Eksklav (q.yun. ἐξ "-dan, -dən" + lat. clavis "açar" sözlərindən) — ölkəsinin əsas ərazisindən aralda olan və digər dövlətlər (bir və ya bir neçə) tərəfindən əhatə olunan qeyri-suveren region. Belə ərazi məxsus olduğu ölkənin eksklavı hesab edilir, məxsus olmadığı lakin onun ərazisi ilə əhatə olunmuş ölkə üçün isə anklav sayılır.
Dənizə çıxışı olan eksklav yarımeksklav adlanır. Dəniz hüququna əsasən, digər ölkələrin donanması yarımeksklava aparan yolu bağlaya bilməz. Gündəlik həyatda polueksklav və poluanklavı tez-tez sadəcə eksklav və anklav adlandırılar.