.[8]

"Təhsil" kitabında göstərilir ki, idrakın hissi formaları konkret şeylərin dərk olunmasına yarayır, duyğu, xəyal və yaddaş ayrıca şeyləri mənimsəyir. Duyğu, çoxlular üçün deyilən "insanı" dərk etmir. Xəyal da elədir. Xəyala, yaxud, insani duyğuya hər hansı surəti gətirsən, sair fərdi surətlərin onda müştərəkliyi sənin üçün mümkün olmaz.[26]

Əbülhəsən Bəhmənyar xarici və daxili hissi qüvvələri bir–birindən təcrid edilmiş şəkildə deyil, vəhdətdə, biri digərini tamamlayan idrak mərhələsi kimi götürürdü. O, "Təhsil" kitabında yazırdı: "Duyğu təkrarlandıqda yaddaş olur, yaddaş təkrarlandıqda təcrübəyə çevrilir." Bəhmənyar hissi idrak formalarının sadədədən mürəkkəbə doğru inkişafını izləmişdir: yaddaş qüvvəsi vəhmə xidmət edir. Bədəndə vəhmdən öncə olan qüvvələrin hamısı yadda saxlayan qüvvəyə və təxəyyül qüvvəsinə, beş duyğu isə müştərk hissə xidmət edir.[8]

Şərq peripatetiklərinin idrak təlimində istər xarici, istərsə də daxili hissi qüvvələrin fəaliyyətinin bilavasitə orqanizmin fəaliyyəti ilə bağlı, hissi idrak qabiliyyətinin bədənin müvafiq üzvlərindən asılı olduğu göstərilir. "İzahat" kitabında deyilir: "Nəfs hissi və xəyala gətirilən şeyləri üzv vasitəsylə dərk edir". Bəhmənyarın fikrincə, hissi idrak müəyyən bir üzvə görə və onun təsirlənməsi sayəsində mümkün olur. O, bu baxımdan "Mövcudatın mərtəbələri" traktatında yazır: "Hər bir dərkedilən şey, dərkedəndə təzahür edir."[8]

Şərq peripatetiklərinin idrak nəzəriyyəsində nəfsin xarici və daxili hissi qüvvələri içərisində təxəyyül qüvvəsi ilə təfəkkür qüvvəsi xüsusi əhəmiyyət daşıyır. İbn Sina və Bəhmənyar qeyd edirlər ki, təxəyyül qüvvəsi heyvani nəfsə, təfəkkür qüvvəsi isə insani nəfsə nisbətdədir.[8]

Təfəkkür qüvvəsi əqli idrakın mümkün olmasını təmin edir. Beləliklə, ərəbdilli peripatetiklərin, o cümlədən Bəhmənyarın təliminə görə heyvani nəfs qüvvələri təxəyyül qüvvəsində sona vardığı halda, insani nəfs qüvvələri üstəlik təfəkkür qüvvəsinə, daha doğrusu, əqli idraka da malikdir.[8]

Şərq peripatetiklərinin fəlsəfəsində əqli idrak məsələləri geniş işıqlandırılmışdır. Aristotelçi filosofların əqidəsinə görə, hisslər, duyğular, qavrayışlar vasitəsiylə şeylərin zahiri cəhətləri barədə məlumat əldə edilə bilir, şeylərin mahiyyətinin idrakına gəldikdə, o, yalnız əqlin sayəsində mümkündür. Əbülhəsən Bəhmənyar yazır: "Şeylərin mahiyyətlərinin dərk olunması hisslərin işi deyil. Belə ki, onlar dəyişə bilən zahiri cəhətləri qavrayır, əql isə şeylərdə sabit olan mahiyyətlər və həqiqətləri dərk edir". Əbülhəsən Bəhmənyar əqli idrakı hissi idrakın bilavasitə davamı, sonrakı mərhələsi kimi şərh etmişdir. Filosofun təlimində drak prosesinin hər bir mərhələsi özündən sonrakı mərhələ üçün şərt olub, onu hazırlayır.[26]

Hissi idrak formaları tərəfindən spesifik tərzdə əldə edilən məlumat əqlin sərəncamına verildikdən sonra yeni bir keyfiyyət qazanır. "Duyğu qatışıq şeyləri xəyala ərz edir, xəyal onları əqlə ərz edir. Sonra əql həmin şeylərdə ayrı–seçkilik və abstraksiya edib, mənalardan hər birini bir fərd olaraq götürərək, ən xüsusini, ən ümumini, substansionalı və aksidentalı müəyyənləşdirir. Bu zaman əqldə birinci mənalar, yəni təsəvvür üçün ilkin şeylər rəsm olunur. Bundan sonra əql onlardan təriflər düzəldir."[8]

