Azərbaycan Milli Paralimpiya Komitəsi
Azərbaycan Milli Paralimpiya Komitəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 9 fevral 1996 |
Rəhbərlik | |
Prezident | Hidayət Abdullayev |
Vitse-prezident | İlham Zəkiyev |
Vitse-prezident | Fuad Hacıyev |
1996-cı il fevralın 9-da Azərbaycan Milli Paralimpiya Komitəsinin Təsis Konqresi baş tutdu. Konqresdə İlqar Rəhimov Milli Paralimpiya Komitəsinin Prezidenti, Ziyadxan Kərimov Komitənin Vitse-prezidenti, Afiq Süleymanov isə Komitənin Baş Katibi seçildi.
Qısa müddət ərzində Azərbaycanda paralimpiya idman növləri üzrə baza yaradıldı. Nəticədə qurumun təsis edilməsindən altı ay sonra Azərbaycan Paralimpiya Oyunlarında debüt elədi. Həmin ilin avqustunda Atlanta şəhərində (ABŞ) baş tutan X Yay Paralimpiya Oyunlarında Azərbaycan Milli Paralimpiya Komandası 2 idmançı ilə təmsil olundu. Komanda həmin turniri medalsız başa vurdu.
2001-ci ildə baş tutan Azərbaycan Milli Paralimpiya Komitəsinin I Hesabat Konfrasında İlqar Rəhimov 4 il müddətinə Milli Paralimpiya Komitəsinin Prezidenti, Ziyadxan Kərimov Komitənin Vitse-prezidenti, Afiq Süleymanov isə Komitənin Baş Katibi seçildi.
2005-ci ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin II Hesabat Konfrası baş tutdu. Konfrasda İlqar Rəhimov növbəti dəfə 4 il müddətinə Milli Paralimpiya Komitəsinin Prezidenti, Ziyadxan Kərimov Komitənin Vitse-prezidenti, Afiq Süleymanov isə Komitənin Baş Katibi seçildi.
2009-cu il yanvarın 28-də Azərbaycan Milli Paralimpiya Komitəsinin III Hesabat Konfrasında baş tutdu. Konfrasda İlqar Rəhimov üçüncü dəfə 4 il müddətinə Milli Paralimpiya Komitəsinin Prezidenti, Ziyadxan Kərimov Komitənin Vitse-prezidenti, Afiq Süleymanov isə Komitənin Baş Katibi seçildi. Yeni təsis olunan Birinci vitse-prezident vəzifəsinə isə Natiq Qasımov seçildi.