Şakir Ağakişiyev

Şakir Ağakişiyev (tam adı: Şakir Xandadaş oğlu Ağakişiyev; 31 yanvar 1961, Sitalçay, Abşeron rayonu, Azərbaycan SSR, SSRİ19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

Şakir Ağakişiyev
Şakir Xandadaş oğlu Ağakişiyev
Doğum tarixi
Doğum yeri Sitalçay, Abşeron rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (28 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Xandadaş
Milliyyəti azərbaycanlı
Fəaliyyəti çilingər

Həyatı[redaktə | mənbəni redaktə et]

1961-ci il yanvarın 31-də Abşeron rayonunun Sitalçay kəndində anadan olub. Sumqayıt qaz idarəsində çilingər işləmişdir. İki oğlu, bir qızı yadigar qalmışdır: Elçin, Vəfa, Əvəz. 3-cü uşaq atasının ölümündən sonra dünyaya gəlib — 1990-cı il iyunun 21-də. Övladı Elçin 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır.[2]

Qanlı Yanvar faciəsi[redaktə | mənbəni redaktə et]

Xırdalan pivə zavodunun yanında dostu Mövlamverdinin maşınında odlu silahla vurulmuşdur. Sinəsində beş güllə yarası olmuşdur. Mövlamverdi isə yaralınmışdır.[3]

Ağakişiyev Şakirin həyat yoldaşı Qızbacı xanım hadisənin baş verdiyi günü belə xatırlayır:

" Yoldaşım hər gün işdən saat 18:00-da qayıdırdı. Ancaq 20 Yanvar günü gecikmişdi. Saat 20:00-da işıqlarımız söndü. Hadisənin hansı səbəbdən baş verdiyini bilmədik. Gurultu səsləri gəlirdi. 

Sən demə Şakir və dostu Mövlamverdi işdən qayıdanda əliyalın insanların tankların qarşısını alacağını eşidib, Bakıya yola düşüblər. İzdiham dağılandan sonra geri dönəndə yolda tanklarla rastlaşıblar. Yolda tankın “Jiquli”nin üzərindən keçdiyini görəndə maşını qıraqda saxlayıblar. Ancaq buna baxmayaraq, silahlılar avtomobilə 32 güllə atıblar. Bu güllələrdən beşi Şakirə tuş gəlib. O, aldığı güllə yarasından yerindəcə dünyasını dəyişib. Mövlamverdinin isə güllə qoluna dəydiyindən sağ qaldı.

"

Mövlamverdinin qohumunun sözlərindən:[4]

" Şakir Ağakişiyev Xandadaş oğlu 1990-cı il on doqquzundan iyirmisinə keçən gecə Xırdalan pivə zavodunun yanında mənim dayım Quluyev Mövlamverdi Alverdi oğlunun "İj-21251" ("İj-kombi") maşınında vəhşiçəsinə 5 güllə yarası alaraq qətlə yetirilmişdi. Dayım isə ağır yaralanaraq Sumqayıt travmatologiya xəstəxanasına çatdırılmışdı.

Dayım bizə söhbət edir ki, Şakirlə maşında idim. Maşını saxlayıb yaxınlaşıb soruşmaq istədik ki, biz axı silahsızıq, bizdən nə istəyirsiz, niyə gəlmisiz? Onlar heç bizə aman vermədən silahla atəş açdılar. Şakir aldığı güllə yarasından yerindəcə dünyasını dəyişdi. Mən yaralı idim. Onlar bizə yaxınlaşdılar ki, öldüyümüzdən tam əmin olsunlar. Mənim yaralı olduğumu görüb (dayım sarışın idi) "o rus idi, onu nahaq vurduq" deyib uzaqlaşıblar. Dayım deyir ki, Şakirin son sözu indi də yadımdadır: "Axırımızdı Mövlam".

"

Yanvarın 21-də gündüz saat 3-də Şakirin meyidi Semaşko adına xəstəxanadan tapılmışdır. Yanvarın 22-də Şəhidlər xiyabanında dəfn edilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "20 Yanvar şəhidinin qazi oğlu: "Atamın QİSASINI ALDIM"". 2022-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-25.
  3. "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
  4. "Wikipedia". İstifadə tarixi: 2014-01-19.