Əbülhəsən Bəhmənyar İbn Sina mövqeyindən çıxış edərək, idrakın əqli mərhələsini onun hissi mərhələsindən nəinki mütəq surətdə ayırmır, əksinə əqli məlumatların hissi məlumatlar əsasında meydana çıxdığnı söyləyir.[26]

Əqli məlumatlar hissi məlumatların sayəsində əldə edilməklə bərabər, məzmunca onlara uyğundur. "Hər bir ayrıca şəxsin əqllə dərk etdiyi onun hiss ilə dərk etdiyinə mütabiqdir." Lakin əqli idrak inikas üsuluna və xarakterinə görə hissi idrakdan fərqlənir. Belə ki, əql müəyyən şey haqqındakı mövcud hissi – konkret biliyi abstraksiya yolu ilə ümumiləşdirir, nəticədə, əqllə dərk edilən şey ümumi olur: "Fərddən əqllə dərk edilən şey ilə ondan hiss ilə dərk edilən şey varlıqda hiss ilə dərk edilən şeyə mütabiq olsa da onun əqldə özünü ümumi təsəvvür edilməsi üçün ümumi olması qeyri–mümkün deyildir."[8] Buna görə də "Təhsil" kitabında deyildiyi kimi əqli düşüncə universaliləri mücərrəd surətdə əldə edir. Nəticədə o, eyniylə Zeydi deyil, ümumi insanı dərk edir.[26]

İdrak fəaliyyətində hissi mərhələ ilə əqli mərhələnin bağlılığını izləyən Bəhmənyar "Təhsil" kitabında yazırdı: "Şeylər duyulur. Bu duyğu əsasında duyulanın olması ilədir. Duyulan sonrakı xəyala gətirilir. Bu, bəzən şeyin qeyb olması ilə birlikdə baş verir. Şey haqqındakı təsəvvür şeyin özündən heç də fərqli deyildir. Bundan sonra əqli idrak cari olur. Əqllə dərk olunan eynən duyulana uyğun gəlmir, əksinə, o, duyulan qəbilindən olan hər bir fərdə mütabiqdir. Məsələn, əqllə dərk olunan insan həm Zeydə, həm Əmrə, həm də Xalidə mütabiqdir. "Zeyd" təsəvvürü isə Əmrə mütabiq deyildir, duyğu ilə mənimsənilən də elədir."[8]

Filosof idrakda ayrıca və ümumi anlayışlarının münasibətini təyin edərək yazır: "Bundan sonra bil ki, ayrıcanı qavrayan kəs, bir cəhətdən ümumini də qavrayır. Belə ki, sokratı qavrayan kəs, deməli insanı qavramışdır. Duyğu nəfsə Sokratı "insan" təqdim edir. Lakin o, insanın aksidensiyaları ilə qatışmış məlum "insan"dır. Sonra əql onu mücərrədləşdirir və aksidensiyaları, yəni əlaqəsi olmayan aksidensiyaları ondan kənar edir. Nəticədə onun üçün Sikrat ilə Platonun fərqlənmədiyi mücərrəd insan qalır."[8]

Əqlin fəaliyyətini idrak qabiliyyəti baxımından qiymətləndirən Şərq peripatetikləri, o cümlədən Bəhmənyar, onun əhəmiyyətini elmi və əməli bilik qazanılması üçün vasitə olmasında görürdülər. Əbülhəsən Bəhmənyarın idrak nəzəriyyəsi öz məzmunu etibariylə təkcə orta əsr peripatetizmində deyil, ümumiyyətlə Şərq fəlsəfəsi fikrində mühüm əhəmiyyətə malikdir.[26] Azərbaycan filosofu obyektiv gerçəkliyin dərk olunmasında idrakın həm hissi, həm də əqli mərhələlərini şərh etməklə, onlar arasında üzvi bağlılığı elmi əsaslarla aydınlaşdırmışdır.[26]

Məntiq təlimi

[redaktə | mənbəni redaktə et]

Əbülhəsən Bəhmənyar məntiqin mövzusu və vəzifələri barədə yazır:

