Şahid Kapur (25 fevral 1981) — tanınmış Bollivud aktyoru. Şahid Kapur karyerasına Taal (Ritm) adlı filmdə ikinci dərəcəli rolu ifa etməklə başlamışdır. 4 il sonra iştirak etdiyi Ishq Vishk (Romantik Sevgi) filminə görə Filmfare mükafatına layiq görülmüşdür. Ən uğurlu rolları Jab We Met (Görüşdüyümüz vaxt) və Kaminey (Əclaf) filmlərində olmuşdur. Məhz bu filmlərə görə yenidən Filmfare mükafatına layiq görülmüşdur.
Şahid Kapur | |
---|---|
ing. Shahid Kapoor | |
Doğum tarixi | |
Doğum yeri | Dehli, Hindistan |
Vətəndaşlığı | Hindistan |
Atası | Pankac Kapur |
Anası | Nilima Əzim |
Fəaliyyəti | aktyor, rəqqas |
Fəaliyyət illəri | 2003-bu günə qədər |
IMDb | ID1372788 |
Vikianbarda əlaqəli mediafayllar |
Kapur 25 fevral 1981-ci ildə anadan olmuşdur. Atası tanınmış aktyor Pankac Kapurdur. Anası Nilima Əzim isə aktrisa və klassik rəqqas kimi tanınır. Şahid 3 yaşındaykən valideynləri boşanmış və anasının yanında böyümüşdür. Onun atası və ögey anası Supriya Patakla kifayət qədər yaxşı əlaqələri olmuşdur.
İl | Filmin adı | Filmin orijinal adı | Rolu | Qeydlər |
---|---|---|---|---|
1999 | Ritm (film, 1999) | Taal | "Kahin Aag Lage" musiqisində arxa planda | |
2003 | Romantik Sevgi (film, 1999) | Ishq Vishk | Raciv Mathur | Filmfare Ən Yaxşı Debüt |
2004 | Sevgiylə oyun (film, 2004) | Fida | Cay Malhotra | |
2004 | Ürək daha çoxunu istəyir (film, 2004) | Dil Maange More | Nikhil Mathur | |
2005 | Sevmək və təslim olmamaq (film, 2005) | Deewane Huye Paagal | Karan | |
2005 | Həyat necədə gözəldir (film, 2005) | Vaah! Life Ho Toh Aisi! | Aditya "Adi" Verma | |
2005 | Zirvə (film, 2005) | Shikhar | Caydev "Cay" Vardhan | |
2006 | 36 Çin qalası (film, 2006) | 36 China Town | Rac Malhotra | |
2006 | Sakit, sakit (film, 2006) | Chup Chup Ke | Cetu Prasad Şarma | |
2006 | Evlilik (film, 2006) | Vivah | Prem | |
2007 | Tam son (film, 2007) | Fool n Final | Raca/Rahul | |
2007 | Görüşdüyümüz vaxt (film, 2007) | Jab We Met | Aditya Kaşyap | Nominasiya - Filmfare Ən Yaxşı Aktyor |
2008 | Tale ilə əlaqə (film, 2008) | Kismat Konnection | Rac Malhotra | |
2009 | Əclaf (film, 2009) | Kaminey | Çarli - Quddu | Nominasiya - Filmfare Ən Yaxşı Aktyor |
2009 | Ürək deyir yaşa (film, 2009) | Dil Bole Hadippa! | Rohan Sinq | |
2010 | Şansa görə rəqs et (film, 2010) | Chance Pe Dance | Sameer Behl | |
2010 | Məktəb (film, 2010) | Paathshaala | Rahul Kapur | |
2010 | Yaramazlar şirkəti (film, 2010) | Badmaash Company | Karan Kapur | |
2010 | Görüşərik, görüşərik (film, 2010) | Milenge Milenge | Amit "Immy" Kapur | |
2011 | Mövsüm (film, 2011) | Mausam | Harinder "Heri" Sinq | |
2012 | Bizim hekayə (film, 2012) | Teri Meri Kahaani | Cavid/Qovind/Kriş | |
2013 | Maniş Şarma'nın filmi | Maneesh Sharma's Next | ||
2013 | Ov (film, 2013) | Vettai | ||
2013 | Becoy Nambiar'ın filmi | Bejoy Nambiar's Next | ||
2013 | Namak | Namak | ||
2013 | Dharma layihəsi | Dharma Productions |