Şərq toppuztikanı

Echinops orientalis (lat. Echinops orientalis) və ya Şərq toppuztikanımürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid biki növü.

{{{latin}}}
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir. Gövdəsi sadə, düzdayanan, hündürlüyü 70-80 sm, bənövşəyi vəzili, ağ keçəvari tükcüklüdür. Yarpaqları lələkvari, uzunsov lansetvari və ya lansetvari-tikanlı, ucubiz hissələrə bölünmüşdür, yanları tikanlı-diş-dişli, üstdən yaşıl, zəif torlu və ya çılpaq, altdan ağ keçəvari tüklüdür. Başcıqları kürəvari, orta ölçülü, sarğısı təqribən 23 mm, yarpaqları çılpaq, enli deltavaridir.[2]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ Quba sahəsinin rayonlarında arandan aşağı, bəzən orta dağ qurşağına kimi yayılmışdır. Quru yamaclarda, qurumuş çay yataqlarında, çöllüklərdə, bəzən bostanlarda bitir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. The Plant List (ing.). 2010.
  2. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  3. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.