Şambor qəsri

Şambor qəsri

Şambor qəsri (fr. Château de Chambord) — Fransanın Lotaringiya departamentində yerləşən qəsr. Qəsr Blua şəhərinin 15 kilometr şərqində yerləşir. XVI əsrin ikinci yarısında Kral I Fransisk tərəfindən ov qəsri kimi inşa etdirilmişdir. Şambor qəsri Lotaringiyada yerləşən qəsr və saraylar arasında ən mühümü hesab olunur.

XVI və XVII əsrlər

[redaktə | mənbəni redaktə et]

İtaliyada yaranmış Renesans mədəniyyəti Fransada öz təsirlərini göstərməyə başlayırdı. Renesans mədəniyyəti Fransada ilk olaraq Lotaringiya departamentində yaranmış və inkişaf etmişdir. Bu bölgədə tikilən qalalar, qəsrlər və digər bu növ tikililər Renesans mədəniyyətinin ilkin nümunələrindən hesab olunur. Kral I Fransisk Şambor qəsrini 1519-cu ildən etibarən inşa etdirməyə başlatdırmışdır. Həmin vaxt kralın cəmi 25 yaşı vardı. Həmin dövrdə Avropada beş dövlət digər dövlət üzərində üstünlük əldə etmək və digər dövlətləri özlərinə tabe etməyə çalışırıdılar. Fransa, Papa dövləti, İtaliya, İngiltərəOsmanlı imperiyası arasında olan normal münsibətlər sürətlə pisləşməyə başlamışdı. I Fransisk özündən əvvəl hakimiyyətdə olmuş XII Lüdovikin əlində saxlaya bilmədiyi Milan şəhərini işğal etdi. Bu işğal əsnasında I Fransisk Renesans mədəniyyəti ilə tanış olmuş və bu mədəniyyətdən çox təsirlənmişdir.

I Fransisk Fransaya qayıdanda dörd il sonra yeni bir üslubda bir qış sarayının tikilməsi barədə göstəriş verdi. Şambor qəsri I Fransiskin ən çox xərc cəkdiyi layihə idi. Memarlıq baxımından yüksək keyfiyyətdə inşa olunmuş qəsrdə heç bir kral və ya zadəgan uzun müddət qala bilməmişdir. I Fransisk qəsrdə sadəcə 72 gün qalmış və qəsrin tamamlanmasını görə bilməmişdir. Fransa kralı XIV Lüdovik Şambor sarayında kübar cəmiyyətinin nümayəndələri üçün tez-tez bahalı şənliklər təşkil etdirmişdir. Molyerin Zəriflik axmağı tamaşası ilk dəfə olaraq Şambor qəsrində səhnələşdirilmişdir. Versal sarayından fərqli olaraq Şambor qəsrində daimi mebel əşyaları saxlanılmırdı. Mebel əşyaları qəsrə sadəcə kral və digər nüfuzlu şəxslər gələndə krallıq anbarından gətirilirdi.

1725 - 1733-cü illərdə qəsrdə sürgündə olan Polşa kralı və eyni zamanda Fransa kralı XV Lüdovikin qayınatası I Stanislav Lezkurinski qalmışdır. 1748 - 1750-ci illərdə isə Şambor qəsrini saksoniyalı komandan Marşal Mortis istifadə etmiş, 1750-ci ildə isə vəfat etməsindən sonra qəsr yenidən sahibsiz qalmışdır. Marşal Mortis ov həvəskarı idi, bu səbəbdən 1738-ci ildə Saksoniya qoruğundan ovlanmaq üçün 100 ədəd ceyran gətirilməsini xayiş etmişdir. Hamburq şəhərindən Parisə göndərilən ceyranların saxlanılması üçün qəsrin yaxınlığında 5.433 hektarlıq saxlanma ərazisi yaradılmışdır. Şambor qəsri Böyük Fransa inqilabı zamanı yağmalanmışdır.

XIX əsrdə qəsr ilə tanış olmuş tanınmış yazar Qüstav Flober Şambor qəsri haqqında öz fikirlərini bildirmişdir:

" Sanki heç istifadə edilməyib, sanki heç kim ona sahib olmasın deyə sirli bir qüvvə əlindən gələni edib. Heç kim bu qəsrdə daimi olmayıb. Bura ehtiyac olduğundan daha böyük bir məkandır. Qonaqların divarlara öz adlarını yazmağa çəkindiyi bir məkan. "

Napoleon Bonapart XIX əsrdə qəsri Lui Aleksandr Bertyenin ixtiyarına verir. 1870-1871-ci illərdə Alman-Fransız müharibəsi zamanı Şambor qəsri hərbi xəstəxana kimi istifadə olunmuşdur. İkinci dünya müharibəsi zamanı Luvr muzeyində saxlanılan bir dəyərli eksponat təhlükəsizlik məqsədi ilə Luvr muzeyindən Şambor qəsrinə gətirilmişdir. Gətirilən əsərlər arasında Mona LizaMiloslu Venera heykəli kimi dəyərli sənət nümunələri də vardı. Şambor qəsri hal-hazırda Fransada turistlərin ən çox ziyarət etdiyi məkanlardan biridir.

