Dargilər (özlərini darqan adlandırırlar) — əsasən Dağıstanda yaşayan xalq. Avarlardan sonra respublikanın sayca ikinci ən böyük xalqıdır. Subetnik qrupları sayılan qaytaqlılar və qubaçılılar ilə birlikdə sayları 510 min nəfərdir (2002). Onların 495 mini Dağıstanda yaşayır. Dargi dilinin müxtəlif ləhcələrində danışırlar. Dini baxımdan sünni müsəlmandırlar.
Ümumi sayı | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
600 000 | |||||||||
Yaşadığı ərazilər | |||||||||
| |||||||||
Dili | |||||||||
Dini | |||||||||
İlk dəfə "dargi" etnonimi XV əsrdə işlənmişdir. Həmin dövrdə mərkəzi Dağıstanın əhalisi ciddi və kütləvi şəkildə islamı qəbul etməyə başlamışdır. Bu günlər dargilər Dağıstan əhalisinin 16%-ni təşkil edir. Əksəriyyətdə mərkəzi Dağıstanın dağ və dağətəyi Aquşa, Dahadayev, Qaytaq, Serqoqala və Levaşi rayonlarında, İzberbaş şəhərində yaşayırlar. Qarabudaqkənd və Qayakənd rayonlarında əhalinin böyük qismini təşkil edirlər.