II Murad

II Murad ya da Qoca Murad (Osmanlı türkcəsi: مراد ثانيMurād-ı sānī; iyun 1404[1][2], Amasya3 fevral 1451, Ədirnə) — 6. Osmanlı padşahıdır. Atası Sultan I Mehmed, anası isə Dulqədiroğlu Nəsrəddin bəyin qızı Əminə Xatundur.[3][4]

II Murad
مراد ثاني
25 iyun 1421 – avqust 1444
ƏvvəlkiI Mehmed
SonrakıII Mehmed
avqust 1446 – 3 fevral 1451
ƏvvəlkiII Mehmed
SonrakıII Mehmed
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Amasiya, Osmanlı imperiyası
Vəfat tarixi (46 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəhbər
Atası I Mehmed
Anası Əminə Xatun
Həyat yoldaşları
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şahzadə Murad bəzi qaynaqlara görə 1402-ci ildə, bəzi qaynaqlara görə isə 1404-cü ildə Amasiyada dünyaya gəldi.[4] Uşaqlıq illəri Amasiyada keçmişdir. 1410-cu ildə atası ilə birlikdə Bursaya gəldi və burda saray təhsilinə başladı. 1415-ci ildə lələsi Yörgüc Paşanın nəzarəti altında Amasiya sancaqbəyi təyin olundu. Bir il sonra İzmirManisa bölgəsində çıxan Börklücə Mustafa üsyanını yatırmış, 1418-ci ildə gələcəkdə lələsi olacaq Həmzə bəylə Candaroğullarına hücum etdi və Samsunu aldı.[4] Atası I Mehmed Ədirnədə çıxdığı ovda ağır yaralanmış, ölüm yatağında ikən oğlu Şahzadə Muradı vəliəhd elan etmişdir. Bu səbəbdən dövlət adamları atasının vəfatı xəbərini gizlədərək Şahzadə Muradı dərhal Bursaya çağırdılar. Şahzadə Murad 25 iyun 1421 tarixində Bursaya çatdı və cülus mərasimi burada baş tutdu.[4]

Səltənət illəri

[redaktə | mənbəni redaktə et]

Şahzadə Böyük Mustafa hadisəsi

[redaktə | mənbəni redaktə et]

I Mehmedin vəfatından sonra taxt mübarizəsinə başlayan şahzadələr səbəbilə II Murad səltənətinin ilk 3 ili qarışıqlıqlarla keçdi. İldırım Bəyazidin oğlu və II Muradın əmisi olan Mustafa Çələbi Bizanslılar tərəfindən Limni qalasında həbsə salınmışdı. Atası I Mehmed isə ölüm yatağında ikən hələ kiçik yaşlarda olan övladları Mustafa, Yusif və Mahmudun böyük qardaşları tərəfindən öldürülməməsi üçün Bizans imperatoru II Manuil ilə razılaşmışdı.[4]

Ancaq I Mehmedin vəfatından sonra bu razılaşma pozulmuş, II Manuil Limnidə həbs olunan Mustafa Çələbini Gəlibolu bölgəsi qarşılığında azad etdi. Mustafa Çələbi Osmanlı sultanı elan olundu və böyük bir Bizans donanması ilə Rumeliyə keçdi. Mustafa Çələbi xüsusilə İzmiroğlu Cüneyd bəyin köməyilə digər Rumeli bəylərinin də dəstəyini aldı. II Muradın sədrəzəmi Amasyalı Bəyazid Paşa Ədirnədə topladığı orduyla Sazlıdərədə Mustafa Çələbi ilə qarşı-qarşıya gəldi. Döyüşün kritik anında sədrəzəm ordusunun bir qisminin Mustafa Çələbinin tərəfinə keçməsilə II Muradın ordusu məğlub oldu və Sədrəzəm Amasyalı Bəyazid Paşa təslim oldu. İzmiroğlu Cüneyd bəyin təkidilə əsir tutulan Bəyazid Paşa edam edildi və Mustafa Çələbi Ədirnəyə yola çıxdı. Osmanlının ikinci paytaxtı hesab olunan Ədirnədə böyük təntənə ilə qarşılanan Mustafa Çələbi burada öz adına xütbə oxudub pul kəsdirdi.

