Qarababa (Şahbuz)

QarababaAzərbaycannın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda 2013-cü ilə qədər mövcud olmuş kənd.

Qarababa
39°24′39″ şm. e. 45°35′30″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şahbuz rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 105 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ7117[1]
Xəritəni göstər/gizlə
Qarababa xəritədə
Qarababa
Qarababa

Qarababa Naxçıvan çayının (Arazın qolu) sol sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kənd XIX əsrin əvvələrində Hümbət bəy adlı şəxsə məxsus idi. Onun atası Qarababa bəy əvvəlcə rəiyyəti ilə birgə Qarabağda yaşamışdır. Qarabağ xanı ilə arası dəydikdən sonra Naxçıvan zonasında məskunlaşaraq yaşayış məntəqəsi salmışdir. Kənd həmin bəyin adı ilə adlanmışdır.

1809-cu il mayın ortalarında Abbas Mirzə Qovanlı-Qacarın başçılıq etdiyi İran qoşunu ilə Rusiya imperiyası arasında baş verən döyüş məhz Qarababa kəndi ətrafında baş vermişdir.

Ləğv edilməsi

[redaktə | mənbəni redaktə et]

2013-cü il Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Qarababa kəndi ləğv edilərək Şahbuz şəhərinin inzibati ərazisinə daxil edilmişdir.[2]

  1. http://archive.is/9GAmL.
  2. "Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-01.