Şamaxı tıs-tısı (lat. Acantholimon schemachense) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Şamaxı tıs-tısı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Şamaxı tıs-tısı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Azərbaycanda təbii halda geniş yayılmışdır.
Alçaq koldur. Yastıqcığı çox möhkəm, yarımşarşəkilli, diametri 15-35 sm-dir. Yay yarpaqları açıq göyümtül, çoxsaylı, əhəngli nöqtəli, hamar, üçhissəli, cod, qısa, uzunluğu 5-7 (bəzən 10-15) mm, eni təxminən 1 mm, ucu biz, çılpaq, kənarları xırda tükcüklü, sıx oturandır. Yaz yarpaqları bir az qısa və enlidir. Çiçək saplaqları qısa, təx¬minən yarpaqlardan uzun deyil, əsasən sadə, bəzən az budaqlı, hündürlüyü 2-2,5 sm, çox qısa tükcüklüdür. Çiçəkləri seyrək 1-5 (6) sünbüllərdə yerləşir. Sünbüllərin uzunluğu (9) 10–12 mm, birçiçəklidir. Çiçək altlıqları çılpaqdır. Üst çiçəkaltlığı təxminən iki dəfə içəridəkilərdən qısa, uzunluğu 4–5 mm, uzunsov-yumurtavari, qısa uclu, ensiz haşiyəlidir. İçəri çiçəkaltlıqları təxminən kasacığın borucuğuna bərabər, enli haşiyələnmiş, qısa ucludur. Kasacığın uzunluğu 8-10 (11) mm, qıfşəkillidir. Borucuğun uzunluğu 6–7 mm olub, damarcıqları tükcüklüdür. Borucuğun büküyü ağ, eni təxminən 4 mm, tünd qonur, kənarlarına qədər küt damarcıqlıdır. Çiçək tacı çəhrayıdır. May-iyun aylarında çiçəkləyir. Təbiətdə əsasən toxum vasitəsilə çoxalır.
Orta dağ zolağına qədər quru, daşlıq yamaclarda bitir.
BQ şərqi, BQ Quba sahəsi, Qobustan, Abşeronun rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına kimi yayılmışdır. Quru otlu, daşlı yamaclarda, bəzən də yovşanlı yarımsəhralarda bitir.[1] Abşeronda, Qobustanda rast gəlinir. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir.
Dağlıq sahələrin bərkidilməsində və quraq ərazilərin yaşıllaşdırılmasında istifadə edilə bilər.