Şahnəzərovlar — xristian-alban əsilli sülalə.
Məlik Şahnəzərovlar | |
---|---|
Titul | Məlik, Bəy |
Mənşəyi | Şuşa |
Təbəəliyi | Şuşa qəzası, Rusiya imperiyası |
Şahnəzərovlar Əslən Vərəndə məliklərinin nəslindəndir
Şahnəzərov nəslindən Qriqor ağa adlı birisi vəfat etmişdi. Müsəlmanların əyan və əşrafları toplaşıb onun dəfn mərasimində iştirak etdilər. Qriqor ağanı tabuta qoyub müsəlmanlar öz qayda-qanunları ilə çiyinlərinə alaraq qəbiristanlığa aparıb dəfn etdilər. Onun özü və ata babaları (Bəhram bəy, Cəmşid bəy Məlik Şahnəzər) müsəlmanlara çox böyük rəğbət bəslədiklərinə görə Qalanın müsəlman camaatı bir neçə gün yas mərasimində iştirak etdilər. Hətta Cəmşid bəyin bir bacısı Hurizad xanım mərhum İbrahim xanın arvadı idi. Bu xanımın övladı olmadığına görə böyük məscidin həyətində otaqlar tikdirərək vəqf etdirdiyi otaqlar indi də qalmaqdadır. Cəmşid bəyin özü Rəhim bəyə vəsiyyət etmişdi ki, öləndə məni erməni qəbiristanlığında dəfn etməsinlər. Cəmşid bəy öləndə Rəhim bəy Şuşada olmadığından ermənilər onu aparıb öz qəbiristanlıqlarında dəfn etmişdilər. Rəhim bəy gələndən sonra dərhal Cəmşid bəyin tabutunu erməni qəbiristanlığından çıxarıb kənar yerdə dəfn etdilər.[1]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |