Şah xatun

Şah xatun və ya Aka xatun Qaraxani xatunu. Atası Qaraxanilər dövlətinin hökmdarı Yusif Qadir xan idi.

Şah xatun
Şah xatun Yusif Qadir xan qızı Qaraxani
1034 – 1041
1064 – 1072
Şəxsi məlumatlar
Atası Yusif Qadir xan
Həyat yoldaşları Sultan Məsud QəznəviAlp Arslan
Dini İslam

Şah xatunun atası Yusif Qadir xanın salığında Sultan Məsud Qəznəvi ilə nişanlandı. Amma 1032.ildə atasının vəfatı ilə nikahın vaxtı uzandı. 1032–1034. illərdə Qəznəvi elçiləri Qaşqardakı Qaraxanilər sarayını ziyarət etdilər və 1034. ildə nikah bağlandı.

İkinci evliliyi

[redaktə | mənbəni redaktə et]

Sultan Məsud Qəznəvinin ölümündən bir neçə il sonra 1064. ildə Böyük Səlcuq İmperiyasının sultanı Alp Arslan ilə evləndi. Bu evlilik Qaraxanilər dövlətiBöyük Səlcuq İmperiyası arasındakı ilk qohumluq münasibəti idi.