Şakuntala Devi

Şakuntala Devi (hind. शकुन्तला देवी; 4 noyabr 1929[1], Banqalor, Britaniya Hindistanı21 aprel 2013[1], Banqalor) – hind yazıçı və xalq arasında "İnsan Kompüteri" kimi tanınan zehni hesablayıcı. Devi tələbələr üçün ədədi hesablamaları sadələşdirməyə səy göstərirdi.[2][3][4][5][6] İstedadı ona Ginnesin Rekordlar Kitabının 1982-ci il buraxılışında yer qazandırdı.[7][3][4][8] Halbuki, rekordu 1980-ci il 18 iyunda qırmasına baxmayaraq, rekordun sertfikatı ölümündən sonra, 30 iyul 2020-ci ildə verildi. Uşaq ikən Devi qabiliyyəti ilə erkən yaşlarında yaşıdlarından fərqlənirdi və heç bir rəsmi təhsili olmadan altı yaşında Mayzor Universitetində hesablama qabiliyyətlərini göstərdi.[7][4]

Şakuntala Devi
Digər adı İnsan kompüter
Doğum tarixi 4 noyabr 1929(1929-11-04)[1]
Doğum yeri
Vəfat tarixi 21 aprel 2013(2013-04-21)[1] (83 yaşında)
Vəfat yeri
Fəaliyyəti riyaziyyatçı, astroloq, yazıçı, mental calculator[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Devi sonrakı illərdə roman, riyaziyyat, tapmacalar və astrologiya haqqında mətnlər də daxil olmaqla bir sıra kitablar yazdı. O, "Homoseksuallar Dünyası" adlı kitab yazdı, hansı ki, Hindistanda homoseksualllıqla əlaqəli ilk əsər hesab edilir.[9][10] Homoseksuallığı müsbət perspektivdən nəzər yetirdi və o bu sahədə pioner hesab edilir.[9]

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Şakuntala Devi Karnataka ştatının Banqlor[3][4] şəhərində Kannada Brahman ailəsində anadan olub.[11][8] Atası Sundararaja Rao[12] sirkdə trapeziya sənətçisi, aslan təlimçisi, kəndirbaz və sehrbaz işləmişdir.[3][4][13][7][6][14] Devi təxminən üç yaşında ikən atası ona kart fəndi öyrədərkən onun rəqəmləri əzbərləmək qabiliyyətini kəşf etdi.[7][3][6] Atası sirkdən ayrıldı və Devinin hesablama qabiliyyətini göstərəcəyi küçə nümayişlərinə apardı.[3] O, hesablamaları heç bir rəsmi təhsili olmadan yerinə yetirirdi. Altı yaşında Mayzor Universitetində hesablama qabiliyyətlərini nümayiş etdirdi.[3][4]

1944-cü ildə Devi atası ilə birlikdə Londona köçdü.[15][16]

Zehni hesablamalar

[redaktə | mənbəni redaktə et]

Devi hesab qabiliyyətlərini nümayiş etdirmək üçün dünyanın bir sıra ölkələrinə səyahət etdi. 1950-ci il boyunca Avropa turunda və 1976-cı ildə isə Nyu-Yorkda olmuşdur.[3] 1988-ci ildə qabiliyyətlərinin Berkli Kaliforniya Universitetinin təhsil psixologiyası professoru Artur Censen tərəfindən öyrənilməsi üçün ABŞ-a getdi. Censen çox sayda hesablama da daxil olmaqla bir neçə tapşırıqla onun performansını sınadı. Deviyə təqdim olunan problemlərin nümunələri arasında 61.629.875 ədədinin kub kökünün və 170.859.375 ədədinin yeddinci kökünün hesablanması vardı.[4][5] Censen Devinin yuxarıda göstərilən problemlərin həllini (müvafiq olaraq 395 və 15) Censen onları dəftərinə köçürmədən əvvəl tapdığını qeyd etdi.[4][5] Censen 1990-cı ildə "Intelligence" akademik jurnalında tapıntılarını yayımladı.[4][5][17]

1977-ci ildə Cənubi Metodist Universitetində 201 rəqəmli ədədin 23-cü kökünü 50 saniyədə tapdı.[7][5] Onun cavabı, 546.372.891, ABŞ Standartlar Bürosunda bunun kimi böyük hesablamaların aparılması üçün xüsusi proqramdan istifadə edən UNIVAC 1101 kompüteri tərfindən təsdiqləndi. Kompüterin cavabı tapması Devinin cavabı tapmasından daha çox vaxt aldı.[18]