"Məntiq nəzəri sənətdir ki, həqiqi tərif adlanan düzgün tərifin və sübut adlanan sillogizmin hansı formalardan və materiyalardan, qüvvətli olub, yəqinliyinə bənzər təsdiq bildirdikdə topik, zərif olub daha çox güman bildirdikdə ritorik adlanan inandrıcı sillogizmin hansı formalardan və materiyalardan olduğunu müəyyən edir. O, müəyyən edir ki, düzgün olmayan tərif hansı formadan və materiyadan, yanılmaya aparıb çıxaran və sofistik adlanan düzgün olmayan sillogizm hansı formadan və materiyadan, əsla təsdiq bildirməyən, lakin bir şeyə qarşı nəfsin ya rəğbətini oyatmaq, yaxud, nifrətini, ikrahını qazandırmaq, ya da, onu açmaq, yaxud sıxmaq məqsədi ilə xəyala gətirilən sillogizm – poetik sillogizm hansı formadan və materiyadan düzəlir."[26]

Filosofun fikrincə, məchul olan, sonra isə düşünməklə məluma çevrilən axtarılanlar tərifin və sillogizmin sayəsində tapılır. O, ikisindən hər biri ya həqiqidir, ya da həqiqətdən kənardır (ancaq özünə görə faydası vardır), ya batildir, ya da həqiqətə bənzərdir. İnsanın fitri qabiliyyəti bu təsnifatda çox vaxt kifayət qədər fərq qoya bilmir. Əgər belə olmasaydı nə alimlər arasında fikir ayrılığı, nə də birisinin baxışında ziddiyyət özünü göstərərdi.[26]

Sillogizm və tərif

[redaktə | mənbəni redaktə et]

Sillogizm və tərifdən hər biri müəyyən tərtib üzrə anlaşılan mənalardan əmələ gəlir və düzəlir. Deməli, o ikisinin düzəldiyi bir materiya və düzəlmə üçün bir forma olur. Hər hansı materiya ev, yaxud kürsü üçün yaramadığı, hər hansı formaya görə ev materiyasından bir ev, kürsü materiyasından bir kürsü başa gəlmədiyi, əksinə, hər bir şeyin özünəməxsus eynilə bir forması olduğu kimi, düşünməklə bilinən hər bir məlumatın da özünəməxsus bir materiyası və özünəməxsus eynilə bir forması vardır, o bu ikisinin sayəsində həqiqət olur. Evi tikdikdə forma düzgün olsa da, bəzən materiya cəhətdən, materiya düzgün olsa da bəzən forma cəhətdən, bəzən də birlikdə hər ikisi cəhətdən fəsad baş verdiyi kimi, tərifdə və sillogizmdə baş verən fəsad bəzən forma cəhətdən, bəzən materiya cəhətdən, bəzən də birlikdə hər ikisi cəhətdən baş verir.[26]

"İnsan yalnız duyğudan gələn, yaxud duyğunun təsdiqlədiyi şeyə inanır" deyən Əbülhəsən Bəhmənyarın təlimində hissi qavrayışın verdiyi bilik məlumdur, nəzəri elmlərin hələ dərk edilməmiş müddəaları isə məchuldur. Öz sələfləri kimi, Azərbaycani də məntiqin faydasını, məlumdan məchula keçmək yollarını göstərməklə insanı təfəkkür xətalarından qorumaqda görürdü.[26]

Əbülhəsən Bəhmənyar nəzəri söhbətlərin sözlərdən, əqli düşüncələrin əqli nitqlərdən düzəldiyini nəzərə alaraq ilk şərhi, sözdən və onun anlayışa münasibətindən başlayır. Filosofun fikrincə, sözlər nəfsdəki əsərin (inikasın) yalnız uyğunluq və şərtilik yolu ilə ifadəsidir, çünki adlarda hər hansı şeyə məxsus heç nə yoxdur. Bəhmənyar tərəfindən söz fikrin ifadəsi, yazı isə, sözün işarəsi kimi səciyyələndirilir. O, qeyd edir ki, nəfsdəki hər bir əsər üçün məxsusi bir yazı işarəsi mümkün idi. Lakin bu, uzun işdir. Ona görə də sözlərlə qənaətlənmək tədbiri görülmüş və uzunçuluqdan qaçmaqla yazılar tərtib edilmişdir. Bəhmənyar bildirir ki, yazı və sözlər nəfsdəki şeyə məxsus təbiilik deyil, əksinə şərtilik yolu ilədir. Nəfsdəki əsər isə xarici aləmdə mövcud olan şeylərin təbii ifadəsidir (hekayətidir). Deməli yazı, sözün hərflərini ifadə edən formalara görə müxtəlif şərti göstərmədir (işarədir). Sözlər isə nəfsin təsəvvürlərini ifadə edən formalara görə müxtəlif şərti göstərmədir. Nəfsin təsəvvürləri əyani şeyləri qeyri–iradi göstərmədir. Bunun üçün əyani şeylər göstərilir, lakin göstərmir, yazı isə göstərir, lakin göstərilmir. Nəfsin təsəvvürlərindən və sözlərdən hər biri həm göstərən, həm də göstəriləndir.[26]

