Şabalıdyarpaq palıd

Şimali İranda, Gilan, Mazandaran, Xəzər dənizinin cənub sahili boyunca yayılmışdır. Qazıntı halında Naxçıvanın alt və ya orta miosen çöküntülərindən məlumdur.

Şabalıdyarpaq palıd
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Şabalıdyarpaq palıd
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 40-45 m-ə, gövdəsinin diametri 100-150 sm-ə çatan, çadırabənzər və ya enli-piramidal çətirlidir. Budaqların qabığı boz, gövdənin qabığı isə tünd-boz, uzununa dərin çatlıdır. Zoğları sıx tüklü, tumurcuqları xırda və yumurtavari olub, ucları sivridir. Yarpaqları töküləndir. Yarpağın uzunluğu 19-20 sm, eni 4-8 sm olub, kənarı dişli və ya dilimli, səthi dərivaridir. Üst tərəfi parlaq, tünd yaşıl rəngli, çılpaq, alt tərəfi isə açıq yaşıl rəngli, keçəşəkilli, tüklüdür. Damarları 9-13 cütdür. Çiçəkləri bircinslidir. Erkək çiçəklərin uzunluğu 10 sm-ə qədər olub, sallanmış sırğalarda tək-tək yerləşir. Dişi çiçəkləri 2-3-ü bir yerdə olmaqla saplaq üzərində dəstələrlə yerləşir. Saplağın üzəri sıx tükcüklü, 10 sm uzunluqdadır. Çiçəkyanlığı 4-7 dilimli, erkəkciyi 4-12 ədəddir. Aprel-may aylarında çiçəkləyir, külək vasitəsilə tozlanır. Meyvəsi ləpəli qozadır. Qozası 2,5-3,5 sm uzunluqda olub, uzunsov, tərs-ovalşəkilli, ellips və ya neştərvari, qaidəyə yaxın hissəsi pazaoxşar, yumrulaşmış və ya bir az ürəkvaridir. Qozalar sentyabr-oktyabr aylarında yetişir.

İsti, işıqsevən, torpağın münbitliyinə çox tələbkar, şaxtaya, quraqlığa az davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

İsmayıllı, Yalama, Quba, Tərtər, Şəmkir, Şamaxı, Bərdə rayonlarında, Talış zonasında təsadüf edilir. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir.

Tək əkinlərdə, mebel sənayesində istifadəsi məqsədyönlüdür. Qozasında nişasta, qabığında və yarpaqlarında aşı maddələri, tanninlər vardır.

  • Деревья и кустарники СССР. т.2. 1951;
  • Флора Азербайджана. т.3. 1952;
  • Azərbaycanın ağac və kolları. II cild. 1964;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bit¬ki formasiyaları. 1996; *Красная Книга СССР. 1984; Azərbaycanın “Qırmızı Kitabı”. 1989;
  • Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin repro¬duk¬siyasının, reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011.

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov