Şaiq Həmidov

Həmidov Şaiq Məmməd oğluAzərbaycan Milli Paralimpiya Komitəsinin Vitse-prezidenti.[mənbə göstərin]

Şaiq Həmidov
Şaiq Məmməd oğlu Həmidov
Doğum tarixi (72 yaş)
Doğum yeri Mingəçevir şəhəri
Həyat yoldaşı Elmira Həmidova
Uşaqları Gülşən, İnarə, Fidan Həmidova
Atası Məmməd Həmidov
Anası Anaş Həmidova
Milliyyəti azərbaycanlı

9 oktyabr 1951-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Özbəkistan Respublikası Daşkınd Rus dili və ədəbiyyatı institutunu bitirmişdir. 1969-cu ildə Mingəçevir şəhərində əmək fəaliyyətinə başlamış və bir sıra idarə və müəssisələrdə müxtəlif işlərdə çalışmışdır. 1983-cü ildən 1995-ci ilə kimi Azərbaycan "Spartak" Könüllü İdman cəmiyyəti Mingəçevir şəhər şurasının sədri, Azərbaycan OAD KYC Mingəçevir avtomobil məktəbində rəis müavini, xalq deputatları Sovetində təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən 2006- cı ilə kimi Mingəçevir şəhər İcra hakimiyyəti başçısının müavini, Mingəçevir şəhər avtomobil məktəbinin rəisi, Azərbaycan Respublikası KHVTİC RS-i sədrinin müavini vəzifələrində çalışmışdır.2006-cı ildən 08 fevral 2013-cü ilə kimi Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin Vitse prezidenti , Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin İcraçı Direktoru vəzifələrində işləmişdir.

08fevral 2013-cü il tarixdə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Vitse prezidenti vəzifəsinə seçilmişdir.2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olmuşdur.