Şərq peripatetiklərinin o cümlədən Əbülhəsən Bəmənyarın tərif haqqındakı təlimində, həm sözün xüsusi mənasında tərifdən, onun tam və natamam növlərindən, həm də onu əvəz edən üsulardan, bənzətmən və nominal təriflərdən söhbət gedir.[26]

Əbülhəsən Bəhmənyar düzgün tərif almaq üçün riayət edilməsi zəruri olan qaydaları göstərmişdir:

"Tərif mütənasib olmalıdır, yəni tərif verilənlə tərif verən eyni həcmdə götürülməlidir. Məsələn, "Şər insanların zülmüdür" tərifində "şər" anlayışı "insanların zülmü" anlayışına nisbətdə cinsdir, daha geniş həcmə malik olduğu üçün mütənasib deyildir. Tərif dövr etməməlidir. Məsələn, "ədəd vahidlərdən yığılmış çoxluqdur" tərifində, "ədəd" ilə "çoxluq" idrak üçün eyni bir şeydir. Bir şeyə öz ziddinə görə tərif vermək də bu qəbildəndir. Məsələn, "cüt tək üzərinə bir gəlinən saydır", yaxud, "tək cütdən bir çıxılan saydır". Tərif inkarı olmamalıdır, çünki, varlıq öz–özlüyündə məlumdur, yoxluq isə varlığa görə tanınır. Tərif verən, tərif veriləndən aydın olmalıdır. Məsələn, "Od nəfsə bənzəyən cisimdir" dedikdə, nəfs anlayışı "od" anlayışından daha artıq dərəcədə qeyri – müəyyəndir. "Günəş gündüz çıxan ulduzdur" tərifində isə "gündüz" anlayışı yalnız Günəşə görə bəlli olduğu üçün onun məzmununu aça bilməz."[26]

Əbülhəsən Bəhmənyar, hökm və onun müxtəlif növlərini əsaslı surətdə araşdırmışdır. Burada hökm, Aristotelin məntiq təliminə uyğun olaraq, bir şey haqqında nəyisə iqrar, yaxud inkar edən fikir kimi səciyyələndirilir. Hökmlərin qəti və şərti formalarını nəzərdən keçirən Bəhmənyar öz şərhinə qəti hökmdən başlayır. O, göstərir ki, qəti hökm üç şey ilə – subyekt mənası, predikat mənası və o ikisi arasındakı münasibət ilə tamamlanır.[26]

Azərbaycani hökmləri məzmun etibarilə nəzərdən keçirərkən onların müqəddəm müddəalar, bənzər müddəalar və təxəyyülə əsaslanan müddəalar kimi növlərini araşdırmışdır. Müqəddəm müddəalar ya inamlardır, ya da əxz edilmiş müddəalardır. İnamlar üç cür olur, yəni qəbulu vacib, məlum və vəhmə əsaslanan müddəalardan təşəkkül tapır.[26]

Qəbulu vacib müddəalar ilkin məlumatlar olub, müşahidədən və təcrübədən əldə dilir. İntuisiyaya və camaatın verdiyi xəbərlərə əsaslanan biliklər də bu qəbildəndir. İlkin məlumatlar aydın əqlin xarici səbəblərdən heç birinə görə deyil, özünə görə, özünün fitri təbiətinə görə vacib bildiyi hökmlərdir.[26]

Müşahidədən əldə edilmiş məlumatlar hissi məlumatlardır. Onlar duyğudan aldığımız şeylərə nisbətdə istifadə etdiymiz hökmlərdir. Günəşin varlığına, onun işıqsaçan olmasına görə müddəa, odun yandırıcı olması müddəası bu qəbildəndir. Qeyri – hissi nəfsi qüvvələrin müşahidəsinə görə olan hökmlər də belədir, məsələn, özümüzdə bir fikir, habelə bir qorxu, bir qəzəb olduğunu bilirik, özümüzü və öz əməllərimizi dərk edirik.[26]

