Şamaxı–Qobustan neftli-qazlı sahəsi

Şamaxı–Qobustan neftli-qazlı sahəsiAzərbaycanda, Böyük Qafqazın cənub-şərq batımında neftli-qazlı hövzə. Sahədə çoxlu palçıq vulkanı var.

Geologiyası[redaktə | mənbəni redaktə et]

Şamaxı–Qobustan neftli-qazlı sahəsinin geoloji quruluşunda Orta Yuradan (Mezozoy) Üst Pliosenədək (Kaynozoy) olan çöküntü kompleksi öyrənilmişdir. Sahə eyniadlı sinklinoriumu əhatə edir. Beş böyük tektonik zonaya ayrılır: Şimal, Mərkəz, Cənub-Qərb, Cənub-Şərq və ya Ceyrankeçməz depressiyası və Әlət–Ləngəbiz. Bu zonaların, xüsusilə Şimal tektonik zonasının quruluşu olduqca mürəkkəbdir. Şimal zonası böyük ölçülü uzununa, eninə qırılmalarla, üstəgəlmələrlə mürəkkəbləşmişdir. Әlət–Ləngəbiz tektonik zonasında uzununa istiqamətdə 100 kilometr (62 mil) məsafədən izlənən böyük qırılma müşahidə edilmişdir. Bu qırılma nəticəsində Üst Pliosen çöküntülərinin Orta Pliosen və Miosen çöküntüləri ilə kontaktı yaranmışdır. Neft-qazlılığı güman edilən sahələrin çox olmasına baxmayaraq tektonik quruluşun mürəkkəbliyindən yalnız iki yataq aşkar edilmişdir: Umbakı neft yatağı, Duvannı qaz-kondensat yatağı. Sahənin neft-qazlılıq perspektivi Üçüncü sistem və Təbaşir çöküntüləri ilə əlaqədardır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Шамахы–Гобустан нефтли-газлы саһәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1987. С. 461.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]