İsmayıllı

Bu məqalə İsmayıllı haqqındadır. rayon üçün İsmayıllı rayonu səhifəsinə baxın.

İsmayıllıAzərbaycanda şəhər, İsmayıllı rayonunun inzibati mərkəzi.

Şəhər
İsmayıllı
40°47′02″ şm. e. 48°08′38″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Rayon İsmayıllı
İcra başçısı Nahid Bağırov
Tarixi və coğrafiyası
Şəhər statuslu 1967-ci ildən
Saat qurşağı UTC+04:00
Əhalisi
Əhali sayı 28180[1] (2019)
Milli tərkib azərbaycanlılar, ləzgilər
Dini tərkibi müsəlmanlar, xristianlar
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 20 28 ( 2 - şəhər mərkəzi daxilində zənglər üçün)
Poçt indeksi AZ 3100
Nəqliyyat kodu 31
Xəritədə yeri
İsmayıllı xəritədə
İsmayıllı
İsmayıllı
xəritədə
İsmayıllı
İsmayıllı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərdən Bakıya qədər olan məsafə 175 kilometrdir.

1859–1864-cü ilə olan məlumata əsasən, Bakı quberniyasının Şamaxı qəzasının İsmayıllı kəndində 212 evdə 487 nəfəri kişilər, 463 nəfəri isə qadınlar olmaqla 950 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı.[2]

13–22 aprel 2019-cu il tarixində aparılmış Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən İsmayıllı şəhərində (ümümillikdə 87500) 55,004 nəfər (7,550 nəfəri kişilər, 7,454 nəfəri qadınlar) əhali yaşayır.[3]

İl Sayı
1959 3.876 [4]
1970 4.957 [5]
İl Sayı
1979 6.773 [6]
1989 11.429 [7]
İl Sayı
2014 20.660

İsmayıllı rayonu ərazisi e.ə II və I əsrdə Albaniyanın ərazisinə daxil olmuşdur. Girdimançayın dərəsini ətrafında isə güclü Alban dövləti mövcud olmuşdur. İndiki İsmayıllı şəhəri 1959-cu ilə kimi kənd, 1967-ci ilə kimi isə şəhər tipli qəsəbə olub. 1967-ci il 14 yanvarda bura rayon tabeli şəhər statusu verilib.

Şəhərdə "Qız qalası" istirahət zonası Ax-Ox çayın sahilində Nağakənd bölgəsində yerləşir.

  1. "İsmayıllı rayon icra hakimiyyəti". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-08.
  2. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 31 [ölü keçid]
  3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: İsmayıllı rayonu Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine
  4. SSRİ əhalisinin siyahıya alınması (1959).
  5. SSRİ əhalisinin siyahıya alınması (1970).
  6. SSRİ əhalisinin siyahıya alınması (1979).
  7. SSRİ əhalisinin siyahıya alınması (1989).

Xarici keçidlər https://gomap.az/Info/Cities/Ismailli.aspx