Təcrübə vasitəsiylə qazanılmış məlumatlar təkrar olunan müşahidələrimizin doğurduğu hökmlər və müddəalardır. Bunun nəticəsində heç bir şübhə doğurmadan güclü rəy möhkəmlənir. Təcrübə hökmləri əksəriyyət etibarilə, yaxud qəti surətdə vacib edə bilər. O, müşahidələrlə çulğalaşmış gizli sillogistik bir qüvvədən xali deyildir.[26]

İntuisiyaya əsaslanan biliklər həmçinin təcrübə vasitəsiylə qazanılmış məlumatlara oxşardır. Öz sələfləri kimi Əbülhəsən Bəhmənyar da hökmə, ancaq istidlalın bir növü kimi baxmışdır.[26]

Bəhmənyar istidlalı "müəyyən məqsədə aparıb çıxaran istiqamət" adlandırır. O qeyd edir ki, hər bir sənət müəyyən materiya və forma ilə bağlıdır. Materiya və formanın müxtəlifliyi ilə sənət məhsulu müxtəlif olduğu kimi, istidlal da təşəkkül tapdığı şeyin müxtəlifliyinə görə, yada düzgün və ya yanlış qurulmasının müxtəlifliyinə görə müxtəlif olur. Bəhmənyarın fikrincə istidlalda məqsəd kəsb etmə yolu ilə müəyyən bir biliyin, yaxud zənnin qazanılmasıdır.[26]

Zakir Məmmədov "Bəhmənyarın fəlsəfəsi" kitabında yazır ki, məntiqin əsasını istidlallar haqqında təlim təşkil edir. Bəhmənyar istidlalı "müəyyən məqsədə aparıb çıxaran sənət" adlandırmışdır.[8]

Azərbaycan filosofu yazır ki, məchul barəsindəki bilik hər hansı mövcud bilikdən deyil, əksinə, məchula xüsusi nisbəti olan bir biliyin, eləcə də məxsusi bir quruluşun köməyi ilə əldə edilir. Bir sözlə, düşüncə vasitəsiylə, hələ kəsb edilməmiş ilkin təsdiqi şeylərin olması labüddür, zira, sonrakı anlayış və hökmlər onların sayəsində qazanılır.[8]

İstidlal bir və ya bir neçə hökmün qarşılaşdırılmasından alınır. Hər hansı bir hökmdən başqa bir hökmün çıxarıldığı bilavasitə istidlal Şərq peripatetiklərinin məntiq təlimində adətən hökm bəhsində nəzərdən keçirilir.[26]

Şərq peripatetiklərinin məntiq təlimində induksiya və anologiya da müəyyən yer tutur. İnduksiyanı istidlalın xüsusi forması kimi nəzərdən keçirən Bəhmənyar yazır: "İnduksiya çoxlu ayrıcalarda mövcud olan hallara görə ümumi haqqında irəli sürülən müddəadır."[26]

Analogiyaya gəldikdə – "Təhsil" kitabında qeyd edilir kimi, "o, müşahidə edilən şeyin timsalında mövcud olana görə qaib şey haqqında irəli sürülən müddəadır." Məsələn cismi ev timsalında götürüb, evin sonradan yaradıldığı cəhətə nəzərən cismin də sonradan yaradıldığını deyirlər. Bəhmənyar və İbn Sina bu istidlal formasını etibarsız saymışdır. "Təhsil" kitabında qeyd edildiyi kimi, burada müqəddimlər üçüncü fiqur üzrə qurula bildiyi halda xüsusi hökm əvəzinə, ümumi hökm nəticə çıxarılır.[26]

Ərəbdilli filosoflar müqəddimədə faktik məzmunun yəqinliyi baxımından istidlalın beş növünü fərqləndirmişlər: 1) sübut (əl–bürhan), 2) dialektika (əl–cədəl), 3) ritorika (əl– xitabə), 4) poetika (əş–şir) və 5) sofistika (əl–müğalətə). Bunların içərsində sübut mühüm yer tutur. Bəhmənyar yazır ki, sübut yəqin nəticə çıxarmaq üçün yəqin müqəddimlərdən düzəlmiş istidlaldır. Yəqin müqəddimələr ilkin məlumatlardan, ya təcrübə vasitəsiylə qazanılmış məlumatlardan, ya da camaatın verdiyi məlumatlardan ibarət olur.[26]

Fəlsəfi biliyin faydasına əxlaqi keyfiyyət baxımından yanaşan Bəhmənyarın fikrincə, qazanılmış hər bir bilik insanın mənəviyyatını zəngnləşdirməyə, onda gözəl məziyyətlər aşılamağa xidmət edir, əks halda həmin bilik faydasızdır. Mütəfəkkirin nəzərində var – dövlətə həris bir kəsin ikmət elmi olsa da hikmət zövqü yoxdur. Belə ki, kamil insanda əql həzz hissi həzzdən güclüdür, daha doğrusu, "həqiqi həzz əqli həzzdir". Zira, "əqli həzzlər dərdin tərtib etmədiyi şəfadır, xəstəliyin yaxın düşmədiyi sağlamlıqdır".[26]

