Şadmehr Akili

Şadmehr Akili və ya Şadmehr Ağili (fars. شادمهر عقیلی‎; 27 yanvar 1973, Tehran[1]) — İranlı musiqiçi, televiziya aparıcısı və müğənnidir.

Şadmehr Akili
Ümumi məlumatlar
Doğum adı Şadmehr Akili
Doğum tarixi 27 yanvar 1973(1973-01-27) (51 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, kino aktyoru
Fəaliyyət illəri 1994-cü ildən
Janrlar pop musiqisi, blüz, rok
Musiqi alətləri piano
shadmehraghili.net
naslemusic.com/…

Tehran konservatoriyasında təhsilini başa vurmuş Şadmehr Akili bir müddət İRİB televiziyasında veriliş aparmışdır. İran İslam İnqilabından sonra İranda yetişmiş müasir pop musiqi sənətçilərindən biri hesab olunan Şadmehr Akili 1997-ci ildə ilk solo albomu olan "Bahar-e Man" adlı albomunu buraxmış, 1998-ci ildə isə Mosafer adlı ikinci albomunu buraxmışdır. 1999-cu ildə isə Şadmehr Akili üçüncü albomu olan Dehati adlı albomunu buraxmışdır. Dehati albomu İranda İslam İnqilabından sonra fars dilində çıxan birinci pop musiqisinə aid olan albom hesab olunur. 2001-ci ildə isə dördüncü albomu olan Par-e Parvazı çıxardan Akili, 2003-cü ildə AVANG və NAVAMEDIA ilə müqavilə imzalayaraq Kanadaya köçmüşdür. Şadmehr Akili hal-hazırda Kanadada yaşayır və karyerasını burada davam etdirir.[2]

Albomlar Adı Farsca adı Tərcüməsi Qeyd
ili
Rəsmi
1997 Bahar e Man بهار من Mənim baharım İnstrumental
1998 Fasl e Ashenayi فصل آشنایی Tanış olmaq fəsli
Mosafer مسافر Səyyah
1999 Dehaty دهاتی Kəndli
Mashgh e Sokoot مشق سکوت Sükut məşqi
Naghmeha ye Mashreghi نغمه های شرقی Şərq melodiyaları İnstrumental
2001 Par e Parvaz پر پرواز Uçmaq üçün qanadlar Eyni adlı filmin saundtrekləridir
2003 Doori o Pashimani وری و پشیمانی Ayrılıq və peşmanlıq
Khiali Nist خیالی نیست Mənim üçün əhəmiyyəti yoxdur Kanadaya köçdükdən sonra
2004 Adam Foroush آدم فروش Xain
2005 Popcorn پاپکرن
2009 Taghdir تقدیر Taleh
2012 Tarafdaar طرفدار Vəkil
2016 Tajrobeh Kon تجربه کن Bunu yoxlayın
2018 Tasvir تصویر Şəkil
Qeyri-rəsmi
1994 Shaam-e Ghariban شام غریبان Qəriblik gecəsi
2000 Fariba فریبا Faribaa (lit. Cazibədar)
2002 Adam o Hava آدم و حوا Adəm və Həvva
2004 Rag-e Khaab رگ خواب Kor nöqtə Kanadaya köçdükdən sonra İranda buraxılan instrumental
2006 Talafi تلافی İntiqam
2007 Sabab سبب Səbəb Sızdırılmış iş
2010 Antique انتیک Antik
22 Albom
  1. 1 2 Freebase Data Dumps. Google.
  2. "Arxivlənmiş surət". 15 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2021.