Şahzadə Mustafa türbəsi — Bursanın Muradiyə külliyəsində, Sultan II Murad və Şahzadə Ələddin türbələrinin cənub-qərbində yerləşir. Qanuni Sultan Süleymanın Konya düzündə boğdurduğu oğlu Şahzadə Mustafaya (1515-1553) məxsus olan türbənin qapısı üzərindəki kitabədə, Qanuni Sultan Süleymanın oğlu Sultan II Səlim tərəfindən 1555-ci ildə tikildiyi yazılmışdır.
Şahzadə Mustafa türbəsi | |
---|---|
Ölkə | Türkiyə |
Şəhər | Bursa |
Aidiyyatı | Osmanlı imperiyası |
Sifarişçi | Qanuni Sultan Süleyman |
Tikilmə tarixi | 1555 |
Üslubu | Osmanlı memarlığı |
Türbə səkkiz guşəli plana malik olub, üzəri səkkizbucaqlı təbilə oturan bir qübbə ilə örtülüdür. Divarları üç cərgə kərpic, bir cərgə kəsmə daşdan hörülmüşdür. İçərisi son dərəcə gözəl çinilərlə bəzənmişdir. Yaşıl, qırmızı, göy rənglərdə sünbül, lalə, qərənfil motivlərini ehtiva edən saxsılar buranı sanki çiçək bağçasına çevirmişdir. Həmçinin bunların üzərində də lacivərd zəminə ağ, süls yazı ilə bir yazı işi hər tərəfdən dolaşır. Çinilərin üzərində qalan hissələr, günbəz və mehrab da zəngin əl işləri ilə bəzək edilmişdir.
Türbə içərisində Şahzadə Mustafadan başqa Qanuni Sultan Süleymanın oğlu Şahzadə Orxan (1558-1562), Qanuni Sultan Süleymanın həyat yoldaşı, Şahzadə Mustafanın anası Mahi Dövran Xatun (ölm.1580) və kimə aid olduğu bilinməyən bir uşaq məzarı yerləşir.