Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şahmar Şahhüseyn oğlu Usubov (4 avqust 1953, Xocalı, DQMV) — Xocalı rayon İcra Hakimiyyətinin başçısı.
Şahmar Usubov | |
---|---|
Şahmar Şahhüseyn oğlu Usubov | |
Vəzifədədir | |
21 dekabr 2000-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xocalı, Azərbaycan SSR, SSRİ |
Atası | Şahhüseyn |
Şahmar Şahhüseyn oğlu Usubov 1953-cü il avqust ayının 4-də Yuxarı Qarabağın Xocalı kəndində anadan olub. Xocalı kənd orta məktəbini bitirib. 1970–1971-ci illərdə Xocalı tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləyib.
1971–1972-ci illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olub.
1972–1974-cü illərdə həqiqi hərbi xidmətdə olub.
1974-cü ildə Xocalı 2№-li sovxozda fəhlə işləyib.
1974–1979-cu illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun qiyabi şöbəsində təhsil alıb. Həmçinin 1974–1979-cu illərdə Şuşa türməsində böyük mühasib vəzifəsində çalışıb.
1979–1990-cı illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləyib.
1990-cı ildən 1998-ci ilədək Respublika Aqrar-Sənaye bankının Xocalı filialının müdiri vəzifəsində çalışıb.
1998–1999-cu illərdə Bakı şəhər Əzizbəyov rayon enerji satış idarəsində müdir işləyib.
1999–2000-ci illərdə Bakı şəhər Xətai rayon qaz-istismar idarəsində qazın qəbulu, nəqli və satışı sahəsində rəis vəzifəsində işləyib.