Qəsrin quruluşu

[redaktə | mənbəni redaktə et]
Şambor qəsrinin qala divarlarının içindən olan görünüşü.

Şambor qəsrinin hansı memar tərəfindən inşa olunduğu məlum deyil. Qəsrin tikiliş planın Leonardo da Vinçi və Domeniko Kartona kimi məşhur şəxslərə aid olması iddiaları sübut edilməmişdir. Qəsrin inşasına 1519-cu ildə başlanılmış, maddi sıxıntı səbəbindən 1539-cu ildə tikinti işlərinə fasilə verilmişdir. İnşaat işləri, düşündülüyündən çox çəkmiş və nəzərdə tutulandan daha çox xərc çıxmışdır. Qəsrin təməli 5 metr uzunluğunda olan taxta dayaqların üzərində, bataqlıq ərazidə qoyulmuşdur. Belə bir ərazidə adi binanın tikilməsi belə məsləhət deyildi, ancaq ərazinin strateji əhəmiyyəti nəzərə alınaraq qəsr bataqlığın üzərində inşa edilmişdir. Tikintinin ilk illərində 1800 nəfərlik işçi heyəti çalışırdı. Qəsrin mühafizə divarları ilə əhatə olunması 15 il vaxt aparmışıdır. Qəsr 156 metr uzunluğa, 56 metr hündürlüyə malikdir. Qəsrdə 6 müdafiə qülləsi, 426 otaq və 77 pilləkən yerləşir. Tikinti işləri 25 il davam etmiş, bəzi əlavələr və yenidən qurmalarla bu müddət dahada uzanmışdır.

Qəsr memarlıq quruluşu baxımından orta əsr müdafiə qalalarına bənzəyir. Qəsrin qala divarları ilə əhatə olunması və dörd ədəd əsas müdafiə qülləsinin olması qəsri orta əsr müdafiə qalalarına bənzədir. Digər tərəfdən Şambor qəsrində olan lojalar və terraslar Renesans mədəniyyətinin nadir nümunələrindəndir. Orta əsr müdafiə tikililəri və Renesans mədəniyyətinin birləşməsini Fransada ən çox Şambor qəsrində görmək olar. Şambor qəsri dördkünc şəkilndə inşa edilmişdir. Hər bir küncdə koni formasında olan qüllələr yüksəlir. Qüllədə müşahidə otaqları vardır. Qüllələrin damları terras şəklində inşa edilmişdir. Qərsdə donjon ülubu ilə tikilmiş iki ədəd pilləkən vardır.

Pilləkənlər bir - birinin yanında yerləşməsinə baxmayaraq, elə hazırlanmışdır ki, hər iki pilləkəndə olan şəxs digərini görə bilmir. Bu pilləkənlər I Fransiskin Amboisedə yerləşən digər bir malikanəsindən gətirilmişdir. Pilləkənlərin ətrafında dörd dəhliz yerləşir. Hər dəhlizin sol və sağ tərəflərində bir nəfərlik kiçik gözətçi otaqları vardır. Şambor qəsrini hər mərtəbəsində səkkiz ədəd mənzil vardır. Şambor qəsrinin bir çox yerində simvolik olaraq F hərfi vardır. F hərfi I FransiskFransanın baş hərflərini simvolizə edir.

Qəsrin panoraması

Park və ov sahəsi

[redaktə | mənbəni redaktə et]

Şambor qəsri Lorrein çayının bir qolu olan Kosson çayının kanallaşdırılmış sahəsinin kənarında yerləşir. Park ərazisi 32 kilometr uzunluğunda olan bir divarla əhatə olunmuşdur. Parkın 6 qapısı vardır. Ov ərazisinin genişliyi 5.433 hektar böyüklüyündədir. Bu ərazi Parisin ümumi ərazisinə bərabərdir. Muasir dövrdə bu park Avropada hasarlanmış ən böyük təbii parkdır. Parkda çox sayda heyvan yaşayır. Şambor qəsri 1981-ci ildə YUNESKO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

  • Boucher, J.J., Chambord (French), Fernand Lanore, 1980
  • Chirol, Serge; Seydoux, Philippe, Chateaux of the Val de Loire, Vendôme Press, 1992
  • Creighton, Oliver; Higham, Robert, Medieval Castles, Shire Archaeology, 2003, ISBN 0-7478-0546-6
  • Garrett, Martin, The Loire: a Cultural History, Oxford University Press, 2010, ISBN 978-0-19-976839-4
  • Reymond, Marcel, "Leonardo da Vinci, architect de Chambord", Gazette des Beaux-arts, 1913: 413–460
  • Thompson, M. W., The Decline of the Castle, Magna Books, 1994 [1987], ISBN 1-85422-608-8
  • Viollet-le-Duc, Eugene, Dictionnaire raisonné de l'architecture française du XIe au XVIe siècle, 1875
  • Yarwood, Doreen, The Architecture of Europe, London: B. T. Batsford, 1974