II Murad, Hünərnamədən

Ancaq Ədirnənin işğalından sonra ard-arda böyük səhvlər edən Mustafa Çələbi Bizansa vəd etdiyi Gəlibolu bölgəsini verməyərək ilk və əsas müttəfiqini itirdi. Daha sonra 12 min sipahi və 5 min piyadalıq orduyla Gəliboludan Anadoluya keçdi və Bursanın mühasirəsinə hazırlaşdı. Ancaq hələ yeni formalaşan bu ordu paytaxtın mühasirəyə alınmasında könüllü olmadı. Digər tərəfdən orduda müxtəlif şayələrin gəzməsi də bu mühasirənin qaldırılmasına səbəb oldu. Şayələrə görə Mustafa Çələbi İldırım Bəyazidin öz oğlu deyil, Bizans cəsusu idi. II Murad İzmirAydın bəyliklərini vəd etməsilə İzmiroğlu Cüneyd bəy də öz tərəfdaşları ilə Mustafa Çələbini tərk etdi. Geridə qalan dəstəylə geri çəkilən Mustafa Çələbi Ulubat ətrafında Hacı İvaz Paşa ilə toqquşdu və ağır itkilər verdi.[4]

Daha sonra Mustafa Çələbi Gəliboluya qaçmağa məcbur oldu. Bizanslılardan gələcək yardımı gözləyən Mustafa Çələbi burada qalaraq çox vaxt itirdi. Bu vaxt ərzində II Murad artıq Gəliboluya gəlmiş və 2 min zirehli gəmiylə mühasirəyə hazırlaşırdı. Mühasirədən son anda qaçan Mustafa Çələbi Ədirnəyə getdi və buradakı xəzinəni alıb qaçdı. Ədirnəlilərin də dəstəyilə ələ keçirilən Mustafa Çələbi II Murada təslim edildi. Mustafa Çələbinin Ədirnə qalasının bürclərindən asılaraq edam edilməsilə illərdir davam edən Mustafa Çələbi problemi aradan qaldırıldı.[4]

Şahzadə Kiçik Mustafa hadisəsi

[redaktə | mənbəni redaktə et]

Bu hadisədən sonra Bizans imperatoru II Manuillə münasibətlər kəskinləşmiş, Sədrəzəm Çandarlı İbrahim Paşa, Vəzir Hacı İvaz Paşa və Lələ Yörgüc Paşanın da təşviqi ilə böyük bir qoşun topladı və 2 iyun 1422 tarixində Konstantinopolu mühasirəyə aldı. Bu mühasirə Bizans üçün böyük dağıntı və itkilərə səbəb oldu. Mühasirənin qısa zamanda qaldırılması üçün Bizans imperatoru II Manuil bu dəfə də II Muradın kiçik qardaşı Şahzadə Kiçik Mustafanı istifadə etdi.[4]

KaramanGərmiyan bəyləri ilə birlikdə Həmid elindən hərəkətə keçən Şahzadə Kiçik Mustafa Bursanı mühasirəyə aldı. Bursa şəhərinin ağsaqqalları Şahzadə Kiçik Mustafanın lələsi Şərabdar İlyasa heyət göndərərək geri çəkilməyini məsləhət gördü. Məsləhətə riayət edən Şahzadə Kiçik Mustafa bu dəfə də İznikə yönəldi və 40 günlük mühasirədən sonra şəhəri ələ keçirdi. Şahzadə Kiçik Mustafa burada İbrahim Paşa sarayına çəkildi və özünü sultan elan etdi.[4] Bütün bu özbaşınalıqdan sonra II Murad 6 sentyabrda Konstantinopol mühasirəsini qaldırdı və Anadoluya keçdi. Şahzadənin lələsi Şərabdar İlyas bəy ələ alındı və 1423-cü ilin fevral ayında qoşunlar İznikə daxil oldu. Bu vaxt hamamda olan Şahzadə Kiçik Mustafa lələsi tərəfindən saraydan gizlicə qaçırıldı və II Murada təhvil verildi. Şahzadə Kiçik Mustafa boğularaq edam edildi. Cəsədi İznikdən kənarda bir əncir ağacından asıldı, daha sonra Bursaya aparıldı və burda Yaşıl Türbəyə dəfn olundu.[4] Digər kiçik qardaşları Şahzadə Mahmud və Şahzadə Yusif isə gözlərinə mil çəkilərək həbsə salındı.

