Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şahbulaq qalası — хalq arasında Dəyirman qayası da adlanır.
Yaşayış yeri Şahbulaq kəndinin cənubunda hündür dağın üzərində yerləşir. Yaşayış yeri dağın zirvəsini və ətəklərini əhatə edir. Dağın zirvəsində yaşayış yerini şimaldan əhatə edən müdafiə divarı və həmin divara birləşik dördkünc formalı yaşayış binalarının qalıqları saxlanmışdır. Divarlar orta həcmli qaya parçalarından inşa edilmişdir. Müdafiə divarının qərb tərəfində, təpənin ətəyində saxlanan dördkünc formalı çalalar burada vaxtilə yaşayış binalarının olduğunu təsdiq edir. Yaşayış yerinin qərb tərəfi təbii müdafiəyə malik olduğu üçün bu tərəfdə divar çəkilməmişdir. Qalanın bu hissəsində qayaların arasında olan ensiz keçid iri daşlardan hörülmüş divarla möhkəmləndirilmişdir. Yaşayış yerindən aşkar olunan çəhrayı rəngli keramika məmulatı Son Antik dövr üçün хarakterikdir. Abidəni е.ə. II, b.е. I–II əsrlərinə aid etmək olar[1].