Əqli ən böyük vardat hesab edən Bəhmənyar bütün sərvətlərlə müqayisədə ona üstünlük verirdi, çünki, "sərvət qorunur, əql isə insanı qoruyur". Əql filosofun əqidəsincə, təkcə nəzəri idrakı təmin etməklə kifayətlənmir, eyni zamanda həyati fəaliyyətin amili olur: "Əql qürbətdə münisdir"; "Sənə narahatlıq üz verdikdə kədəri əzmlə boğ, çıxış yolu tapmaq və xilas olmaq üçün əqli səfərbər et"; "Baş vermiş işə görə qüssələnmə, onu aradan qaldırmağa, dəf etməyə çalış…"[26]

Şagirdləri və davamçıları

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda akademik Heydər Hüseynov, akademik A. O. Makovelski, professor Ə. K. Zəkuyev Bəhmənyarın həyatı, yaradıcılığı və dünyagörüşü haqqında araşdırmalar aparıb, elmi mülahizələr söyləsələr də, onun şagirdlərindən söhbət açmamışlar. Çünki onların, eləcə də bir sıra xarici ölkə tədqiqatçılarının fikrincə, XI əsrdən sonrakı dövrdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda peşəkar filosoflar yaşamamışlar.[38]

Akademik A. O. Makovelski ərəbdilli peripatetizmin yalnız üç əsr (IX–XI əsrlər) ərzində inkişaf etdiyini və Bəhmənyarın fəlsəfəsinin Şərqdə bu cərəyanın qürubunda meydana çıxdığını yazmışdır.[8][39] Professor Ə. K. Zəkuyev bu fikir üzərində daha çox dayanmışdır: "İbn Sina və onun şagirdi Bəhmənyarın fəlsəfi görüşlərini sözün dar və adi mənasında orta əsrlərdə Yaxın Şərq fəlsəfəsinin soz sözü adlandırsaq səhv etmərik. Bəhmənyar feodalizm dövründə, Yaxın Şərqdə son peşəkar peripatetik filosof idi. Bəhmənyardan sonra Yaxın Şərqdə peripatetik fəlsəfə tənəzzülə uğrayır və öz əvvəlki əhəmiyyətini itirir".[40]

AMEA-nın müxbir üzvü Zakir Məmmədov mənbələr əsasında apardığı araşdırmaları nəticəsində ilk dəfə olaraq bildirmişdir ki, orta əsrlərdə müsəlman Şərqi ölkələrində fəlsəfə, məntiq və təbiətşünaslıq sahəsində böyük uğurlar qazanılmasında Bəhmənyarın xidməti misilsizdir. Son əsrlərə gəlib çıxan alimlər nəslinin yetişməsində də Bəhmənyar böyük xidmət göstərmişdir. Azərbaycan filosofunun istedadlı şagirdlərindən Əbülabbas Ləvkərinin sayəsində Xorasanda fəlsəfə elmləri intişar tapmışdı.[41]

Bununla da, müsəlman Şərqi ölkələrində peripatetik fəlsəfənin inkişaf etdirilməsində Bəhmənyarın, ondan təhsil almış alimlərin və onların şagirdlərinin böyük rolu olmuşdur. Öz müəllimi İbn Sina kimi Azərbaycan filosofu da bir sıra alimlər hazırlamışdır. Onlardan Əbülabbas Fəzl ibn Məhəmməd Ləvkəri Mərvi onlardan daha çox tanınmışdır.[28]

Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam (1048–1131) da Bəhmənyarın şagirdidir. O, ensiklopedik alim İbn Sinanın "İşarələr və qeydlər" kitabını öz müəlliminin yanında mütaliə etmişdir.[41][42][43]

Zakir Məmmədov müəllim-şagird əlaqələrini ardıcıl izlədikdə bir neçə yolla gəlib Nəsirəddin Tusiyə çıxdığını yazmışdır. Tədqiqatçı qeyd edir ki, Əbülhəsən Bəhmənyarın Ömər Xəyyama görə müəllim-şagird silsiləsi şaxəsinə mənsub alimlərdən bəziləri Əbülabbas Ləvkəridən təhsil almış alimlər şaxəsində də vardır.[44]

