Şahbuz Gil Yatağı

Şahbuz Gil YatağıŞahbuz rayonu ərazisində, Şahbuz şəhərindən 2 km. şimal-şərqdə keşmiş Qarababa kəndi yaxınlığında yerləşən yataq.

Geoloji quruluşunda Üst Dördüncü dövrün allüvial-prolüvial çöküntüləri, boz, tünd-boz rəngli gil və gilcə süxurları iştirak edir. Sahəsi 0,23 km2, faydalı qatın qalınlığı 1,4-4,7 metrdir. Laboratoriya və yarımzavod tədqiqatlarının nəticələrinə görə, gil süxurları "100" markalı kərpic istehsalına yararlıdır. Yatağın sənaye ehtiyatı 973540 m3-dir.

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 525. ISBN 5-8066-1468-9.