1980-ci ilin 18 iyun tarixində iki 13 rəqəmli ədədin hasilini tapdı – 7.686.369.774.870 × 2.465.099.745.779. Bu ədədlər London İmperial Kollecinin Hesablama Departamenti tərəfindən təsadüfi seçilmişdi. O, 28 saniyədə düzgün cavabı (18.947.668.177.995.426.462.773.730) dedi.[3][4] Bu hadisə 1982-ci ildə Ginnesin Rekordlar Kitabına düşdü.[3][4]

Şakuntala Devi zehni hesablamalar aparmaq üçün istifadə etdiyi bir çox üsulu "Figuring: The Joy of Numbers" adlı kitabında izah etmişdir, hansl ki, bu kitab hələ də nəşr olunur.[19]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Devi 1960-cı ilin ortalarında Hindistana qayıtdı və Hindistan İdarəetmə Xidmətinin Kəlkətə zabiti Paritoş Banerji ilə evləndi.[20][21] 1979-cu ildə şəxsi problemləri səbəbiundən boşandılar.[21]

1980-ci ildə Lok Sabha seçkilərində Mumbay Cənubi və Andhra Pradeşdə Medak üçün müstəqil namizədliyini verdi.[22] O, "Medak xalqını Xanım Qandi tərəfindən aldadılmaqdan müdafiə etmək" istədiyini söyləyərək,[23] keçmiş baş nazir İndira Qandi[24] qarşı yarışdı: 6.514 səslə (səslərin 1.47 %) ilə 9-cu oldu.[25] Devi 1980-ci ilin əvvəllərində Banqalora qayıtdı.[21]

Zehni hesablayıcı kimi fəaliyyətindən əlavə, Devi görkəmli astroloq və yemək kitabları və romanlar da daxil olmaqla bir neçə kitabın müəllifi idi.[3][6][14]

Ölümü və irsi

[redaktə | mənbəni redaktə et]

2013-cü ilin aprelində Devi tənəffüs problemi səbəbindən Banqalordaki bir xəstəxanaya yerləştirildi.[7] Növbəti iki həftə ərzində ürək və böyrək ağırlaşmalarından əziyyət çəkdi.[7][3] 2013-cü ilin 21 aprel tarixində 83 yaşında vəfat etdi.[7][3][4] Onun Anupama Banerji adında bir qızı var.[26][4][14][27] Qızı, Ajay Abhaya Kumarla evlidir, iki qızı var və Londonda yaşayır.

Google Doodle 4 noyabr 2013-cü ildə, Devinin 84-cü doğum günü tarixində, xatirəsinə loqo paylaşdı.[28]

Haqqında Şakuntala Devi adlı film çəkildi.[29][30] Film 31 iyul 2020-ci ildə ilk dəfə yayımlandı.[31][32]

