Şamil Məcid oğlu Ömərov — Alim, kimya elmləri doktoru, Professor, Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin rəyasət heyətinin diplom və mükafatına, 1995-ci ildə YUNESKO adından fəaliyyət göstərən Beynəlxalq İnformasiya Nobel mərkəzinin həqiqi üzvü seçilməklə "Nobelçi” adına, Nobel medalına və 1996-cı ildə akademik Y.Məmmədəliyev adına respublika mükafatına layiq görülmüşdür.[1]
Şamil Ömərov | |
---|---|
Şamil Məcid oğlu Ömərov | |
Doğum tarixi | |
Doğum yeri | Aslanbəyli, Qazax rayonu, Azərbaycan, Azərbaycan SSR, SSRİ |
Vəfat yeri | Gəncə |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | Kimya |
Elmi dərəcələri | Ali, Elmlər doktoru |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Şamil Ömərov 1938-ci ilin 30 dekabr tarixində Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 1947-ci ildə Aslanbəyli kənd orta məktəbinə daxil olmuş, 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə qəbul olmuş, 1963-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
Təyinatla Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Aqrar Universiteti) göndərilmişdir. Həmin il Üzvi va bioloji kimya kafedrasının Üzvi Kimya ixtisası üzrə əyani aspiranturasına qəbul olmuşdur. Aspiranturanı bitirdikdən sonra həmin kafedrada assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
1973-cü ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1993-cü ildə professor elmi adına layiq görülmüşdür. 1993-cü ildən ömrünün axırına qədər Üzvi va bioloji kimya kafedrasında professor vəzifəsində çalışmışdır.
250-dən çox elmi məqalənin, 30-a qədər monoqrafiyanın, dərsliyin, dərs vəsaitinin müəllifidir. Əsərləri Azərbaycan və xarici ölkələrin jurnal və məcmüələrində dəfələrlə nəşr olunmuşdur. Bir sıra Beynalxalq elmi konfranslarda, sessiyalarda və simpoziumlarda məruzələrlə çıxışlar etmişdir.
Gəncə şəhərində vəfat edib.
1972-ci ildə Mendeleyev adına Ümumittifaq Kimya Cəmiyyətinin rəyasət heyətinin diplom və mükafatına, 1995-ci ildə YUNESKO adından fəaliyyət göstərən Beynəlxalq İnformasiya Nobel mərkəzinin həqiqi üzvü seçilməklə "Nobelçi” adına, Nobel medalına və 1996-cı ildə akademik Y.Məmmədəliyev adına respublika mükafatına layiq görülmüşdür.