Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şahmalı Mirsəqulu oğlu Hacıyev (12 aprel 1930, Ağdam rayonu – 6 noyabr 1992) — azərbaycanlı xanəndə
Şahmalı Hacıyev-Kürdoğlu | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Hacıyev Şahmalı Mirsəqulu oğlu |
Doğum tarixi | |
Doğum yeri | Qiyaslı, Ağdam, Azərbaycan |
Vəfat tarixi | (şəhid olmuşdur) (62 yaşında) |
Dəfn yeri | Ağdam rayonu |
Vətəndaşlığı | Azərbaycan SSR—> Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Xanəndə |
1930-cu il aprelin 12 də Ağdamın Qiyaslı kəndində dünyaya göz açıb. Atası, əslən Dərələyəz mahalından Mirsəqulu Fətəliyev qaçaq olub. Daha sonra Qarabağa üz tutub. Ağdamın Qiyaslı kəndinə sığınıb Ermənilərin onu tanımaması üçün özünə "kürd" ləqəbi götürüb. Təqiblərə məruz qalmamaqdan ötrü anası oğlunun soyadını "Hacıyev" yazdırıb. Buna baxmayaraq atasının adına uyğun olaraq Şahmalı Kürdoğlu kimi tanınıb.[1][2]
Şahmalı Kürdoğlu Ağdam pedaqoji institutunu (indiki Şuşa Pedaqoji Texnikumu) Aşqabad Universitetinin hüquq fakültəsini, Asəf Zeynallı adına musiqi texnikumunu, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Asəf Zeynallı adına Musiqi Kollecində Seyid Şuşinskidən muğam təhsili alıb.[1] İslam Abdullayev, Xan Şuşinski, Seyid Şuşinski kimi xanəndələrin davamçısı hesab olunurdu.
Atasına görə Sovet hökuməti onu ixtisası üzrə işləməyə qoymamışdı. Bir müddət rayon məktəblərindən birində müəllim kimi fəaliyyət göstərib. Fikrət Əmirov Ağdama "Leyli və Məcnun"da oynaya bilən xanəndə tapmaq üçün gəldikdə Şahmalı Kürdoğlunu Bakıya dəvət edir.[3] Şahmalı Kürdoğlu bundan sonra filarmoniyada konsertlər verir.[1]
1978-ci ildə həbs olunub. Yeddi il Şuşa türməsində məhbus həyatı yaşayıb.[4] "Şur" ansamblının yaradıcılarından biri olub[1].
Şahmalı Kürdoğlu 1992-ci ildə Ağdamda həyətlərində 8 yaşlı oğlu Şahiməli ilə birlikdə nar yeyərkən həyətə düşən "qrad" qəlpəsinin partlaması ilə həlak olub.[1][5]
İki dəfə ailə həyatı qurub.[1] Şahmalı Hacyevin 6 övladı var. Vaqif, Afət, Ceyhun, Seyhun, Tərxun və Şahiməlı.