Şalvar — Orta Asiyada yaranan, beldən ayaq biləyinə qədər geyilən, hər iki ayağı ayrıca örtən bir geyimdir.
Avropanın əksəriyyətində şalvar qədim dövrlərdən bəri, Orta əsrlər dövrü boyu və müasir dünyada yetkin kişilər üçün ən geniş yayılmış alt bədən geyimi formasına çevrilmişdir. 20-ci əsrin ortalarından bəri şalvar getdikcə qadınlar tərəfindən də daha geniş şəkildə geyilməkdədir. Cins şalvarlar, hər iki cins tərəfindən bütün dünyada geyilən gündəlik geyim formasıdır. İsti havalarda və ya bəzi idman növləri üçün, xüsusən uşaqlar və yeniyetmələr tərəfindən şortlara üstünlük verilir.
Ən qədim bilinən şalvarlar, Tarim hövzəsinin insanlarına aid olan Çin, Sincan, Qərbi Turpandakı mumiyalardan çıxarılan Yanghai qəbiristanlığında tapıldı. E.ə XIII və X əsr arasındakı dövrə aid və yundan hazırlanmış şalvarın düz ayaqları və enli paçası vardı və çox güman ki, at sürmək üçün hazırlanmışdı.
Avropada orta əsrlər boyunca xüsusən kişilər tərəfindən müxtəlif dizaynlı şalvarlar geyildi. Geniş ölçülü şalvarlar Bizansda uzun tuniklər altında geyilmiş və bir çox qəbilə, məsələn, Qədim Qərbi Roma İmperatorluğuna köçmüş Alman qəbilələri tərəfindən geyildiyi sübut edilmişdir.
VIII əsrdə Avropada, xüsusən də yuxarı sinif kişilər arasında iki qat şalvarın geyilməsinə dair sübutlar var.
XV əsrdə Macarıstanda kişi geyimləri iç geyim kimi köynək və şalvar, üstlərində geyilən qısa xəzdən və ya dəridən tikilmiş palto idi. Macarlar ümumiyyətlə sadə şalvar geyinirdilər, yalnız rəngləri qeyri-adi olurdu, palto şalvarın böyük hissəsini örtürdü.[1]
Kostyum şalvarı, cins, xaki, lasin kimi bir neçə fərqli şalvar və şalvar növləri var. Onlar həm də uyğunluq, parça və digər xüsusiyyətlərə görə təsnif edilə bilər. Göründüyü kimi universal, əsaslı təsnifat yoxdur.
Kəsiklər, adətən, evdə diz ətrafından aşağı hissə kəsilərək hazırlanan şortlardır. Bu şalvarın istifadə müddətini uzadır.
XX əsrin əvvəllərində hava pilotları və digər sahələrdə işləyən qadınlar tez-tez şalvar geyirdilər. 1930-cu illərdən sonra aktrisalar Marlene Dietrich və Katharine Hepburnun şalvarda tez-tez çəkilmiş fotoşəkilləri şalvarların qadınlar üçün məqbul olmasına təsir göstərdi. II Dünya Müharibəsi dövründə fabriklərdə işləyən və ya müharibə xidmətində başqa "kişi işləri" edən qadınlar işin tələbi olaraq şalvar geyərdilər. Müharibədən sonrakı dövrdə şalvar bağçılıq, çimərlik və digər istirahət işləri üçün məqbul gündəlik geyim halına gəldi. İkinci Dünya Müharibəsi illərində İngiltərədə kişilər silahlı qüvvələrdə xidmət edərkən, geyimlər arasında nisbət qadınları kişilərin mülki geyimlərini, o cümlədən şalvarlarını geyməyə və işləməyə vadar etdi. Şalvar geymək daha geniş yayıldıqca və kişilərin geyimləri köhnəldikcə dəyişdirilmələrə ehtiyac duyuldu. 1944-cü ilin yayında qadın şalvarlarının satışının əvvəlki illə müqayisədə beş dəfə çox olduğu bildirildi.[2]
1919-cu ildə Luiza Kapetillo Puerto Rikoda ictimai yerdə şalvar geyən ilk qadın oldu. Kapetillo cinayət kimi qəbul edilən bu hərəkətinə görə həbsxanaya göndərildi, lakin sonradan ittihamlar ləğv edildi.
1960-cı illərdə Andrey Kurics qadınlar üçün uzun şalvarları dəbli geyim olaraq təqdim etdi, bu da cins və kostyum şalvarı erasının formalaşmasına və məktəblərdə, iş yerlərində və restoranlarda şalvar geyən qızlara və qadınlara qarşı tədricən sosial qadağanların pozulmasına səbəb oldu.
1969-cu ildə Şarlot Reyd (R-III.) ABŞ Konqresində şalvar geyən ilk qadın oldu.[3]
Pat Nikson, ictimaiyyət qarşısında şalvar geyən ilk Amerikanın birinci xanımı idi.[4]
1989-cu ildə Kaliforniya ştatının senatoru Rebekka Morgan ABŞ ştat senatında şalvar geyən ilk qadın oldu.[5]
Hillari Klinton rəsmi Amerikanın birinci xanımı portretində şalvar geyən ilk qadın idi.[6]
Büküşlər şalvarın ön tərəfindəki bel kəmərinin alt hissəsində yerləşir, kostyum şalvarı və xaki də daxil olmaqla bir çox rəsmi və gündəlik şalvarların tərzini ifadə edir. Büküşlər hər iki tərəfə istiqamətlənmiş, bir, iki, üç pilləli ola bilər və ya heç olmaya bilər. Pillələr ciblərə doğru açıldıqda tərs büküş adlanır.
İstehsalçılar süzəlmənin qarşısını almaq üçün şalvarın ətəyini qatlayıb tikirlər və qatlanmış bu hissə manjet adlanır.
Qıfıllıca və ya zəncirbənd şalvarda açıqlığı birləşdirmək üçün istifadə edilir və həmçinin geyinməyi və ya çıxarmağı asanlaşdırır. Əksər şalvarlarda qıfıllıca istifadə edilir, buna baxmayaraq düymə ilə bağlanılan şalvarların mövcudluğu da davam edir.
Ağ
Şalvarın anus və xarici cinsiyyət orqanları arasını örtən hissəsinə şalvar ağı deyilir.