1000 illik yubileyinin keçirilməsi

[redaktə | mənbəni redaktə et]

Prof. Zakir Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti 1 iyul 1992-ci ildə (Qərar № 10/16) və Azərbaycan Respublikası Nazirlər Kabineti 5 noyabr 1992-ci ildə (Qərar № 607) qərarlar qəbul etmişdir. Bu münasibətlə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) üç elmi sessiya, bir çox ali məktəblərdə konfranslar keçirilmişdir. Yubiley münasibətilə Əbülhəsən Bəhmənyarın portretinin yaradılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqıAzərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə müsabiqə elan edilmiş, 3 fevral 1994-cü ildə isə müsabiqəyə yekun vurulmuşdu. Münəvvər Rzayevanın yaratdığı büst müsabiqədə birinci mükafata layiq görülmüşdür. Zakir Məmmədov bu barədə "Filosofun real surəti necə olub?"[45] məqaləsində ətraflı şəkildə bəhs etmişdir.

  • Bəhmənyar ibn əl-Mərzban. Ət-Təhsil. Tehran, 1971
  • Bəhmənyar ibn əl-Mərzban. Maudu elm mabəd ət-təbiə. Məratib əl-maucudat. Almancaya tərcümə edən: S. Poper (ərəb orijinalı ilə). Leypsiq, 1851
  • Bəhmənyar. Təhsil (Məntiq). Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999. səh. 115–121
  • Bəhmənyar. Metafizikanın mövzusu. Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999. səh. 122–128
  • Bəhmənyar. Mövcudatın mərtəbələri. Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999. səh. 129–134
  • Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994
  • Zakir Məmmədov. Bəhmənyarın fəlsəfəsi. Bakı, Elm, 1983
  • Ə. K. Zəkuyev. Bəhmənyarın fəlsəfi görüşləri. Bakı, 1958
  • Rahman, F. "Bahmanyar , Abu'l-Hasan Bahmanyar b. al-Marzuban." Encyclopaedia of Islam. Edited by:P. Bearman , Th. Bianquis , C. E. Bosworth , E. van Donzel and W. P. Heinrichs. Brill, 2007
  • А.О.Маковельский. Из истории философии в Азербайджане в XI–XII веках. Труды Сектора философии, т. (VI), Баку, 1960, стр.16
  • Henry Corbin, "History of Islamic philosophy", Kegan Paul International, 1993
  • Nicholas Rescher, "The development of Arabic logic", University of Pittsburgh Press, 1964
  1. 1 2 3 4 Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993
  2. Zakir Məmmədov. Bəhmənyarın ölüm tarixinin dürüstləşdirilməsi. Azərəbaycan SSR EA Məruzələri. 1971. № 7. səh. 97-100
  3. Abu'l-Hasan Bahmanyar // https://www.oxfordreference.com/view/10.1093/oi/authority.20110803095440991.
  4. Karlis Kraulins, Niami un vina laikabiedri, Riga, LVU, 1969, səh 38
  5. "Зияддин Багатур оглы Геюшев – Методологические вопросы истории развития средневековой философии народов Закавказья, Изд-во "Элм,", 1982, səh 65". 2015-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  6. Зияддин Багатур оглы Геюшев – Етическая мысль в Азербайджане, Ганджлик, 1968, səh 364
  7. "Али Сумбатович Сумбатзаде – Азербайджанцы, этногенез и формирование народа, "Элм", 1990, səh 168". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  8. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 Zakir Məmmədov. Bəhmənyarın fəlsəfəsi. Bakı, 1983
  9. Ə. K. Zəkuyev. Bəhmənyarın fəlsəfi görüşləri. Bakı, 1958
  10. 1 2 3 Zəhirəddin əl-Beyhəqi. Tətimmət "Sauan əl-hikmə". Lahur, 1967. səh. 91
  11. 1 2 Encyclopedia Iranica, "Bahmanyar Kia", H. Daiber [1] Arxivləşdirilib 2009-01-02 at the Wayback Machine excerpt: "Originally a Zoroastrian converted to Islam,"
  12. 1 2 Henry Corbin, "History of Islamic philosophy", Kegan Paul International, 1993. pg 174: " good Zoroastrian with a typically Iranian name, Bahmanyar ibn al-Marzuban, whose important work remains "
  13. 1 2 Rahman, F. "Bahmanyar , Abu'l-Hasan Bahmanyar b. al-Marzuban." Encyclopaedia of Islam. Edited by:P. Bearman , Th. Bianquis , C. E. Bosworth , E. van Donzel and W. P. Heinrichs. Brill, 2007
