Şaman Qayası burnu[1], həmçinin Burxan burnu, Şaman burnu, Mağara burnu (bur. Ойхон Баабай, rus. Мыс Скала Шаманка) — Baykal gölündə yerləşən Olxon addasının qərb sahillərində yerləşir. İki zirvəli qaya «Şaman-qaya» adı ilə tanınır. Hal-hazırda təbiət və tariixi abidə olaraq qorunur.[2].
Şaman Qayası burnu | |
---|---|
Yerləşməsi | |
53°12′14″ şm. e. 107°20′29″ ş. u.HGYO | |
Akvatoriya | Baykal gölü |
Ölkə | Rusiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İnzibati cəhətdən İrkutsk vilayəti, Olxonski rayonu, Xujir qəsəbəsi ərazisinə daxildir. Onun ərazisi Pribaykal milli parkı ərazisində yerləşir. Burunun Baykal daxilinə uzanması, sahildən ensiz bərzəxlə ayrılmasına görə onu burunların «adayabənzər tipinə» daxil etmək olar. Burun kristallaşmış əhəng daşından, bitişik sahil isə qranit və qneysdən təşkil olunmuşduir. Bərzəx isə düzən əraziyə sahibdir və çöküntülərlə örtülmüşdür.
«Burxan burnu» adı isə Pribaykal ərazisinə XVII əsrdə Tibet buddizminin gəlməsi ilə qoyulmuşdur. Buddist-buryatlar Baykalın əsas tanrısını «Burxan» adlandırmağa başlamışdılar.
Şaman-qaya Asiyanın doqquz "müqəddəs" yerlərindən biri sayılır. Baykalın isə ən məşhur ərazisidir. Göl haqqında çəkilən istənilən filmdə və ya foto təsvirdə bu burunun olması vahib hal alır[3].
İki zirvəli qaya mərmər və dolomitləşmiş əhəng daşından təşkil olunmuşdur. Bəzi hissələrdə isə qrafit belə mövcuddur. Qayanın üzəri qırmızı rəngli şibyələrlə örtülmüşdür. Sahilə yaxın qayanın hündürlüyü 30 m, ikincininin isə 42 metrdir. Sahilə yaxın qayada bir mağara vardır. Mağara suyun əhəng daşını yuma və erroziya fəaliyyəti sayəsində meydana gəlmişdir. Mağaranın girişində uzunluq 12 m, eni 3 - 4,5 m, hündürlüyü isə 1 - 6,5 m arasında dəyişir. Mağaraya giriş iki istiqamətdəndir: şimal-şərq və qərb. Mağarada yan dəhlizlər və ensiz keçidlər vardır. qayanın qərb hissəsində qəhvəyi suxurun onun səthinə çıxması ilə təbii şəkildə meydana gəlmiş bir əjdaha təsviri vardır.
Şaman Qayası və onun ətrafında çoxlu sayda axeoloji qazıntılar aparılmış və külli miqdarda tapıntılar aşkarlanmışdır. Burada yerləşən mağara ilk dəfə 1879-cu ildə İvan Çerski tərəfindən baxılmış və təsvir edilmişdir. Sonradan burada aparılan qazıntılar zamanı XVIII əsrə aid pullar aşkarlanmışdır. 1989-ci ildə isə aparılan əsaslı qazıntılar zamanı XVII—XIX əsrlərə aid tapıntılar aşkarlanmışdır. Neolit dövrünə aid olan tapıntılar belə vardır. Tapıntıların bir qismi Xujir muzeyində saxlanılır
Daha böyük arxeoloji tapıntılar bərzəx ərazisində aşkarlanmışdır. Burada olan qədim yaşayış yerinin tarixi neolit və bürünc dövrünə gedir. Aşkarlanan tapıntılar arasında nefritdən qılınc və balta, ox ucluqları, dəmir, bürünc, qızıl və sümükdən olan alətlər belə vardır.
1879-cu ildə İvan Çernski və P. Xoroşinnin 1924-cü illər təsvirlərində qayanın Xujir qəsəbəsinə baxan hissəində XVIII—XIX əsrlərə aid tibet dilində yazılar olmuşdur. Onların izlərinə hələ XX əsrin 50—60-cı illərində rastlamaq mümkün idi. Hazırda isə bu yazılar qalmamışdır. Mağarada 1952-ci ildə P. Xoroşix qazıtılar apararkən şist suxurunun üzərində qadın şamanların təsviri olan daş parçası tapmışdır. Buna bənzər təsvirlər Saqan-Zaba adlı yerdə və Aya buxtasl sahillərində aşkarlanmışdır. 1953-cü ildə mağaraya girişdən bir qədər şərqdə Xoroşix qayaüstü təsvir aşkar etmişdir. O, burada olan dairəvi şəkillərin buben musiqi aləti olmasını düşünmüşdür. Bu təsvirlərin nə zaman meydana gəmləsi barədə məlumat yoxdur.
Buna bənzər digər təsvir 1980-ci illərdə A. Tıvanenko tərəfindən aşkarlanmılşdır. Burada şaman və sağ əlində buben təsvir edilir. Oxra ilə işlənmiş təvir əsas girişdən 5 metr solda yerləşir.
Qayada, mağaranın girişinə yaxın tibet və monqol dillərində yazılar vardır. Əvvəllər isə buddist tanrılarının təsvirləri belə olmuşdur.