Elman Məmmədov (siyasətçi)

Elman Camal oğlu Məmmədov (18 oktyabr 1950, Xocalı, DQMV) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qarabağ müharibəsi veteranı.

Elman Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 18 oktyabr 1950(1950-10-18) (74 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Azərbaycan Bayrağı" ordeni "Şöhrət" ordeni "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Elman Məmmədov 1950-ci il oktyabrın 18-də Xocalı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Rus və erməni dillərini bilir.

Evlidir, 7 övladı var.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1973-cü ildən Xocalı kənd orta məktəbində müəllim, direktor müavini, direktor işləmişdir. 1985-ci ildən Xocalı tərəvəzçilik-südçülük sovxozunda partiya təşkilatının katibi, 1987-ci ildən Xocalı İcraiyyə Komitəsinin sədri, 1991–2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belarus, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Fransa, Azərbaycan-İsveçrə, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

  • "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
  • "Şöhrət" ordeni ilə təltif edilmişdir.[1]
  1. "E.C.Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.