Səfəvi şahı titulu 1501-ci ilin payızında I İsmayılın Cabanı[1] və Şərur döyüşlərində[2] qələbə qazandıqdan sonra Təbrizi tutub özünü şah elan etməsi[3] ilə qəbul edilmiş və 1736-cı ildə Nadirin şah olmasından[4] sonra bu sülalənin əlindən çıxmışdır.
Bu siyahıda Səfəvi sülaləsindən olan şahların adları xronoloji ardıcıllıqla verilmişdir. Siyahıda həmçinin şahın adı, atasının adı, portreti, dövlət bayrağı, hakimiyyətinib başlanğıcı və sonu, tacqoyma tarixi və məlumatların mənbəyi göstərilmişdir.
Şah | Portret | Gerb | Varis | Titul | Hakimiyyətin başlanması |
Hakimiyyətin başa çatması |
Tacqoyma | Hökmranlıq müddəti | M. |
---|---|---|---|---|---|---|---|---|---|
I İsmayıl.[5][6] | I Təhmasib [7][8] | Şah | 1494 (1494–1524 — Səfəvi ordeninin başçısı) |
23 may 1524 | 22 dekabr 1501 | 30 il | [9] | ||
I Təhmasib | II İsmayıl | Şah | 23 may 1524 | 25 may 1576 | 23 may 1524 | 52 il | [10] | ||
II İsmayıl[11][12] | Məhəmməd Xudabəndə | Şah | may 1576 | noyabr 1577 | 22 avqust 1576 | 1 il | [13] | ||
Məhəmməd Xudabəndə[14] | Şah Abbas | Şah | noyabr 1577 | oktyabr 1587 | 11 fevral 1578 | 10 il | [15] | ||
Şah Abbas[16][17][18] | (1587–1629) | I Səfi | Şah | oktyabr 1587 | 19 yanvar 1629 | 16 oktyabr 1587 | 42 il | [19] | |
I Səfi | (1629–1642) | II Abbas | Şah | 19 yanvar 1629 | 12 may 1642 | 29 yanvar 1629 | 13 il | ||
II Abbas[20] | (1642–1666) | I Süleyman (Səfəvi) | Şah | 12 may 1642 | 26 oktyabr 1666 | 15 may 1642 | 2 il | [21] | |
I Süleyman (Səfəvi) | (1666–1694) | Sultan Hüseyn | Şah | 26 oktyabr 1666 | 29 iyul 1694 | Birinci tacqoyma: 1 noyabr 1666[22]
İkinci tacqoyma: mart 1668.[23] |
28 il | [24] | |
Sultan Hüseyn[25] | (1694–1722) | II Təhmasib | Şah | 6 avqust 1694 | 21 oktyabr 1722 | 7 avqust 1694[26] | 28 il | [27] | |
II Təhmasib | (1722–1732) | III Abbas | Şah | 1722 (mühasirədəki İsfahandan qaçaraq özünü şah elan etmişdir)[28][29][30] | sentyabr 1732 | 1729 (İsfahan Əfqanlardan geri alındıqdan sonra şah taxtına çıxa bilmişdir.[31] | 10 il | ||
III Abbas | (1722–1736) | Sülalənin hakimiyyətinə son qoyulub. | Şah | 7 sentyabr 1732[32] | 8 mart 1736 (sülalənin hakimiyyətinə Nadir tərəfindən son qoyulub. O, bu tarixdə özünü şah elan etmiş və Səfəvi sülaləsinin yerinə Əfşarlar sülaləsi gəlmişdir.)[33] | 7 sentyabr 1732 | 4 il | [34] |
II Təhmasibin 1732-ci ildə Nadir xan tərəfindən şahlıq taxtından endirilməsindən sonra Səfəvi sülaləsinin hakimiyyəti faktiki olaraq sona çatmışdı. Lakin ən azından hüquqi olaraq 1736-cı ilə qədər hakimiyyətdə qalan Səfəvi sülaləsi 1736-cı ildə tamamilə hakimiyyətdən uzaqlaşdırıldı və Nadir xan özünü şah elan etdi. Lakin 1747-ci ildə onun ölümündən sonra imperiyada daxili müharibələr kəskinləşdi və Əfşar sülaləsindən olan şahlar bir-birini əvəz etməyə başladı.[35]
1748-ci ilin oktyabrında Nadir şahın gənc nəvəsi Şahrux hakimiyyətə gətirildi. İki aydan sonra Nadirin qardaşının oğlu İbrahim özünü şah elan etdi. Lakin məğlub edildikdən sonra qaçmağa məcbur oldu. Məşhəd şəhərinə girməyə çalışan İbrahimi şəhərdə olan Seyid Məhəmməd şəhərə buraxmadı. Seyid Məhəmməd yalnız ana tərəfdən Səfəvi nəslindən idi və onun anası Səfəvi şahı I Süleymanın qızı idi.[36] Beləliklə, o, öz dəstəkçilərinin köməkliyi ilə taxta çıxdı və özünü II Süleyman adı ilə şah elan etdi. Əfşarların digər nümayəndəsi Şahrux isə kor edildi. Lakin iki aydan sonra II Süleyman da taxtdan salındı və Şahrux onun yerinə gətirildi.[37][38][39]
Bu dövrdə şah elan edilmiş digər şəxs Əbuturab Mirzə idi. O da II Süleyman kimi ana tərəfdən Səfəvi nəslindən idi və anası Məryəm Bəyim Sultan Hüseynin qızı idi. Feodal hakimlərdən olan Kərim xan Zənd və Əlimərdan xan Bəxtiyari birləşib İsfahana hücum edib oranı ələ keçirdilər. Verilmiş qərara əsasən Səfəvi sülaləsinin hakimiyyətinin bərpa edildiyi elan edildi və Əbuturab Mirzə III İsmayıl adı ilə taxta keçdi. Lakin yalnız onun adı şah idi, faktiki hakimiyyət isə Kərim xanla Əlimərdan xanın əlində cəmləşmişdi. Əbuturab Mirzənin şahlığı 1773-cü ilə qədər davam etdi.
Bir digər Səfəvi nəslindən olan kukla hökmdarlar II Məhəmməddir. Onun adından dövləti idarə edən şəxs isə Ağa Məhəmməd xan Qacar olmuşdur.
Şah | Portret | Gerb | Varis | Titul | Hakimiyyətin başlanması |
Hakimiyyətin başa çatması |
Hökmranlıq müddəti | Tacqoyma | M. |
---|---|---|---|---|---|---|---|---|---|
Şah II Süleyman[37] | III İsmayıl | Şah | 17 dekabr 1749 | 14 yanvar 1750[38] | 1 il | 17 dekabr 1749 | |||
III İsmayıl[40] | III İsmayıl[7][8] | Şah | 1750 | 1773 | 23 il | 29 iyun 1750 | [41] | ||
II Məhəmməd[42] | Yoxdur | Şah | 1773 | 1796 | 23 il | 1773 |