Şahmat oynayan ölüm

«Şahmat oynayan ölüm» (isv. Döden spelar schack) — rəssam Albertus Piktorun təqribən 1480-ci illərdə çəkdiyi, özünün və İsveçdəki Töbü kilsəsinin ən məşhur freskası.

Şahmat oynayan ölüm
Rəssam Albertus Piktor
Tarixi 1480[1]
Saytı digitaltmuseum.se/011013…

Töbü kilsəsinin inşaat prosesi XIII əsrin axırlarında sona çatmışdır. Kilsənin keşiş cübbələrinin saxlandığı yeri XIV əsrdə tamamlanmış, tağtavanı isə XV əsrin ortalarında yenilənmişdir. Kilsənin dörd dənə qövsşəkilli tağı var. 1480-ci illərdə Albertus Piktor onların üzərində rəsm əsərləri çəkmişdir.[2] Kilsənin freskaları 1787-ci ildə, daha sonra isə 1992–1993-cü illərdə restavrasiya edilmişdir. İkinci restavrasiya zamanı freskaların komponentləri üzərində ətraflı şəkildə araşdırma aparılmışdır.[3]

«Şahmat oynayan ölüm» freskası kilsənin pilləkənlərinin üzərində, orqanın da yerləşdiyi tağtavanının qərb hissəsindədir. Bu freskanın müəllifi Albertus Piktor və onun beş nəfərlik atelyesidir.

  1. http://www.europeana.eu/portal/record/2063602/SWE_280_001.html.
  2. "Death Playing Chess, Albertus". europeana.eu (ingilis). İstifadə tarixi: 24 April 2016.
  3. Rapport från Riksantikvarieämbetet. Medeltidsmästarnas färgval. Ett forskningsprojekt finansierat av Kungl. Vitterhets, Historie- och Antikvitetsakademien. Riksantikvarieämbetet. 2010. Р. 18-21.
  • Svanberg, Jan med bidrag av Öberg, Jan. Albertus Pictor: en biografisk skiss, Ingår i: Albertus Pictor: Bilder i urval samt studier och analyser 1, målare av sin tid. 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]