Şalğam suyu

Şalgam kələmkimilər fəsiləsinə aid bitki olan Şalgamdan hazırlanan Çukurova bölgəsinə xas bir içkidir. Adana, Mersin, Osmaniye kimi bir çox cənub bölgələrində geniş istifadə olunur. Qırmızı rəngli, bulanıq və meyxoş olur. Acı və şirin növləri vardır. Acı şalgam hazırlamaq üçün əsasən acı bibərdən istifadə olunur. Lakin şalgam acı bibərlə qarışdırıldıqdan sonra uzun müddət saxlanıla bilməz. Şalgamla bərabər qara yerkökü də yeyilə bilər. Mayalanma dövründə daxil edilmiş bu qara yerkökülər şalğam suyunun içində qalırlar. Bunlara tane deyilir ( bu, bölgə dialektində belə səslənir, “ dənə” sözünün modifikasiyaya uğramış formasıdır). Şalgam adətən kababla içilir. Plastik qabda saxlanılsa dadı dəyişə bilər, odur ki, əsasən şüşədə saxlanılır. Sağlamlığa faydalı olduğu iddia edilsə də, tərkibində yüksək miqdarda duz olduğu üçün təzyiq problemi olanlar və hamilə qadınlar tərəfindən az istifadə edilməlidir.

http://tr.wikipedia.org/wiki/%C5%9Ealgam_suyu