Şərqi Saxalin cərəyanı

Şərqi Saxalin cərəyanı (rus. Восточно-Сахалинское течение) — Oxot dənizinin cənub şərq hissəsindən keçən soyuq dəniz cərəyanı.[1][2]. Oxot dənizinin ən əsas cərəyanlarından biridir. Saxalin adasının şərqi ilə şimaldan cənuba doğru istiqamətlənir. Cərəyanın soyuq olmasına səbəb buzların şimaldan cənuba istiqamətlənməsidir. Oxot dənizinin vəziyyəti sayəsində yay və payız ayları isti cərəyanla soyuq cərəyanın kontraksı təşkil olunur.

Şərqi Saxalin cərəyanı
Ümumi məlumatlar
Akvatoriya Sakit okean
Tip Soyuq
Orta axın cərəyanı 10-20

Cərəyanın özü şelf zonasının yüngül suları ilə sıx suların təsirindən meydana gəlir. Digər cərəyanlar kimi bu cərəyanda mövsümdən asılı olaraq güçlənir və zəifləyir. Yay ayları onun ən zəif dövrüdür. Terpeniya burnu yaxınlığından cərəyan şərqə istiqamətlənir. Şimali Kuril adalarına doğru istiqamətlənərək burada Kuril-Kamçatka cərəyanına birləşir. Cərəyan ən güçlü sahildə hiss edilir. Burada onun güçü 10-20 sm/san olur. Sahildən bir qədər uzaqlaşdıqda güç 5-10 sm/san qədər azalır. Cərəyan ən yaxşı oktyabrdan maya kimi hiss edilir. Cərəyanın maksimal dərinlikdən keçməsi 150 metrdir[3].

  1. "Saxalin vilayətinin ensiklopediyası". 2016-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-12.
  2. "Вихри течения Ойясио". 2013-12-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-12.
  3. "Создание серии мелкомасштабных карт условий обитания серого кита на северо-восточном шельфе о. Сахалин — курсовая работа". 2019-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-12.