Şah Abbasın Moğol sarayına göndərdiyi elçilik — Səfəvi şahı Abbasın 1620-ci ildə Böyük Moğol imperatoru Sultan Cahangir şahın sarayına göndərdiyi elçilik nəzərdə tutulur. Elçiliyin əsas məqsədi Qəndəharın Səfəvi imperiyasına qatrarılmasını təmin etmək idi.
Şah Abbas taxta keçdikdən sonra həm Özbək xanlığını, həm də Osmanlı imperiyasını məğlub edib itirilmiş torpaqları geri qaytarmışdı. O, hələ hakimiyyətinin ilkin mərhələsində ikən moğollar Qəndəharı ələ keçirmişdi. Sırada geri qaytarılmağı gözləyən bölgələrdən başlıcası Qəndəhar olduğu düşünülürdü. Belə bir şəraitdə Cahangir şah məsələni diplomatik yolla həll etməyə çalışdı. Bu zaman ilk elçilik moğollar tərəfindən göndərildi. Elçiliyə moğol əsilzadəsi Xan Aləm tərəfindən rəhbərlik edilirdi. Xan Ələm məşhur nəslə sahib idi və onun ulu əcdadları Abbasın böyük ilham aldığı və sevdiyi tarixi şəxsiyyət Əmir Teymurun xidmətçiləri olmuşdular. İspan elçisi Fiqueroa da həmin zaman Abbasın sarayında idi və o, Xan Aləmin mirvari sırğalar taxdığını, qiymətli daşlarla bəzədilmiş xəncər daşıdığını və İsfahandakı hind tacirləri tərəfindən inanılmaz dərəcədə zəngin kimi təsvir edildiyini bildirmişdir. Alamı 800-ə yaxın xidmətçi və bir neçə yüz gözətçinin müşayiəti ilə Hindistan faunasının ekzotik kolleksiyası müşayiət edirdi. Elçilik heyətinin İsfahana gəlişini öz gözləri ilə görən İsgəndər bəy Türkman yazır ki, heyətdə qızıl hövdələrlə[a] təchiz edilmiş və hər cür bəzəklərlə bəzədilmiş 10 nəhəng fil, pələnglərin, leopardların, antilopların, çitaların, gərgədanların, danışan quşların və müxtəlif növ zibilləri çəkən su camışlarının daxil olduğu müxtəlif heyvanlar da olmuşdur. Heyətin üzvlərindən biri də moğolların saray rəssamı Bişan Das idi. O, Səfəvi imperiyasında olarkən bir neçə şəkil çəkdi və onları Cahangir şaha apardı. Lakin bu elçiliyin əsas məqsədi olan Qəndəhar məsələsini həll etmək mümkün olmadı. Şah Abbas inadla Qəndəharın ona qaytarılmasını tələb edir və heç bir güzəştə getməyəcəyini bildirirdi. Lakin son bir dəfə məsələni həll etmək üçün diplomatiyadan yararlanmağa qərar verdi.[1] Həmçinin Xan Aləmin elçiliyinə cavab vermək hədəflənirdi. Rəhbər olaraq isə Zeynal xan Şamlı seçildi. Bu məsələ Abbasın elçisi Zeynal bəyin Böyük Moğol imperiyasına olan səfəri zamanı nəzakətli formada yenidən gündəmə gətirildi. Zeynal bəy bundan əvvəl Abbas tərəfindən Avropaya elçi olaraq göndərilmişdi, 1619-cu ildə isə Xan Aləm ilə birlikdə moğolların sarayına göndərildi. İskəndər bəy Münşi Abbasın Zeynəl bəyi elçi üçün lazım olan keyfiyyətlərə malik olduğuna görə seçmişdir:[2]
O, daxili uyğunluq, fərasətlilik, alicənablıq, təbii gözəl davranış və mükəmməl ünsiyyət bacarıqlarına malik idi. Bundan əlavə, o, şahın tam etibar etdiyi bir adam idi. Öz növbəsində, Zeynal bəy bir sufidən gözlənilən sədaqətlilik və sadiqliyə əsaslanaraq, ali ruhani rəhbərinin (mürşüdü kamilin) və xeyirxahının xidmətində nə canını, nə də malını əsirgəməməkdə qərarlı idi. |
Zeynal bəyin elçiliyi də Xan Aləmin elçiliyi kimi əzəmətli hazırlanmışdı ki, Səfəvi imperiyasının gücü aşağı qəbul edilməsin.[2] Lakin elçilik uğurlu olmadə və moğollar Qəndəharı geri qaytarmağa razı olmadılar. Bundan bir neçə il sonra Abbas Qəndəharı hücumla ələ keçirdi və moğollar bunu qəbul etməyə məcbur oldular.[3][4]