Elə həmin il II Murad Şahzadə Kiçik Mustafa hadisəsini dəstəkləyən Candaroğlu İsfəndiyar bəyin üzərinə hücum etdi. Torpaqların böyük bir qismi, xüsusilə də Safranbolu ələ keçirildi. Daha sonra Qaraman elinə yönəldi. Qaramanoğlu Mehmed bəyin vəfatından sonra çıxan taxt mübarizəsini yatırdı.

Bununla yanaşı, Osmanlı torpaqlarına hücum edən Valaxiya çarı axıncı dəstələri tərəfindən geri püskürdüldü. Nəticədə Valaxiya çarlığı yenə Osmanlılara tabe edildi.

Venesiya ilə müharibə və Selanikin fəthi

[redaktə | mənbəni redaktə et]

Konstantinopolun mühasirəsi əsnasında Bizans-Venesiya arasında əlaqələr sıxlaşdı. Hətta Selanikin Venesiyaya qeyd-şərtsiz təhvil verilməsi müzakirə olunmaqda idi. Bu məsələyə kökündən son qoymaq üçün 1424-cü ildə Osmanlılar Genuya ilə danışıqlara başladı. Genuyanın vasitəçiliyi ilə Bizans imperiyası ilə sülh müqaviləsi bağlandı. Müqavilənin şərtlərinə görə, Bizans hər il 30 000 düka qızıl vergi, EgeyQara dəniz sahillərindəki torpaqları Osmanlılara verməyi qəbul etdi.

1424-cü ildə Ədirnə Sarayında böyük bir toy mərasimi keçirildi. Belə ki, II Murad Candaroğlu İsfəndiyar bəyin nəvəsi Tacünisə Xədicə Həlimə Xatunla evləndi. Bu mərasimlə eyni zamanda II Muradın 3 bacısı da evləndirildi. Sultan Xatun Candaroğlu Qasım bəylə, Ayşə Xatun Osmanlı komandirlərindən Qaraca bəylə və Hafsa Xatun isə Çandarlı Xəlil Paşanın nəvəsi Mahmud bəylə evləndirildi.[4]

Anadolu səfəri

[redaktə | mənbəni redaktə et]

II Murad 1425-ci ildə Anadoluda birlik yaratmaq məqsədilə böyük bir ordu topladı. Əvvəlcə Böyük Mustafa Çələbi üsyanına kömək edən İzmiroğlu Cüneyd bəyin üzərinə yürüdü. Genuyalıların köməyilə İzmiroğlu Cüneyd bəyin dəniz yolunu bağladı. Daha sonra 1426-cı ildə Cüneyd bəy, ailəsi və bütün xanədan üzvləri ələ keçirilərək edam edildi.[4]

1426-cı ildə II Murad macarların təşviqilə Balkan yarımadasında çıxan ayaqlanmanı yatırmaq məqsədilə böyük bir səfərə çıxdı. II Murad şəxsən özü Sofiyadan Vidinə qədər irəlilədi. Osmanlı axıncıları isə Bosniyaya hücum edib Xorvatiyaya qədər irəlilədi.[4] Ardından MenteşeTəkə bəylikləriOsmanlıya birləşdirildi. Ancaq şərqdə QaramanCandarlı bəylikləri hələ də müstəqil siyasət yürüdürdü. Bu bəyliklər üzərində Əmir Teymurun oğlu Şahruxun da haqq iddia etməsi nəticəsində Şərqi Anadoluda gərgin vəziyyət yarandı.

1428–1429-cu illərdə Osmanlıda böyük vəba epidemiyası yayıldı. İslam dünyasının tanınmış simalarından Əmir Sultan, dövlət adamı və memar Hacı İvaz Paşa, Sədrəzəm Çandarlı İbrahim Paşa və II Muradın gözlərinə mil çəkdirdiyi qardaşları Mahmud və Yusif də bu epidemiyaya yoluxaraq vəfat etmişdir.[4]

1429-cu ildə oğlan övladı olmayan Gərmiyanoğlu II Yaqub bəyin vəfatının ardından öz vəsiyətinə görə Gərmiyanoğulları bəyliyi Osmanlılara birləşdirildi.

