Kaynozoy

Kaynazoy və ya kaynozoy erası (rus. Кайнозойская эра, ing. Cainozoic; yun. kainos-yeni və zoe-həyat) — yer qabığı laylarının ümumi stratiqrafik cədvəlində ən yuxarıda yerləşib, Yerin geoloji tarixinin ən yeni erasına müvafiq gəlir. 67 milyon il əvvəl başlayıb, hazırda da davam edir. paleogen, neogendördüncü dövr (antropogen) sistemlərinə ayrılır. Kaynozoy erası alp qırışıqlığı ilə əlaqədar olan və Sakit okeanın sahil boyu, Cənubi Avropada və Asiyada ən yüksək dağ sistemlərini əmələ gətirən, intensiv dağ əmələgətirmə hərəkətləri ilə səciyyələnir. Neogenin axırı dördüncü dövrün əvvəlində Avropa, Asiya və Şimali Amerikada qalın materik buzlaşması ilə müşayiət olunan kəskin soyuqlaşma baş vermişdir. Canlı aləmdə məməlilər hakim mövqe tutur. Heyvanlar və bitkilər müasir vəziyyətinə yaxın olmuşdur. Dördüncü dövrün əvvəlində ilk ibtidai insanlar meydana gəlmişdir.[1]

  1. Kaynozoy // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 140. ISBN 978-9952-453-14-0.
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.