Şabla mayakı — Bolqarıstanın Dobriç vilayətində, Şabla icması ərazisində yerləşir. Mayak eyni adlı burun ərazisində, Şabla şəhərindən 4 km şərqdədir. Bu Bolqarıstanın Qara dəniz sahilində yerləşən ən hündür və ən qədim mayakıdır. Bolqarıstanın Hərbi Dəniz qüvvələrinin balansındadır[1].
Şabla mayakı | |
---|---|
Ölkə | |
Su hövzəsi | Qara dəniz |
Yerləşir | Şabla, Bolqarıstan |
Koordinatlar | 43°32′25″ şm. e. 28°36′25″ ş. u. |
Yandırılma ili | XVIII əsr |
Tikilmə tarixi | 1856 |
Tikinti materialı | daş |
Hündürlüyü | 32 |
Diapazon | əsas: |
Vikianbarda əlaqəli mediafayllar |
Burunda ilk mayak XVIII əsrdə inşa edilmişdir. Ən əhəmiyyətli Qara dəniz marşrutlarından biri olan Dunay-Bosfor xətinin mərkəzində yerləşir. Mayak fənərinin əsas məqsədi gəmiləri mayak ilə Tyulenovo kəndi arasında olan qumlu dayazlıq barədə məlumat verməkdir. Bu səbəbdən "Qum fənəri" və ya "Qum mayakı" adlandırılır. Həmçinin mayak yaxınlığında uzunluğu 2 km olan rif vardır[2]. Bəzi tarixçilər burun ərazisində mayak tikililərinin hələ Roma və Bizans imperiyaları dönəmində olmasını qeyd edirlər. Hətta mayakın 1786-cı ildə belə fəaliyyətdə olması barədə məlumat vardır[3]. Mayakın mövcudluğu haqqında məlumat 1844-ci ildə İtaliya mənbələrində də qeyd edilir[4].
1855-ci ildə fransız müşavir Blez-Jan-Marius Mişel Türk hökuməti ilə Qara dəniz sahilindəki mayakların inşasına və sonra fəaliyyətini təşkil edəcək «Compagnie des Phares de l’Empire Ottoman» müştərək cəmiyyətinin təşkili barədə müqavilə imzalayırlar. Digər mayaklar kimi Şabla mayakı da yenidən qurulmuşdur. Tikinti işləri 1856-cı ildə bitir. Mayakın istifadəyə verilməsi isə 1857-ci ildə gerçəkləşdirilir.
Mayak binası Krım müharibəsi zamanı güclü şəkildə zərər görmüşdür. 1901-ci ildə Kaliakrada baş vermiş 7,2 bal gücündəki zəlzələ yaxınlıqda olan yaşayış məntəqələrini tamamən dağıtsa da, bundan mayak zərər görməmişdir. Bununla belə mayak ətrafının dəmir konstruksiyalarla gücləndirilməsi qərarı alınmışdır.
Mayak binası uzaqdan kiçildilmiş İsgəndəriyyə mayakını xatırladır. Tikili tamamən daşdan inşa edilmişdir. Yan tərəf uzunluğu 8,8 metr, hündürlüyü isə 10 metrdir. Divarlarının qalınlığı 1,2-1,5 metrə çatır. Qüllə tikildiyi mərkəzi qübbənin hündürlüyü 7,8 metrə çatır. Qüllənin divarları əsas məntəqəyə yönəldilib, hündürlüyü 18 metrdir. Optikli lampa otağı qüllənin üstündə yerləşir.
Fokus boyu dəniz səviyyəsindən 36 metr yüksəkdədir, strukturun hündürlüyü isə 32 metrdir. Fənər hər 25 saniyədə ağ işıq saçır. İşıq 17 dəniz mili (31 km) məsafədə görünür[5]. Mayakda beş insan çalışır[2].
Mayakın yerləşdiyi Şabla burnu Bolqarıstanın ən ucqar şərq nöqtəsidir.