II Murad Anadoluda sülhü təmin etdikdən və vəba epidemiyasını önlədikdən sonra bütün gücünü Venesiyaya yönəltdi. Venesiya Respublikası hələ də Selaniki əlində saxlamış, Çanaqqala boğazına tez-tez hücumlar etməkdə idi. Osmanlılar 29 mart 1430 tarixində Selaniki, ardından isə Yuvan-ili və sonra Yanya qalasını ələ keçirdilər. Müharibəni dayandırmaq məqsədilə Osmanlı-Venesiya sülhü imzalandı.[4]

Serbiyanın ilhaq edilməsi

[redaktə | mənbəni redaktə et]

Osmanlının Fetrət dönəmində Balkan regionunda macarların hakimiyyəti artmışdı. 1427-ci ildə serb hakimi Stefan Lazareviçin vəfatının ardından boş qalan Serbiya taxtı uğrunda OsmanlıMacarıstan arasında elan olunmamış müharibə gücləndi.

1428-ci ildə Serbiyanın şimal-şərqində, Dunay çayı sahilində yerləşən Güvərcinlik qalası Osmanlıların əlinə keçdi. Həmin il macarlarla bağlanan 3 illik sülh müqaviləsinə görə, keçmiş hakimin oğlu Corc Brankoviç Serbiya hakimi təyin olundu. Bütün bunlar baş verərkən Anadoluda vəziyyət gərginləşmiş, Qaramanoğulları bəyliyi Həmidoğullarını özünə tabe etmişdi.

Serbiya ilə bağlanan müqavilənin müddəti bitdikdən sonra 1434-cü ildə macar kralı Sigismund II Murada elçi göndərərək Bosniya, SerbiyaBolqarıstan üzərindəki suverenliyinin tanınmasını istədi. Rədd cavabı alan Macarıstanla vəziyyət yenidən gərginləşdi. Osmanlı dövlətinə qarşı olan hər kəs macar kralının ətrafında toplanmağa başladı. Bunlar arasında Bosniya kralı II Tvrtko, II Muradın hərəmlərindən Mara Xatunun atası Serb hakimi Corc Brankoviç, Valaxiya çarlığını ələ keçirən I Vlad Drakula, Şahzadə Savcı bəyin oğlu Şahzadə Davud, taxt uğrunda mübarizəyə hazır olan bir çox Balkan aristokratı yer alırdı. Ancaq bütün bu insanların bir araya gəlməsi çox vaxt apardı.

Həmin illərdə Anadoluda Teymuri-Qaraqoyunlu ittifaqı davam edirdi. Ancaq 1437-ci ildə Teymuri Şahrux Xorasana geri dönmüş, bundan istifadə edən II Murad həmin il Anadoluya böyük bir səfər tərtib etmişdir. Vaxtilə Qaramanoğulları bəyliyinin işğal etdiyi Konya, Beyşehir və Həmideli bölgələri enidən Osmanlı torpaqlarına birləşdirildi.[4]

9 dekabr 1437 tarixində Macar kralı Sigismund oğlan övladı olmadan vəfat etdi və Macarıstanda taxt mübarizəsi başladı. Bununla da, Sigismundun Osmanlı əleyhinə qurmaq istədiyi cəbhə də dağıldı. Nəhayət, 1434-cü ildən etibarən Lehistan kralı olan III Vladislav macar kralı seçildi və Macarıstanın I Vladislavı adını aldı. Hakimiyyətə gələr-gəlməz Transilvaniya çarlığının başına Yanoş Hünyadi adlı yerli əsilzadəni gətirdi. Beləliklə, gələcək 20 il boyunca Osmanlılarla dayanmadan mübarizə aparan Yanoş Hünyadi hakimiyyəti ələ aldı. 1441-ci ildə Yanoş Hünyadi Səməndirəni ələ keçirdi və bura göndərilən bir neçə Osmanlı qoşununu məğlub etdi.

