Ermənistan qağayısı (lat. Larus armenicus) — Ermənistan qağayısı və ya Van gölü qağayısı, qağayıkimilər fəsiləsindən olan bir quş növüdür. Əvvəllər Avropa gümüşü qağayısının (Larus argentatus) yarımnövü kimi təsnif edilsə də artıq ayrı növ kimi təsnif olunur.
Görünüşcə yaxın növ olan Sarıayaq qağayıya (Larus michahellis) bənzəyir, ancaq daha kiçikdir və gözləri tünd rəngdədir.
Yuvaları bir ada və gölün sahillərində yerə tikilmiş bitkilərin yığınından ibarətdir. Əsasən 3 yumurtası aprel ayına qədər qalır. Yetkinliyə digər iri qağayılar kimi 4 il ərzində çatır, gənc fərdlər qonur-qəhvəyi xalları ilə fərqlənirlər.
Daha çox Kiçik Asiya, Qafqaz və Şimal-qərbi İranın dağ göllərində rast gəlinir. Qışı isə daha cənubda (şimali İsrail və Sinay yarımadasında) keçirir. Nadir hallarda ərəb ölkələrində də rast gəlmək olur.