Şakir Quliyev

Quliyev Şakir Məhərrəm oğlu və ya Şakir Ulubəyli[1] — yazıçı, politoloq.[2]

Şakir Quliyev
Şakir Məhərrəm oğlu Quliyev
Təxəllüsü Şakir Ulubəyli
Doğum tarixi (68 yaş)
Doğum yeri Zəngilan rayonu, Azərbaycan SSR
Fəaliyyəti yazıçı

Şakir Quliyev 1956-cı ilin mart ayının 5-də Zəngilan rayonunda ziyalı ailəsində anadan olmuşdur.

1963-1973-cü illərdə Zəngilanda orta məktəbdə, 1965-1970-ci illərdə orta musiqi kollecində təhsil almışdır. Moskvada Plexanov adına İqtisad institutunu bitirmişdir.

1989-cu ildə Milli azadlıq hərəkatının üzvü olmuş, kommunist rejiminin və SSRİ imperiyasının dağılmasında fəal iştirak etmişdir. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının və təşkilatlanmasınin təşəbbüskarlarından, eləcə də rayon idarə heyətinin üzvü olmuşdur.

1991-ci ildə Azərbaycan Dünyəvi Bozqurdlar Partiyasının təşkilat komitəsinin sədri olmuş, partiyanın 1992-ci il qurultayında sədri seçilmişdir.[3][4]

  • Siqaret ölüm mələyi. Bakı: Şirvannəşr, 2003.[5]
  • Freyd. "Atalar və oğullar". Bakı. Şirvannəşr, 2004.
  • Azman Türk kişisi. Bakı.
  1. "Şakir Ulubəyli: "AZADLIQ VƏ YA ÖLÜM" - MİLLƏTÇİLK (130)". 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-07.
  2. "Şakir Ulubəyli". 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-07.
  3. "Müsavat da toplantıya dəvət olunub, amma..." 2022-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-07.
  4. Azərbaycan Dünyəvi (Bozqurd) Partiyasının bəyənatı - Şakir Ulubəyli Arxivləşdirilib 2022-03-22 at the Wayback Machine. TURAN Stratejik Araştırmalar Merkezi
  5. "Filologiya elmləri. Bədii ədəbiyyat". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-07.