II Murad bu fürsəti dəyərləndirdi və 3 il Rumelidə qaldı, SerbiyaValaxiya knyazlığı qeyd-şərtsiz Osmanlıya birləşdirildi. 1438-ci ildə ilk Macarıstan səfərinə çıxıldı. Dunay çayını keçərək Severin, Dəmirqapı, Orsova və Sebeş qalaları topla dağıdıldı və Transilvaniyanın mərkəzi sayılan Sibiu qalasını mühasirəyə aldı. Qala ələ keçirildi və II Murad Ədirnəyə geri döndü. Bu səfər bir Osmanlı sultanının qatıldığı ilk böyük miqyaslı səfər idi.[4]

1438-ci ildə II Murad Serbiyaya yönəldi və Səməndirəni işğal edərək Serbiya knyazlığını ələ keçirdi. Serbiya artıq Osmanlı dövləti daxilində əyalətə çevrildi. Skopye sancaq bəyi Evrenesoğlu İshaq bəy idarəsindəki axıncılar Bosniya krallığının mərkəzi sayılan Yaytse önlərinə qədər irəlilədi. Bu əsnada Bosniya kralı II Tvrtko vəfat etmiş, ölkə iki varis arasında bölüşdürülmüş, ölkənin cənubunda yerləşən Herseq vilayəti isə muxtariyyət qazanmaq istəyirdi. II Murad bütün bunlardan istifadə edərək hər 3 idarəçiliyi də özünə tabe etdi və vergiyə bağladı.

Yanoş Hünyadinin Balkanlara səfəri

[redaktə | mənbəni redaktə et]

Stefan Lazareviçin vəfatından sonra macar işğalında olan Belqrad 1440-cı ildə Osmanlı qüvvələri tərəfindən mühasirəyə alındı ancaq 6 ay davam edən bu mühasirə nəticəsiz qaldı.[5] Bu hadisədən sonra macarlar Osmanlı qüvvələrini Bosniya bölgəsindən sıxışdırıb çıxartdı. Yeni macar kralı I Vladislav iki komandirini (Yanoş Hünyadi və Nikolas Uylaki) Osmanlı təhlükəsi ilə üz-üzə qalan bölgələrə təyin etdi.

1441-ci ildə Transilvaniyanı işğal edən və Sibiu qalasını mühasirəyə alan axıncı bəyi Məzid bəy ələ keçirildi və öldürüldü. Növbəti ilin sentyabr ayında Məzid bəyin intiqamını almaq istəyən Şəhabəddin Paşa da Vazaq müharibəsində məğlub oldu və geri çəkildi.

Eyni dönəmlərdə macarlarla müttəfiq olan Qaramanoğlu İbrahim bəy 1443 yazında Konyaya hücum etdi ancaq II Murad böyük oğlu Şahzadə Ələddinlə birlikdə bu hücumun qarşısını aldı. Həmin ilin payızında Yanoş Hünyadi macar kralı I Vladislav və Serbiya hakimi Corc Brankoviçlə birlikdə əks hücuma keçdi. Bu ordu Dunay çayını keçərək sürətlə irəlilədi və Niş döyüşündə qalib gələrək Niş və Sofiya şəhərlərini ələ keçirdi.

Yanoş Hünyadi liderliyindəki bu ordunun Osmanlı torpaqlarına hücumunu Qaraman səfəri əsnasında öyrənən II Murad dərhal əks istiqamətə irəlilədi və Balkan yarımadasına geri döndü. Bu əsnada Yanoş Hünyadi macar, serbbolqar birliklərdən ibarət ordusuyla irəliləyərək Slatiskaya qədər gəldi.

Hücumlar əsnasında darmadağın edilən Osmanlı qüvvələrini qısa zamanda toplayan II Murad 24 noyabr 1443 tarixində İzladi keçidində Yanoş Hünyadi ilə qarşı-qarşıya gəldi. Müharibənin nəticəsilə bağlı müxtəlif fikirlər var. Belə ki, döyüşün sonunda qələbə qazanan Osmanlı qüvvələri o qədər ağır itkilər vermişdi ki, sülh bağlamaq fikrinə belə düşmüşdü.[6] Bu ağır müharibədən sonra II Murad daha ağır bir itki verdi. Belə ki, ən sevimli oğlu Amasiya hakimi olan Şahzadə Ələddin ani şəkildə vəfat etmişdi.[7] Bir çox tarixçilərə görə, müttəfiq qoşunları ilə sülh bağlamağın əsas səbəbləri aşağıdakılardır:

Segedin müqaviləsi və Yenişehir andlaşması

[redaktə | mənbəni redaktə et]

