"Şah Fırat əməliyyatı" — Süleyman Şah türbəsini yeni əraziyə köçürmək məqsədilə Türkiyə Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə keçirilmiş xüsusi xilasetmə əməliyyatı.[1]
Əməliyyatın məqsədi Türkiyənin dövlət sərhədlərindən kənarda yeganə ərazi vahidi (eksklav) olan, Suriya ərazisində yerləşən Süleyman Şah türbəsini qoruyan 35 nəfərlik hərbi birliyi Türkiyəyə gətirmək idi.[1]
Əməliyyat fevral ayının 21-dən 22-nə keçən gecə saat 21 radələrində başladılıb.[1] 50 tank, 57 zirehli maşın, 100 avtomobil və 572 hərbçinin iştirak etdiyi xilasetmə əməliyyatı 3,5 saat davam edib və gecə saat 00.30-da hərbçilər türbəyə çatıb.[1]
Türbədə qəbrin köçürülməsi üçün lazımı dini ritual həyata keçirilib və hərbçilərlə birlikdə Süleyman Şahın nəşi Mürşidpınar sərhəd-keçid məntəqəsinə doğru köçürülüb.[1] Gecə saat 04.45-də sonuncu Türkiyə hərbçisi türbəni tərk etdikdən sonra türbə və yardımçı tikililər partladılıb.[1]
Səhər saat 6-da Türkiyə hərbçiləri öz ölkələrinin ərazisinə daxil olub və bununla da əməliyyat başa çatıb.[1]
Türkiyə baş Qərargahının şərti olaraq "Şah Fırat" adı verdiyi bu əməliyyat nəticəsində türbədə xidmət edən və onu qoruyan 35 nəfərlik hərbçi qrup və Süleyman Şahın nəəşi Türkiyəyə gətirilmişdir.[1] Əməliyyat zamanı yalnız bir əsgər qəza nəticəsində həlak olub.[1]
Əməliyyat zamanı Türkiyə tərəfi Suriya hökumətini və ərazidəki qüvvələri məlumatlandırıb.[1]