  1. 1 2 3 4 Bibliothèque nationale de France Shakuntala Devi // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. "Shakuntala Devi strove to simplify maths for students". The Hindu. 21 April 2013. 18 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2013.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Pandya, Haresh. "Shakuntala Devi, 'Human Computer' Who Bested the Machines, Dies at 83". The New York Times. 21 April 2013. 7 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2013.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Obituary: Shakuntala Devi". The Telegraph. 22 April 2013. 27 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 July 2013.
  5. 1 2 3 4 5 Jensen, Arthur R. "Speed of information processing in a calculating prodigy". Intelligence. University of California, Berkeley, United States. 14 (3). July–September 1990: 259–274. doi:10.1016/0160-2896(90)90019-P. 4 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 July 2013.
  6. 1 2 3 4 "Obituary: India's 'human computer' Shakuntala Devi". BBC News. 22 April 2013. 4 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2013.
  7. 1 2 3 4 5 6 7 8 "Shakuntala Devi strove to simplify maths for students". The Hindu. 21 April 2013. 18 February 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2013.
  8. 1 2 "'Human computer' Shakuntala Devi dies in Bangalore". Times of India. 21 April 2013. 20 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2018.
  9. 1 2 Subir K Kole. "Globalizing queer? AIDS, homophobia and the politics of sexual identity in India". Globalization and Health. 3. 11 July 2007: 8. doi:10.1186/1744-8603-3-8. PMC 2018684. PMID 17623106.: "The first academic book on Indian homosexuals appeared in 1977 (The World of Homosexuals) written by Shakuntala Devi, the mathematics wiz kid who was internationally known as the human computer. This book saw homosexuality in a positive light and reviewed the socio-cultural and legal situation of homosexuality in India and contrasted that with the gay liberation movement then taking place in the USA."
  10. Mubarak, Salva. "Get to know Shakuntala Devi, the woman known as the 'human computer'". Vogue India. Mumbai, India: Dilshad Arora. 13 May 2019. 27 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 August 2019. In 1970s, she wrote The World of Homosexuals, a book that went disappointingly unnoticed at that time, but gained popularity over the years for being one of the earliest studies of our society's understanding of homosexuality.
  11. "Science: Numbers Game". Time. 14 July 1952. 21 July 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 July 2013.
  12. "Why Shakuntala's siblings gave up on maths". Deccan Herald (ingilis). 8 August 2020. 1 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 September 2020.
  13. IBTimes Staff Reporter. "Math Genius and Guinness Record Holder Shakuntala Devi Passes Away at Age 83". International Business Times. 22 April 2013. 4 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2013.
  14. 1 2 3 Aditi Mishra; Siddarth Kumar Jain. "She made learning maths as thrilling as magic". The Bangalore Mirror. 22 April 2013. 8 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2013.
  15. "Remembering Shakuntala Devi, India's 'human computer'". Mid Day. Mumbai, India. 4 November 2017. 21 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2019.
  16. Lohana, Avinash. "Sanya Malhotra to play Vidya Balan's daughter in Shakuntala". Mumbai Mirror. Mumbai, India. 29 January 2019. 21 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2019.
  17. Note that there are easy tricks for getting odd-numbered roots when the root is an integer. See "Tricks of Lightning Calculators", in Mathematical Carnival, by Martin Gardner, Knoff, 1975 and other sources.
  18. Smith, Steven Bradley. The Great Mental Calculators: The Psychology, Methods, and Lives of Calculating Prodigies, Past and Present. Columbia University Press. 1983. ISBN 0231056400.
  19. Devi, Shakuntala. Figuring: The Joy Of Numbers (ingilis). Orient Paperbacks. March 2005. ISBN 978-81-222-0038-6. 2021-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
  20. "Shakuntala Devi's life changed after marrying a gay man: The human behind the human computer". India Today (ingilis). 6 November 2019. 25 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2020.
  21. 1 2 3 "India's math wizard, Shakuntala Devi". Yahoo! India News. 22 April 2013. 2 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 July 2013.
  22. The Election Archives, Volumes 65–70, Shiv Lal, 1982, 111, 64, 2022-04-17 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-12-28, Two other prominent independents were film comedian I. S. Johar and the mathematician, Mrs Shakuntala Devi. I. S. Johar contested from Bombay south and New Delhi and Mrs Shakuntala Devi from Bombay south and Medak in Andhra Pradesh.
  23. Bombay's Women // Himmat Volume 16 Part 1, 1979, səh. 10, 2020-11-05 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-12-28, So now Mrs. Devi wants to "defend the people of Medak from being fooled by Mrs. Gandhi".
  24. "Lesser Known Facts About Shakuntala Devi, The Human Calculator Whom Vidya Balan Is Essaying in Biopic". HerZindagi English (ingilis). 16 September 2019. 26 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2020.
  25. Agarala Easwara Reddi, Lok Sabha Elections, 1977 & 1980, in Andhra Pradesh, Tamil Nadu Academy of Political Science, 1985, səh. 175, 2022-04-07 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-12-28, 9. Smt. Shakuntala Devi (Ind) (the well known mathematical prodigy) 6514 1.47 / 10. Sardar Jagat Singh (Ind) 1430 0.32
  26. "When your mom is a genius: Anupama Banerji intv with TNM on Shakuntala Devi". The News Minute. 1 August 2020. 2 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2020.
  27. "D.N. Rama Murthy & Another v. Anupama Banerjee & Others". Legitquest.com. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-28.
  28. TNN (4 November 2013) "Shakuntala Devi's 84th birthday celebrated with a doodle" Arxivləşdirilib 2013-11-06 at the Wayback Machine. The Times of India. Retrieved on 4 November 2013.
  29. "Vidya Balan to play Math genius Shakuntala Devi in her next film". The Hindu. 8 May 2019. 8 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2019.
  30. "Vidya Balan to play ace mathematician Shakuntala Devi in biopic". Scroll.in. 8 May 2019. 25 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2019.
  31. "Vidya Balan's Shakuntala Devi biopic to be released on Amazon Prime, actor 'thrilled to entertain you in unprecedented times'". Hindustan Times. 15 May 2020. 10 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 May 2020.
  32. Arora, Akhil. "Vidya Balan's Shakuntala Devi Out July 31 on Amazon Prime Video". NDTV Gadgets 360. 15 May 2020. 12 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 July 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  LGBT portalı П:  Hindistan portalı