1444-cü ilin iyun ayında tarixdə Ədirnə-Segedin olaraq bilinən 10 illik sülh müqaviləsi üzrə tərəflər razılığa gəldi. Bu andlaşmanın qalıcı olması üçün II Murad Ədirnədə Quran üzərinə, Macar kralı I Vladislav isə Segedində İncil üzərinə and içərək müqaviləni imzaladı. Bu müqavilənin şərtlərinə görə, Osmanlılar vaxtilə ləğv etdikləri Serbiya knyazlığını yenidən qurmalı və idarəni 1427 tarixindəki sərhədlər daxilində Corc Brankoviçə təhvil verməli idi. Macarlar isə Osmanlıların Bolqarıstan üzərindəki suveren hakimiyyətini tanımalı idi. Hər iki dövlət arasındakı sərhəd isə Dunay çayı olaraq təyin edildi.

Bu müqavilənin ardından II Murad oğlu Şahzadə Mehmedi Ədirnəyə çağırdı və onu paytaxtda taxt naibi təyin edərək Qaramanlıların üzərinə səfərə çıxdı. Səbəb isə Qaramanoğlu İbrahim bəyin Ankaraya qədər irəliləməsi idi. II Murad İbrahim bəylə görüşərək sülh danışıqlarına başladı və 1444-cü ilin iyul ayında tərəflər razılığa gəldi. Yenə and içməylə bağlanan sülh müqaviləsinə görə, Akşehir və Beyşehir bölgələri Qaramanoğulları bəyliyinə geri qaytarıldı.[4]

Taxtdan çəkilməsi

[redaktə | mənbəni redaktə et]

Ədirnə-Segedin müqaviləsi və Yenişehir andlaşması ilə o vaxta qədər işğal olunan bütün torpaqların bir qismini geri qaytaran II Murad bu yolla şərqdəqərbdə sülhü təmin etdi. Yaşlı, yorğun və depresiyada olduğu güman edilən II Murad bu andlaşmaların sonunda Osmanlı tarixində görünməyən bir qərar verdi. 1444-cü ilin avqust ayında Bursa yaxınlığında yerləşən "Hanedan çifliği"ndə dövlətin nüfuzlu şəxsləri, əsgər və üləma sinifinin ən böyük nümayəndələri və qapıqulu əsgərləri (yeniçəri və sipahi) çağırıldı. Bu məclisdə artıq oğlu Şahzadə Mehmedin lehinə taxtdan çəkildiyini, bundan sonrakı həyatını dinə bağlı şəkildə Manisada keçirəcəyini bildirdi.[4]

Həmin il Papa IV Yevgeni və yaxın köməkçisi radikal dindar Gialiano Cesarininin təşkilatçılığı ilə yeni bir Səlib yürüşü hazırlığı başladı. Bilavasitə Gialiano Cesarininin də təkidilə Macar kralı I Vladislav Papanın da razılığı ilə and içərək imzaladığı müqavilənin şərtlərini pozdu. Aralarında atasından miras qalan torpaqlar uğrunda mübarizəyə qalxan Skanderberqin də olduğu bir çox yerli ailələr Osmanlıya qarşı silahlandı. 1443-cü ilin yay aylarından başlayaraq əsasını macar və serblərin təşkil etdiyi 25 minlik səlib ordusu Macar kralı I Vladislav və Transilvaniya hakimi Yanoş Hünyadinin başçılığı ilə Balkan yarımadasının cənubuna doğru irəlilədi. Eyni dönəmdə Bizansın dəstəyini alan Orxan ÇələbiDobrucada üsyana qalxdı ancaq Rumeli bəylərbəyi Şəhabəddin Paşa tərəfindən bu üsyan yatırıldı. Ancaq Şəhabəddin Paşa Niş yaxınlığında Səlib ordusu ilə döyüşə girdi və məğlub oldu. Bu döyüş yalnızca qurudan yox, eyni zamanda dənizdən də davam edirdi. Belə ki, Burqundi krallığıPapanın da maliyyə dəstəyilə böyük bir Səlib donanması yaradılmışdı. Bütün bunlar baş verərkən daxildə də çaxnaşmalar baş verirdi. Belə ki, sentyabr ayının ortalarından başlayaraq paytaxt Ədirnədə dini qarşıdurmalar güclənmişdi. Hürufilərin sayı artmış, bu isə əksəriyyəti sünni olan Ədirnə üləmasını narahat edirdi. Bu səbəbdən hürufilərə qarşı qəti və qanlı mübarizə başladı. Bəzi mənbələrə görə, Ədirnədə çıxan böyük yanğının da səbəbi məhz bu qanlı siyasət idi. Bu yanğın zamanı 7 min ev külə dönmüş və minlərlə hürufi həlak olmuşdur.