  14. "Гейсар Вейсал оглы Халилов – Идеи гуманизма в общественной мысли Азербайджана: вторая половина XIX и начало XX века, Элм, 1984, səh 35". 2011-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  15. Zakir Məmmədov. Bəhmənyar məktəbi haqqında. Dirçəliş XXI əsr jurnalı, noyabr 2003-cü il
  16. "Mehmet Emin Resulzade – Azerbaycan ṣairi Nizamī, sekizyüzüncü yildönümü münasebetiyle, 1141–1941, Millī Eǧitim Basimevi, 1951, səh 215". 2011-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  17. "Türk dünyası el kitabı, [[Türk Kültürü]]nü Araştırma Enstitüsü, 1976, səh 1125". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  18. "Kafkasya'da Islam medeniyeti, Research Centre for Islamic History, Art, and Culture, IRCICA, 2000". 2011-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  19. "Inna Naroditskaya – Song from the land of fire: continuity and change in Azerbaijanian mugham". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  20. "Instytut filosofiï (Akademii͡a͡ nauk Ukraïnsʹkoï RSR) – Filosofsʹka dumka, Naukova Dumka, 1976". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  21. "Институт научной информации и фундаментальная библиотека по общественным наукам (Академия наук СССР), Институт востоковедения (Академия наук СССР) – Литература о странах Азии, Африки и Океании, Наука, 1985". 2011-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  22. "Средневековая философия Азербайджана". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-22.
  23. Ə. K. Zəkuyev. Bəhmənyarın fəlsəfi görüşləri. Bakı, 1958
  24. Zakir Məmmədov. Bəhmənyarın ölüm tarixinin dürüstləşdirilməsi. Azərbaycan SSR EA Məruzələri. 1971. № 7. səh. 97–100
  25. "Гафар Ашурович Ашуров – Ибн Сино и средневековая философия, Изд-во "Донишь", 1981, səh 118". 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  26. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994
  27. "Институт философии (Академия наук СССР) – Вопросы философии, Правда., 1980". 2011-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-05.
  28. 1 2 3 4 5 Zakir Məmmədov. Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978
  29. Vasim Məmmədəliyev. Zakir Cabbar bəy oğlu Məmmədov. Azərbaycanın elm və mədəniyyət xadimləri. Biblioqrafik göstərici. Bakı, 2010. səh. 67
  30. Zakir Məmmədov. Bəhmənyarın "Təhsil" kitabı fars dilində. "Bakı" qəzeti, 11 iyul 1980-ci il
  31. Bəhmənyar. ət-Təhsil. Tehran, 1971
  32. Bəhmənyar. Metafizikanın mövzusu. Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999. səh. 124
  33. Kindi. İlk fəlsəfə. Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999. səh. 31
  34. Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994, səh. 84
  35. Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi, Bakı, 1994, səh 85
  36. Zakir Məmmədov. Azərbaycanda XI–XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978, səh.108
  37. Bəhmənyar. Mövcudatın mərtəbələri. Tərcümə edən: Zakir Məmmədov. Şərq fəlsəfəsi (IX–XII əsrlər). Bakı, 1999. səh. 129
  38. Zakir Məmmədov. Bəhmənyar məktəbi haqqında. Dirçəliş XXI əsr jurnalı, Noyabr 2003-cü il, səh. 88–89
  39. А.О.Маковельский. Из истории философии в Азербайджане в XI–XII веках. Труды Сектора философии, т. (VI), Баку, 1960, стр.16
  40. Ə. K. Zəkuyev. Bəhmənyarın fəlsəfi görüşləri. Bakı, 1958. səh. 88–89
  41. 1 2 Zakir Məmmədov. Bəhmənyar məktəbi haqqında. Dirçəliş XXI əsr jurnalı, Noyabr 2003-cü il, səh. 90
  42. Zakir Məmmədov. Ömər Xəyyamın müəllimi. "Ədəbiyyat qəzeti", 13 may 1994-cü il
  43. Zakir Məmmədov. Ömər Xəyyam necə varsa… "Mars" ədəbi-bədii, elmi-publisistik jurnal, № 7–8. Bakı, 2003. səh. 66
  44. Zakir Məmmədov. Bəhmənyar məktəbi haqqında. Dirçəliş XXI əsr jurnalı, Noyabr 2003-cü il, səh. 91
  45. Zakir Məmmədov – "Filosofun real surəti necə olub?", "Mədəniyyət" qəzeti, 9 aprel 1994-cü il

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]