Şamaxı Ensiklopediyası — Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə hazırlanmış ensiklopediya. Ensiklopediya www.elkhan-suleymanov.az saytının layihəsidir.[1][2]
Şamaxı Ensiklopediyası | |
---|---|
| |
Orijinalın nəşr ili | 2015 |
Ensiklopediya Şamaxının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından bəhs edir. Burada Azərbaycanın bu qədim diyarına həsr olunmuş oçerklərlə yanaşı, rayonun bütün inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr verilib. Şamaxı ensiklopediyasına bu bölgənin tarix boyu xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətlərin – dövlət, ictimai və siyasi xadimlərin, sərkərdələrin, xalq, müharibə və əmək qəhrəmanlarının, alim və mütəfəkkirlərin, şair, yazıçı, memar, rəssam, musiqiçi, aktyor və digər sənət adamlarının həyat və fəaliyyətindən, yaradıcılığından bəhs edən tərcümeyi-halları daxil edilib.
Elmi redaksiya şurasının təsdiq etdiyi prinsiplər əsasında həmçinin, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş digər tanınmış şəxslər haqqında da məqalələr verilib.
2015-ci il may ayının 15-də Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində "Şamaxı ensiklopediyası" (www.shamakhi-encyclopedia.az) saytının təqdimatı olub. Tədbirdə rayon rəhbərliyi, alim və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.[3][4]
2015-ci il oktyabr ayının 26-da Şamaxı şəhərində "Şamaxı ensiklopediyası" kitabının təqdimatı keçirilib.[5]
Ensiklopediyanın yaradıcı heyətinin rəhbəri siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.[3]