Macar ordusunun Dunay çayını keçməsi xəbəri Manisada yaşamağa davam edən II Murada belə gəlib çatmışdı. Ədirnədən məktubla çağırılan II Murad isə taxta yenidən dönmək istəmirdi. Bəzi tarixçilərə görə, II Mehmed atasına aşağıdakı kimi bir fərman göndərmişdir:

" Əgər atam Murad sultandırsa, gəlib taxtın başına keçsin. Yox əgər sultan mənəmsə, əmr edirəm gəlib mənim ordularımın başına komandir olsun. "

Ancaq bir qrup tarixçi isə bu razılıq məktubunun Çandarlı Xəlil Paşa tərəfindən gənc sultandan gizlicə yazıldığını iddia edir. II Murad isə bu iki seçim arasında ikincini seçdi və rəsmən sultan titulu olmadan Anadolu birliklərinin başına keçdi və Varnaya doğru irəlilədi. 10 noyabr 1444 tarixində II Muradın idarəsindəki Osmanlı ordusu Səlib ordusu ilə Varnada qarşılaşdı. Döyüş əsnasında Macar kralı I Vladislav öldürülmüş, kəsik başı və andını pozduğu Ədirnə-Segedin andlaşması eyni nizəyə taxılaraq döyüş meydanını gəzdi. Bu isə düşmən ordusunda ruh düşkünlüyünə səbəb oldu. Eyni döyüşdə Papanın yaxın adamı və bu döyüşün tərtibatçılarından olan Gialiano Cesarini də həlak oldu. Bu döyüşdən salamat qurtulan tək insan isə Transilvaniya hakimi Yanoş Hünyadi oldu. Döyüşün sonunda II Murad bir müddət Ədirnədə qaldı və daha sonra yenidən Manisaya çəkildi. Qələbə haqqında qonşu dövlətlərə göndərilən bütün fəthnamələr isə II Mehmedin adından yollanıldı.

Taxta geri dönüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Buçuktəpə hadisəsi
II. Murad 1446-cı ilin may ayında Sədrəzəm Xəlil Paşanın çağırışıyla bir daha Ədirnəyə taxtına döndü. Bunun səbəbi Mehmedin Konstantinopola hücum planları etməsi idi. Xəlil Paşa öz gücünü zəiflədəcəyi düşüncəsiylə bu hücuma qarşı gələrkən Mehmedin yandaşı olan Zağanos və Şəhabəddin bu planı dəstəkləyirdi. Sonunda Xəlil Paşa "Buçuktepe" adlanan yeniçəri üsyanı təşkil edərək Mehmed və yandaşlarını iqtidardan uzaqlaşdırdı. II. Muradın yenidən taxta keçməsinin ardından Mehmed Manisaya çəkildi, Zağanos Paşa isə Balıkəsirə sürgünə göndərildi.[4]

Mora səfəri. Kosova döyüşü

[redaktə | mənbəni redaktə et]

1446-cı ilin payızında Osmanlı himayəsində olan Afina knyazının da şikayəti üzrə II Murad Mora səfərinə çıxdı. Mora yarımadasına gedən yolda ən böyük hədəf sayılan Heksimilian divarı Osmanlı qüvvələri tərəfindən darmadağın edildi. Ancaq dəyişən hava şəraiti səfərin davam edilməsinə mane olurdu. Bu səbəbdən səfər axıncı hücumlarına çevrildi. Osmanlı ordusu iki qrupa ayrılaraq axıncı bəylərinin idarəsinə verildi. Bu qüvvələr Patrasa qədər irəlilədi. Böyük qənimət əldə edildi, Mora hakimi vergiyə bağlandı və Ədirnəyə 6 min əsirlə geri dönüldü. 1447-ci ildə II Murada tabe olmaq istədiyi üçün Yanoş Hünyadinin də təşviqilə Transilvaniya hakimi II Vlad Drakula Balteni bataqlığında öldürüldü.

1448-ci ildə II Murad Skanderberqə qarşı ilk səfərinə çıxdı. Ancaq həmin ilin yayında II Murad Yanoş Hünyadinin rəhbərlik etdiyi macar ordusunun hərəkətə keçdiyini öyrəndi. Dərhal səfəri yarıda qoyub Sofiyaya geri döndü. Yanoş Hünyadi ilk olaraq Ədirnə-Segedin müqaviləsi ilə yenidən qurulan Serbiya knyazlığının paytaxtı Səməndirəyə hücum etdi. Ancaq Serbiya knyazı Corc Brankoviç Osmanlıyla yenidən düşmən olmaq istəmədi.[4]

Serbiyanın dəstəyini almayan Yanoş Hünyadi macar ordusu ilə Serbiya torpaqlarını darmadağın edərək cənuba doğru — Kosova çölünə irəlilədi. Burada II Muradın rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə qarşılaşdılar. 17 oktyabr 1448 tarixində Kosova çölündə başlayan döyüş 3 gün davam etdi. Döyüş meydanından qaçan macar əsilzadələri yerli serbiyalılar tərəfindən ələ keçirildi. Bunlar arasında Yanoş Hünyadi də var idi. Ələ keçirilən Macar kralı aşağıdakı şərtlər daxilində sərbəst buraxıldı:

  • 100 min qızıl florin pul;
  • İşğal edilmiş Serbiya torpaqlarının geri qaytarılması;
  • Yanoş Hünyadinin varis oğlunun Brankoviçin qızıyla evləndirilməsi.
Sultan Murad türbəsi

1449-cu ildə Osmanlı axıncı qüvvələri Transilvaniyaya hücuma keçdi. Bir il sonra oğlu Şahzadə Mehmedlə Skanderberqə qarşı ikinci dəfə Kosovaya yürüş təşkil etdi. Səfər dönüşü Ədirnə Sarayında oğlu Şahzadə Mehmedlə Dulqədiroğlu Süleyman bəyin qızı Sitti Xanımı evləndirdi. Böyük və təntənəli toy mərasimi keçirildi və cütlük Manisaya göndərildi.

Toy mərasimindən bir müddət sonra dincəlmək üçün Ədirnəyə yola düşdü. Burada iflic keçirdi və 3 fevral 1451 tarixində vəfat etdi. Cənazəsi Bursaya aparıldı və vəsiyətinə uyğun olaraq gənc yaşda vəfat edən oğlu Şahzadə Ələddinin türbəsinə dəfn edildi. Yenə vəsiyətinə uyğun olaraq üstü açıq türbədə dəfn olundu. Səbəb isə Allahın rəhməti və bərəkətinin üstünə yağması idi.

Oğlan uşaqları

[redaktə | mənbəni redaktə et]

Qız uşaqları

[redaktə | mənbəni redaktə et]
  1. https://snl.no/Murat_2.
  2. https://www.britannica.com/biography/Murad-II.
  3. Uzunçarşılı, İsmail Hakkı (1995). Büyük Osmanlı Tarihi I. Cilt: Anadolu Selçukluları ve Anadolu Beylikleri Hakkında bir Mukaddime ile Osmanlı Devleti'nin Kuruluşundan İstanbul'un Fethine Kadar. Ankara: Türk Tarih Kurumu Yayınları.ISBN 975-16-0011-1.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 Sakaoğlu, Necdet "Murad II", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, C.2 s.235–238 İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık, ISBN 975-08-0073-7.
  5. Babinger a.g.e. s.38
  6. "Arxivlənmiş surət". 2019-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-18.
  7. "Arxivlənmiş surət". 2013-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-18.
  8. Uluçay, M. Çağatay. Padişahların Kadınları ve Kızları. Ötüken Yayınları. s. 37.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
II Murad
Doğum: 1404 Vəfat: 3 Fevral 1451
Hakimiyyət titulları
Sələfləri 
I Mehmed

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

26 Mayıs 1421-1444
Xələfləri 
II Mehmed
Sələfləri 
II Mehmed

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

1446-3 Şubat 1451
Xələfləri 
II Mehmed